Arxeo logiya və etnoqrafiya institutu


Kə nd ti pli yaşayış yerləri



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə42/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   38   39   40   41   42   43   44   45   ...   195

96 

 

 



Kə nd ti pli yaşayış yerləri 

 

Yazılı  qaynaqlar  Azərbaycanda  orta  əsrlərdə  çoxlu  zəngin  kəndlərin  



olduğunu  qeyd  edirlər.  X  əsr  ərəb  coğrafiyaşünası  əl-Müqəddəsi  Azərbaycandan 

bəhs  edərkən  bildirir  ki,  "Bu  (yerlər)  başdan-başa  kənd  və  əkin  sahələridir"  

(N.M .Və lixan lı,  1974,  səh.  130).  Əsərini  XIII  əsrin  əvvəllərində  yazmış  Yaqut  əl-

Hə məvi  Muğanın  ço xlu  kənd  və  otlaqla rı  olan  vilayət  olduğunu  qeyd  edir 

(N.Əliyeva,  1999,  səh.  70.  181).  O,  Azərbaycandakı  bəzi  kəndlərin  adını  da  çəkir: 

Xalxal yaxın lığ ında Hamis, Qəzvinlə  Xalxal arasında Bərəndək, Xalxalda Səncəbəz, 

Dərbənd  yaxınlığ ında  Sincan,  Təbrizdən  6-7  k m  ara lı  Va ran,  Urmiya  ya xınlığında  

Farfaqabad,  Urmiyadan  bir  mə rhələ  a ralıda  Mart,  Urmiya  və  Təbriz  a rasında 

Kuzkunan (N.Əliyeva, 1999, səh. 69). 

Azərbaycan Respublikasında XX  əsrin son rübündə aparılmış geniş miqyaslı 

çöl arxeoloji tədqiqatları da yazılı qaynaqların   məlu matını təsdiqləyərək o rta çağda 

ölkəmizdə  kənd  məskənlərin in  sıx  yerləşdiyini  göstərir.  Bunu  arxeolo ji  baxımdan  

məqsədyönlü  və  sistemli  tədqiqatlara  cə lb  olun muş  Quba-Xaç ma z  bölgəsinin  

timsalında  aydın  müşahidə  etmək  mü mkündür.  Bu rada  qeydə  alın mış  orta  əsr 

yaşayış  yerlərinin  böyük  əksəriyyətini  kənd  tipli  yaşayış  məskənlərinin  qalıq ları 

təşkil  edir.  On lar  topoqrafik  ba xımdan  çaykənarı,  düzən,  yamac  və  meşəiçi  kənd  

tipləri  ilə  tə msil  olun muşdur.  Çaykənarı  kəndlərə  mənsub  yaşayış  yerlərinin  

əksəriyyəti dağ çaylarının hündür sahilində,  meşəiçi  kəndlər isə  meşə zolaqlarındakı 

talalarda,  alçaq  təpələr  ü zərində  yerləşirlər.  Yamac  kəndlərin in  əksəriyyəti  yaxşı 

insolyasiya  olunan,  külək  tut mayan  dağın  ş ərq  və  cənub  ətəklərində  salın mışlar. 

Bölgədə  dağ  çayların ın  sıx  şəbəkəsinin  mövcudluğu,  yaşayış  məskənlərinin  

salın ması  və  inkişafında  su  mənbələrinin  mühüm  əhəmiyyət  kəsb  etməsi  çaykənarı 

kəndlərin daha geniş yayılmasını ş ərtləndirmişdi. 

Quba-Xaç ma z  bölgəsinin  IX-XII  əsr  kənd  tipli  yaşayış  yerlərinin  tədqiqi 

əsasında  Azərbaycanda  həmin  çağda  kəndlərin  ölçülərinə  görə  fərqli  olduğunu,  bir 

neçə  min  kv.m-dən  bir  neçə  hektara  qədər  sahəyə  malik  kənd  məskənlərinin  

mövcudluğunu  müəyyənləşdirmək  o lur.  Quba-Xaçmaz  bölgəsində  ölçülərinə  görə 

böyük, orta və kiçik sahəli kənd yaşayış yerləri o lmaq la üç tip ayrılmışdır. 

Böyük  kənd  tipli  yaşayış  yerləri  sahəsi  3,5  hektardan  artıq  olan  abidələrlə 

təmsil  olunmuşdur.  Buraya  Seyidli,  Çiləgir,  Talabı,  Yurdyerlə ri,  Köhnəpir  və  digər 

yaşayış  yerləri  daxildir.  Arxeo loji  qazıntılar  Müşkür  düzünün  şima lında,  Xaçmaz 

rayonunun  eyni  adlı  kəndindən  1  km  qərbdə  yerləşən  Seyidli  yaşayış  yerində 

aparılmışdır.  Hər  tərəfdən  meşə  ilə  əhatə  olunan  bu  yaşayış  yerinin  sahəsi  4 



97 

 

hektardan artıqdır (tablo  28, ş ək.  l). Arxeolo ji qa zıntıla r  za manı burada qalınlığı  1,5 



m-ə  çatan  mədəni  təbəqədə  tikili  qa lıq ları,  təndir  və  ocaqlar,  də mirç iliklə  bağlı 

qalıqlar üzə çıxarılmış,  xey li  miqdarda VIII-XV əsrlər üçün səciyyəvi olan saxsı qab 

qırıqları, əmək alətləri, bəzək nü munələri tapılmışdır (T.M.Dostiyev, 2001, s əh. 56-

57).  Məlu m  olmuşdur  ki,  burada  VIII  əsrdə  kənd  salınmış,  XI-XII  əsrlərdə  o 

genişlənərək  maksimu m həddə çatmış,  monqol ağalığı dövründə tənəzzül  keçirmiş, 

XV əsrdə isə sakinlər onu tərk et mişlər. 

Orta  dərəcəli  kənd  tip li  yaşayış  yerləri  sahəsi  1  hektardan  artıq,  la kin  3,5 

hektardan  az  olan  ab idələrlə  tə msil  o lunmuşdur.  Bu  tip  abidə lərə  misal  o laraq  

Dərə zarat,  Qalaqantəpə və Dəyirmantəpə yaşayış yerlərini göstərmə k olar.  Onlardan  

Dərə zarat yaşayış yerində kiç ik a rxeo loji qazıntılar aparılmışdır. Qa zıntı n əticəsində 

mədəni  təbəqə  yatımının  qalınlığın ın  2,2  m  olduğu  müəyyən  edilmiş,  tikinti 

qalıqları,  təndirlər,  təsərrüfat  quyuları  aşkara  çıxarılmış,  XII-XIV  əsrlərə  aid  saxsı 

qab  qırıqları,  metal  məmulat,  şüşə  və  sümükdən  bəzək  əşyaları  və  s.  tapılmışdır 

(C.Ə.Xəlilov, 1960, səh. 105-114). 

Qalaqantəpə  yaşayış  yeri  Müşkür  düzündə,  Caqacuq  çayın  sağ  sahilində, 

Xaçmaz  rayonunun  Qalaqan  kəndinin  şimal-qərb  kənarında  yerləşir  və  3,5-4,5  

hündürlükdə,  dördkünc  biçimdə  geniş  sahəli  təpədən  ibarətdir.  Yaşayış  yerinin 

cənub-şərq  tərəfində  aparılmış  yoxla ma  qa zıntı  mədəni  təbəqə  yatımının  3,5  

qalınlıqda  olduğunu  göstərmişdir.  Qazıntı  nəticəsində  əldə  olun muş  arxeo loji 

materia lla r  VII-XII əsrlərə aid şirli və şirsiz saxsı, fayans qab qırıqları,  iy başlığı v ə  

bülöv daşı ilə təmsil o lunmuşdur (Дж.А.Халилов и др., 1991, стp. 106). 

Dəyirmantəpə  yaşayış  yeri  Xaç ma z  rayonunun  Maşıoba  kəndi  ya xın lığ ında 

iki təpənin üzə rində yerləşir. Abidənin əra zisində aparılmış ilkin tədqiqatlar yaşayış 

yerində  IV-XII  əsrlə rə  a id  2,7  m  qalınlıqda  mədəni  təbəqə  yatımının   varlığın ı 

göstərmişdir. 

IX-XII  əsrlərin  kənd  tipli  yaş ayış  yerləri  arasında  kə miyyət  etibarilə  III  tip  

kiçik  sahəli  kəndlərin  xarabalıq ları  üstünlük  təşkil  edir.  Sahəsi  1  hektardan  artıq  

olmayan  bu  abidələrin  səciyyəvi  cəhətlərindən  biri  onların  əsasən  qrup  halında 

salın masındadır. Be lə  kəndlərin təşəkkül tapmasında bir nəslin üzvlərinin bir-b irinin  

yaxınlığında  məskunlaşmaq  istəyi  mühü m  ro l  oynamışdır  (H.Həvilov,  1991,  səh. 

115-116).  Bu  baxımdan  Məscidtəpə,  Aqbilbaba  yaşayış  yerlərini  misal  gətirmə k 

olar.  Əslində  III  tipi  kəndə  nisbətən  xey li  kiçik  yaşayış  məntəqəsini  əks  etdirən  

"şenlik" istilahı ilə adlandırmaq daha düzgün olardı. III tip kənd yaşayış yerlərindən 

ikisində  -  Sərkə rtəpə  və  Sandıqtəpə  yaşayış  yerlərində  geniş  arxeo loji  qazıntıla r 

aparılmışdır.  Sərkərtəpə yaşayış yeri Müşkür düzündə, Xaçmaz rayonunun Sərkərli 

kəndindən  şima l-şərqdə,  Ağçayın  sahilində,  şərq-qərb  istiqamətində  u zanan  təpə, 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə