Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə41/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   37   38   39   40   41   42   43   44   ...   195

93 

 

Maluq  qalası  Şəki  rayonunun  Aşağı  Daşağıl  kəndindən  şimal-şərqdə, 



Qaraçayın sağ sahilində, dü zənlik əra zidə yerləşir. Onun adı ya zılı qaynaqlarda 1052 

və 1071/1072-c i illərin hadisələri  ilə ə laqədar  xatırlan ır.  Qala dördkünc biçimli olub  

küncləri 

dairəvi 


bürclərlə, 

d ivarları 

isə 

yarımdairəvi 



kontrforslarla  

möhkəmləndirilmişdir  (tablo  24,  şək.  3).  O,  çaydaşından  tərkibinə  xırda  çınqıl  və 

kö mür qırıntıları qatılmış kirəc  məh lulla hörülmüşdü. Şimal və qərb divarları güclü  

dağıntıya məru z qalmışdır. Nisbətən yaxşı mühafizə olunmuş yerlərdə qala divarının  

hündürlüyü 2  m-ə çatır. Qalanı dərin liy i 2  m, eni bəzi yerlərdə 12-15  təşkil edən 

müdafiə  xəndəyi əhatə edir. Abidə yaxınlığ ında sahəsi 6 hektara yaxın olan orta əsr 

yaşayış  yerinin  qeydə  alın ması  Maluq  qalasının  həmin  yaşayış  yerinin  narınqalası 

olduğunu ehtimal etməyə əsas verir (İ.Bədəlova, 2005). 

XII  əsrdən  başlayaraq  Bakın ın  siyasi-in zibati  rolunun  yüks əlməsi  Abşeron 

yarımadasında etibarlı  müdafiə sisteminin yaradılmasını tələb edird i və Şirvanşahlar 

bu sahədə zəruri tədbirləri həyata keçirirdilər (И.П.Щеб лыкин, 1943, стp. 27). 

Abşeron  qalalarından  daha  erkəni  Mərdəkandan  məlu mdur.  Burada  bir-

birinin  ya xın lığında  üç  qəsr  vardır.  On lardan  ən  qədimi  1187-c i  ildə  inşa  olunmuş 

kvadrat planlı qəsrdir. Ondan bir qədər aralıda 1204-cü ildə dairəvi qülləli kiçik qəsr 

inşa  edilmişdir.  Ehtimal  etmək  olar  ki,  Şağan  qalası  da  elə  bu  dövrdə  inşa 

olunmuşdur.  Ölkənin  dağlıq  ərazilərində  dağ  qalalarının  oynadığı  rolu  Abşeronda 

qəsrlər, qüllə lər sistemi əvəz et mişdir (C.Qiyasi,  1991, s əh. 160).  Vahid plan-mə kan  

həlli olan bu qəsrlər iri və uca tutumlu qüllədən və onu dövrələyən qapalı bayır qala  

divarlarından  ibarətdir.  Qüllələ rin  bayırdan  bütöv  görünən  tutumları  da xildən  

günbəzvari örtüklə qatlara bölünür. Məsələn,  Böyük Mərdəkan qalasının qülləsi beş 

qata  bölünmüşdür.  Birinci  qat  istisna  olmaqla  hər  b ir  qatda  yelçəkmə  və 

işıqlandırma  üçün  günbəzlərin  ortasında  kiçik  bacalar  və  yan  divarlarda  pəncərə 

açırımları  vardır.  Qatlar  arası  pilləkən  ikinci  mərtəbədən  başlayır.  Qəsrlərin  bayır 

divarları  və  bürcləri,  eləcə  də  qüllələri  tacabənzər  maşikullarla  tamamlan ırdı. 

Qalan ın  müdafiəsi  əsasən  həyət  divarları  üstündən  və qüllənin  damından  aparılırd ı 

(JI.C.Бре таницкий 1966, cтp. 76; C.Qiyasi, 1991, s əh. 160). 

Qəsrlərin həyətində qayada oyulmuş təsərrüfat quyuları  zəruri ərzaq ehtiyatı 

saxlamağa xid mət edirmiş. Qəsrlərdə həm də su quyusu olurdu. 




94 

 

                                             Aydınbulaq qülləsi. 

Bakı  bu xtasında  -  Bay ıl  daşlarında  aparılan  qazıntılar  xüsusi  əhəmiyyətə 

ma likd ir.  Burada  1938-1940-cı  illərdə  Xə zə rin  suyunun  enməsi  və  qala  divarları 

olan  tikinti  qalıq larının  görün məsi  ilə  əlaqədar,  həmin  abidənin  tədqiqinə 

başlanılmış  (tablo26),  1946,  1962,  1969-cu  illərdə  davam  etdirilmişdir 

(E.A.Пa xoмов,  1940a :  И.Джафарзаде,  1947;  O.Ш.Исмизаде,  1966;  1971). 

Tədqiqatlar  nəticəsində  suyun  altından üzərində  ərəb  əlifbası  ilə  yazı  olan  800-də k 

daş  lövhələr  aşkara  çıxarılmışdır.  Abidənin  1234-1235-ci  illərdə  tikildiyi  tarix 

daşlarda  aydın  yazılmışdır.  Abidənin  nə  məqsəd  üçün  tikilməsi  haqda  mü xtəlif 

mü lahizələr söylənmişdir.  Bəziləri onu "karvansara", başqaları "sualtı ş əhər". "Bayıl 

daşları",  "Səbail  daşları",  " Yunan  şəhər"  və  s.  hesab  etmişlər.  Abidənin  cənub 

hissəsində  qazıntılar  aparılmış,  az  yonulmuş  daşdan hörülmüş  kvadrat  planda  olan 

tikinti  qalığ ı  aşkara  çıxarılmış,  qazan,  çıraq,  bardaq,  boşqab  qırıqları  tapılmışdır 

(O.Ш.Исмизаде, 1971). Arxeoloji qazıntılar nəticəsində belə bir fikir söylənilmişdir 

ki,  bu  abidə  Ba kın ı  qoru maq  üçün  dənizdə  tikilmiş  qala   olmuşdur.  Hə m  də  

gömrükxana  rolunu  oynamışdır.  Bu  fikir  Y.A.Paxo mov  və  bəzi  memarların  fikrinə 

uyğun  gəlir.  İ.M.Cəfərzadə  belə  hesab  edirdi  ki,  bu  tikinti  ko mp leksi  sitayiş 

obyektidir,  əvvəllə r  atəşpərəstlərin  sitayiş  yeri  olmuş,  sonra  islam  dininə  

uyğunlaşdırılmışdır.  Bəzi  tədqiqatçılar  onun  Şirvanşahların  saray  kompleksi 

olduğunu bildirirlər (E.A.Пaxoмов, 1940a; И.Джафарзаде 1947; Л.С.Бретаницкий

 И 



95 

 

Д



p.,  1947;  И.П.Щеблыкин,  1949).  V.A.Kvaçidze  Bayıl    qəsrinin  inşaatının 

tamamlan madığ ını,  XIII  əsrin  sonu  -  XIV  əsrin  əvvəllərində  Xəzər  dənizinin  

səviyyəsinin  qalxması  ilə  abidənin  su  altında  qalması  ehtima lını  irəli  sürmüşdür 

(B.A.Kвачидзе, 2006a, стp. 134). 

Şirvanın  müdafiə  sistemində  dağ  keçidlərin i  nəzarətdə  saxlayan  qüllələr  də 

özünəməxsus  yer  tuturdu.  Misal  olaraq  Muxas  qülləsini  göstərmək  olar.  O,  Oğu z 

rayonunun  Muxas  kəndinin  şima lında,  Daşağıl  keç idi  qarşısında  yerləşir.  Qüllə  

şimal, cənub və qərb tərəflərdə düzbucaqlı planda, şərq tərəfdə isə yarımdairəvi olub  

ərazinin  relyefinə uyğunlaşdırılmışdır.  Onun hündürlüyü 11,6  m, divarının qalın lığ ı 

hörgünün aşağı sıralarında 1,5 m, yu xarıda 1 m-dirQərb  divarında hündürlüyü bayır 

tərəfdən 1,1 m, içəridən 1,5 olan qapı aç ırımı vard ır (tablo 27, şək. 1). 

Muxas  qülləsinin  üçqatlı  olduğu  ehtimal  olunur.  İkinci  qatda  mazğal  v ə 

işıqlandırma  üçün  pəncərə  rolu  oynamış,  hündürlüyü  1,5  m,  eni  0,6  m  olan  açırım 

vardır.  Qüllə çaydaşı və çay daşlarından kirəc  məhlu lu ilə tikilmişdir.  1  x0,5x0,5  

ölçülü sal daşlar qüllənin künclərində və pəncərə yerlərində istifadə olun muşdu. 

Qüllənin  ərazisində  aparılmış  yoxlama  qazıntılar  burada  0,5  m  qalınlıqda 

mədəni  təbəqə  yatımının   varlığın ı  göstərmişdir.  Əldə  olun muş  arxeo loji 

materialların  və  abidənin  memarlıq  xüsusiyyətlərinin  müqayisəli  təhlili  onun  IX 

əsrdə  inşa  edildiyini  və  XIV  əsrədək  istifadə  olunduğunu  söyləməyə  imkan  

vermişdir (F.V.Qəd irov, 1984. səh. 98-102).

 

Aydınbulaq  qülləsi  Şəki  rayonunda  eyni  adlı  kəndin  şimalında  yerləşir  və 



yerli  əhali  arasında  həm  də  Torpaqqala,  Ağcaqala,  Meydanqala,  Qız  qalası 

adlandırılır.  O,  dördkünc  biçimli  olub,  küncləri  monolit  yarımdairəvi  bürclə 

möhkəmləndirilmişdir.  Bürclərdən  biri,  eləcə  də  cənub  və  qərb  divarları 

dağıdılmışdır.  Şimal  və  qərb  divarları  isə  nisbətən  yaxşı  mühafizə  olun muş, 

hündürlüyü 10,5  m-ə çatır (tablo 27, şək. 2). Qü llən in həm divarları, həm də bürcləri 

yuxarıya  doğru  daralır.  Mu xas  qülləsində  olduğu  kimi  burada  da  üç  qat  olmuş, 

birinci  mərtəbədə  qapı  yeri,  iki  və  üçüncü  qatlarda  pəncərə  açırımı  varmış.  Qapı 

yerinin eni  1  m, hündürlüyü 0,8  m-dir.  İkinci  mərtəbədə  mühafizə o lunmuş pəncərə 

yeri isə 1 hündürlükdə,0,4 enindədir.  

Abidənin  ərazisindən  toplanmış  arxeolo ji  materiallar  qüllən i  IX-XII 

yüzilliklərə  aid  etməyə  imkan  vermişdir  (F.V.Qəd irov,  1984,  səh.  102-105; 

Ф.В.Гадиров,  К.М.Мамедзаде,  1969).  Dü zənlik  ərazidə  ucaldılmış  bu  qüllə, 

görünür, keşikçi qülləsi olmuşdur.  

Be ləliklə, qüllə, qəsr və qalaların tədqiqi onların dövrün hərb sənətinin, hərbi 

memarlığ ın  tələblərinə  cavab  verdiyini,  ölkən in  etibarlı  müdafiəsi  üçün  qaneedici 

olduğunu göstərir. 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə