Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə44/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   40   41   42   43   44   45   46   47   ...   195

100 

 

Daşbulaq yaşayış yeri. 



Qazıntı sahəsindən görünüş. 

 

Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və  Cənubi  Qafqaz qaz boru  kəmərinin  



inşası  ilə  əlaqədar  2004-2005-ci  illərdə  Gəncə-Qazax  bölgəsində  geniş  arxeo loji 

qazıntılarla  öyrən ilmiş  III  Hacıalılı,  Faxralı,  Daşburun  və  Qıraq  Kəsəmən  yaşayış 

yerləri  orta  əsr  kənd  tipli  yaşayış  məskənlərinin  səciyyəsi  ba xımından  xüsusi 

əhəmiyyət kəsb edirlər. 

Qıraq  Kəsəmən  yaşayış  yeri  Ağstafa  rayonunun  eyni  adlı  kəndindən 

təxminən  2  k m  şərqdə,  Kür  çayından,  Qalabozu  yaşayış  yerind ən  təxminən  3  k m 

cənubda  qərbdən  şərqə  uzanan,  terraslarla  vadiyə  enən  təpənin  cənub-şərq 

yamacında  yerləşir.  Təpənin  hündürlüyü  2-5 



m,  sahəsi  bir  neçə  hektardır  (tablo  29,  ş ək.l). 

Şimal  tərəfdə  daha  hündür,  yamacları  dik, 

şərqdə  isə əksinə,  yamacları  mailidir.  Yaşayış 

yerinin 


ərazisindən 

XIX-XX 


əsrlərdə 

qəbiristanlıq 

kimi 

istifadə 



olunduğundan 

abidənin  mədəni təbəqə yatımı c iddi dağınt ıya 

mə ruz  qalmışdır.  Qıraq  Kəsə mən  yaşayış 

yerində qazıntı  işləri dörd sahədə aparılmış, üç 

yoxlama  qazıntısı  qoyulmuşdur.  Bakı-Tbilisi-

Ceyhan  boru  kəmərinin  dəhlizində  75  

uzunluğunda, 4-5  enində I sahədə aparılmış 

qazıntı  nəticəsində  mədəni  təbəqə  yatımının  

qalınlığı  təpənin  bütün  sahələrində  eyni 

olmayıb  kənarlarda  40-60  sm  olduğu  halda 

mə rkə zdə  1  m  və  daha  artıq  təşkil  etdiyi 

müəyyənləşdirilmişdir. 

Bu rada 

təsərrüfat 

təyinatlı  tikili  qalıqla rı  (tablo  29,  ş ək.  2), 

ocaqlar,  təndirlər,  təsərrüfat  quyuları  aşkara  ç ıxa rılıb  tədqiq  edilmişdir.  I  qa zıntı 

sahəsinə paralel  Cənubi  Qa fqaz  qaz  boru  kə məri  xəttində  IV  qazıntı  sahəsində  176 

k v.m  sahədə  arxeoloji  tədqiqat  işləri  aparılmış,  burada  emalat xana  qalıqla rı, 

təsərrüfat  və  məişət  quyuları,  təndir  və  ocaq  qalıqla rı  aşkarlan mışdır.  I  qa zıntı 

sahəsindən  40  m  cənub-şərqdə,  çökək  sahədə  aparılmış  qazıntıla r  is ə  (II  qazıntı,  II 

şurf)  Kür  çayının  b ir  neçə  dəfə  məcrasından  çıxaraq  ətraf  əraziləri,  o  cü mlədən 

yaşayış məskənini basdığını təsdiqləyən faktik  materiallar vermişdir  (T.M.Достиев, 

B.A.Kвачидзе, 2006; T.M.Дос тиев,

 

2007). 


Cənubi  Qa fqaz  boru  kə məri  xəttində  abidənin  çökə k  əra zisində,  384  k v.m 

sahədə  (III  qazıntı)  aparılmış  tədqiqat  işləri  nəticəsində  ema lat xana  qalıq ları  (tablo  

29,  şək.  3),  möhrə  divar  qalığı,  arx  yeri,  təsərrüfat  və  məişət  quyuları,  təndir  və 



101 

 

ocaqlar  üzə  çıxarılmışdır.  Qazıntının  mü xtəlif  sahələrində  mədəni  təbəqənin 



qalınlığı fərqli olub 60-110 sm arasında dəyişir. 

Yaşayış  yerində  geniş  sahəli  qazıntılar  yo xlama  -  şurf  qazıntılarla 

uzlaşdırılmış,  yaşayış  yerinin  çökək  ərazisində  üç  şurf  qoyulmuşdur.  III  şurf 

qazıntısı  daha  maraqlı  nəticə  vermiş,  burada  təsərrüfat  təyinatlı  sahə  üzə 

çıxarılmışdır.  Həmin  sahədə təsərrüfat  quyusu,  çiyinə  qədər  torpağa  basdırılmış  üç 

küp, dən daşı, kirkirə daşı, ocaq qalığı aşkarlan mışdır. 

Qazıntıların  nəticələri  Qıraq  Kəsəmən  yaşayış  yerinin  sərbəst  plan 

quruluşuna  malik,  seyrək  tikililəri  o lan  geniş  sahəli  kənd  məskəni  tipinə 

mənsubluğunu söyləməyə əsas verir. 

Qıraq Kəsəmən yaşayış yerində qazıntılar nəticəsində əldə olunmuş tapıntılar 

VIII-X  əsrlər  üçün  səciyyəvi  olan  şirsiz  və  şirli  qab-qacaqla,  dəmir  a lətlər,  metal 

əşyalar,  şüşə  məmulatla  təmsil  olunmuşdur.  Şirli  qablar  arasında  piyalə  və duzqabı 

fraq mentlərinin, şüşə mə mulat arasında is ə bilərziklə rin ço xluğu diqqəti cə lb edir. 

Daşbulaq  yaşayış  yeri  Şəmkir  rayonunun  Daşbulaq  kəndinin  cənub  kənarında, 

qurumuş çay yatağının şərq tərəfində yerləşir. Planda ellips formasına yaxın olub çay yatağı 

boyunca  şimal-cənub  istiqamətlərində  uzanan  160  m  uzunluqda,  70-75  m  enində,  2  

hündürlükdə  təpə  şəklindədir.  Təpənin  ətəkləri  mailidir,  şərq  tərəfdə  isə  ətraf  əraziyə 

qarışaraq sərhədləri bilinmir. Asfalt yolun inşası ilə əlaqədar mikrorelyef pozulmuş, təpə ilkin 

formasını  itirmişdir.  Dəllər  Cəyir  və  Daşbulaq  kəndlərini  birləşdirən  şose  yol  çəkilərkən 

yaşayış yerinin üst təbəqəsi qismən sıyrılıb götürülmüşdür. Yaşayış yerinin cənub-qərbindən 

şimal-şərqinə istiqamətlənməklə şose yolu abidəni iki hissəyə bölür. 

2004-2005-ci  illərdə  Bakı-Tbilisi-Ceyhan  neft  və  Cənubi  Qafqaz  qaz  boru 

kəmərlərinin  inşaatı  ilə  bağlı  abidənin  cənub  tərəfində,  316  k v.m  sahədə  arxeoloji 

qazıntılar  aparılmışdır  (M.M.Hüseynov,  B.M.Cəlilov,  2007,  səh.  61-63).  Mədəni 

təbəqənin  qalınlığı  80  sm-ə  çatır.  Orada  təsərrüfat  və  məişət  quyuları,  təndir  qalıqları 

aşkarlanıb  tədqiq  edilmişdir.  Təsərrüfat  quyularının  bəzilərinin  divarı  hamarlanaraq 

üzərinə suvaq çəkilmişdir. Təndirlərin divarlarına içəri tərəfdən cızma xətlər salınmasına da 

rast  gəlinmişdir.  Əldə  olunan  arxeoloji  materialların  böyük  əksəriyyəti  quyulardan 

tapılmışdır.  Tapıntılar  arasında  şirli  və  şirsiz  saxsı  məmulat  çoxluq  təşkil  edir.  Onların 

içərisində  öz  orijinal  forması  ilə  fərqlənən  şirsiz  qab  nümunələri,  basma  üsulu  ilə 

bəzədilmiş  təsvir  motivli  boyalı  qablar  diqqəti  cəlb  edir.  Bütövlükdə,  arxeoloji 

materialların  müqayisəli  təhlili  Daşbulaq yaşayış  yerinin  IX-XI  əsrlərdə  fəaliyyətdə 

olduğunu sənədləşdirir. 

Gəncə nahiyəsinin kəndlərindən birinin xarabalıqları Goranboy rayonunun Faxralı 

kəndindən şimalda  aşkarlanıb tədqiq  edilmişdir  (B.A.Kвачидзе,  2004a,  cтp.142-150). 

Yaşayış  yerinin  uzunluğu  300  m-dən  artıqdır.  2004-2005-ci  illərdə  Bakı-Tbilisi-Ceyhan 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə