Arxeo logiya və etnoqrafiya institutu



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə28/195
tarix07.08.2018
ölçüsü5,27 Mb.
#61028
1   ...   24   25   26   27   28   29   30   31   ...   195

64 

 

keramika istehsalının, zərgərlik, sümükişləmə, bədii şüşə sənətkarlığı sahələrinin kifayət 



qədər inkişaf etdiyi bildirilir (Q.İsmayılzadə, 1999a, səh. 49). 

Şaxtaxtı  orta  əsr  şəhərtipli  yaşayış  yeri  Naxçıvan  MR  Şərur  rayonunun  eyni 

adlı  kəndinin  ərazisində  yerləşir.  Çoxbucaqlı  plan  quruluşuna  malik  bu  yaşayış  yeri 

20 hektardan artıq sahəni əhatə edir. Arxeoloji qazıntı yaşayış yerinin çökək hissəsində 25 



kv.m  sahədə  aparılmış,  burada  dairəvi  planlı  dulus  kürəsinin  qalıqları  aşkarlanmış,  xeyli 

miqdarda şirli və şirsiz saxsı qab qırıqları, dəmir bıçaq tiyələrinin parçaları tapılmışdır. 

Yaşayış  yerinin  tikililəri  daşdan  inşa  olunmuşdur.  Binaların,  yaşayış  evlərinin 

qalıqlarının yerli əhali tərəfindən sökülərək inşaat materialı kimi təkrar istifadə edilməsi 

nəticəsində mədəni təbəqə qismən dağıdılmışdır. 

Arxeoloji  materiallar yaşayış yerini IV-XIIl əsrlərə aid etməyə imkan vermişdir 

(Ə.İ.Novruzlu, V.B.Baxşəliyev, 1993a, səh. 42-44). 

Sədərək orta əsr şəhərtipli  iri  yaşayış  yeri  Araz  çayının sol sahilində  Naxçıvan 

MR eyni adlı kəndindən cənub-şərq tərəfə geniş bir ərazini əhatə edir. Abidə ərazisində 

kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar nəticəsində daş və bişmiş kərpicdən inşa edilmiş 

yaşayış evlərinin qalıqları,  külli  miqdarda  maddi  mədəniyyət  nümunələri  aşkar  edilmiş, 

yaşayış  məskəninin su  təchizatına dair  maraqlı  materiallar  əldə  olunmuşdur.  Tapıntılar 

arasında  şirli  və  şirsiz  saxsı  məmulat  daha  çoxdur.  Buradan  pəncərə  şüşələrinin 

qırıqlarının tapılması da qeyd olunmalıdır. 

Arxeoloji kompleks Sədərək orta əsr şəhərtipli yaşayış yerinin IX-XVIII yüzilliklərdə 

mövcud olduğuna dəlalət edir (Ə.İ.Novruzlu, V.B.Baxşəliyev, 1993a, səh. 73). 

Son  iki  onillikdə  Azərbaycan  Respublikasının  cənub-şərqində  bir  neçə 

şəhərtipli yaşayış yeri aşkar edilib ilkin arxeoloji tədqiqatlara cəlb olunmuşdur. Alaşa, 

Qədim  yer,  Moşxan,  Piyakon,  Ərc ivan,  Şa kaşəhər  bu  qəbildən  olan  abidələrdir 

(Q.O.Qoşqarlı, A.İ.Ələkbərov, 1992, səh. 50). 

Tədqiqatçılar 

Ərcivan  yaşayış  məskəni  haqqında  Xaqani  Şirvaninin 

qəsidələrindən birində məlumat verildiyini bildirir (S.M.Onullahi, 1994, s əh. 81). Köhnə 

Ərcivan  yaşayış yeri Astara  rayonunun  Ərçivan  kəndinin qərb  kənarında yerləşir və on 

hektardan  artıq  sahəni  əhatə  edir.  Kəşfiyyat  xarakterli  tədqiqatlar  zamanı  abidənin 

ərazisində  bişmiş  kərpicdən  hörülmüş,  qalınlığı  1,5  m  olan  istehkam  qalıqları  qeydə 

alınmışdır.  Tikinti  materialları  yaşayış yeri  üçün  bişmiş  kərpic  memarlığının  səciyyəvi 

olduğunu göstərmişdir. Abidənin ərazisindən toplanmış yerüstü arxeoloji materiallar, ilk 

növbədə,  şirli  və  şirsiz  saxsı  məmulat  yaşayış  yerinin  IX-XVII  əsrlərdə  mövcud 

olduğunu ehtimal etməyə əsas vermişdir (T.Axundov və b., 2002, səh. 65-71). 



Şəhər istehkamları. Arxeolo ji tədqiqatlar Azərbaycanın orta əsr şəhərlərinin  

istehkamları,  tikililəri,  abadlığ ı  və  s.  məsələlərə  dair  zəngin  faktik  material 

vermişdir.  Te z-te z  baş  verən  xa ric i  basqınlar  və  feodal  a ra  müharibələri  şəhər 



65 

 

əhalisini  möhkəm istehkamlar tikməyə  məcbur edird i, şəhərlər  möhtəşəm və hündür 



qala  divarları  və  xəndəklərlə  əhatəyə  alınırdı.  Demək  o lar  ki,  bütün  orta  əsr 

şəhərlərinin  belə  qala  divarları  var  id i.  Hərb  memarlığı  Azərbaycan  feodal 

dövlətlərinin d iqqət mərkəzində duran sahələrdən olmuşdu. Ölkən in əmin-amanlığı, 

inzibati  idarəç iliyin  səviyyəsi,  kənd  təsərrüfatı,  sənətkarlıq  və  ticarətin  inkişafı, 

əhalinin  sosial  rifahı  bir  ço x  cəhətdən  müdafiə  sisteminin  düzgün  təşkilindən  və 

möhkəmliyindən  asılı  olurdu.  Hərbi  əməliyyatlar  zaman ı  ətrafda  yaşayan  əhali  də 

şəhərdə  qorunur,  onun  müdafiəsində  iştirak  ed irdilər.  Yerli  memarlardan  dövrün 

hərb  sənətinə  cavab  verən,  istər  güclü,  sürətli  həmlələ rə,  istərsə  də  uzun  sürən 

mühasirələr  zamanı  düşmənin  divardələn  qurğularına,  mancanaq  atəşlərinə  davam 

gətirə  bilən  kifayət  qədər  möhkə m,  a lın ma z  qala  divarları  inşa  etmə ləri  tələb  

olunurdu.  Şəhərlərin  müdafiəsi  şəhərsalman ın  həlledici  amillərindən  birinə 

çevrilmişdi  (Г.М.А хмедов, 1985, стp. 4; Т.М.Достиев, 2003, стp. 84; С.Г.Мамедов, 

1997, стp. 169-203; B.Г.Мурадов, 1984, c тp. 27). 

Azərbaycanın orta əsr şəhərlərin in ko mpo zisiya-plan s xe mi ü mu mmüs əlman  

şəhərlərinə  xas  quruluş  modelinə  uyğun  idi.  Zəkəriyyə  Qəzv ini  müsəlman  

şəhərlərinin  quruluş  modelini  belə  təsvir  edird i:  " Bu  iki  şəhərdir,  b iri  digərinin  

içərisində.  Kiçik  şəhər  "şəhristan"  adlanır.  Onun  divarları  və  bir  neçə  qapısı  var. 

Böyük  şəhər  isə  kiçik  şəhəri  dövrələyir  və  onun  da  divar  və  qapıları  var.  Böyük 

şəhəri  hər  tərəfdən  üzü mlüklər  və  bağlar,  bunları  isə  əkin  sahələri  əhatə  edir"  

(3.M .Б


УНИЯТ ОВ

,

 



1986, стp. 100). Mənbədən bəlli olu r ki, istər şəhristanın, istərsə də 

bayır şəhərin (rabadın) qala d ivarları olmuşdur. 

Şəhərlərin qala divarları yerli  materialdan asılı olaraq, daşdan, çiy v ə bişmiş 

kərpicdən  və  yaxud  möhrədən  hörülürdü.  Şirvan  bölgəsindəki  şəhərlərin  qala  

divarları  əsas  etibarilə  daşla  kirəc  məhlu lundan  tikilmişdir.  Orta  əsr  Bakı,  Şama xı, 

Dərbənd şəhərlərinin qala divarları bunlara  misal ola bilər. Arranın şəhərlərinin qala  

divarları  isə  möhrə, çiy kərp ic və IX-X əsrlərdən başlayaraq geniş miqyasda bişmiş 

kərpic lərlə t ikilmişdir.  Beyləqanın IX-XIII əsrlə rə a id qala d ivarla rı  kiç ikölçülü ç iy  

kərpic lə,  möhrə  və  bişmiş  kərpic lə  gil  və  kirəc  məhlulunda  hörülmüşdür.  IV  və  VI 

qazıntı  sahələrində  aparılan  tədqiqatlar  nəticəsində  aydın  olmuşdur  ki,  şəhərin  ilk 

qala  divarı  IX  əsrədək  uçurulub  dağıdılmışdır.  Onun  üstündə  yenidən  iki  paralel 

uzanan  (eni  90  sm)  möhrə  divarlar  tikilmiş,  onların  arası  isə  torpaqla 

doldurulmuşdur. Divarın ü mu mi eni 4  m-ə bərabərdir. Onun möhrə üzlüklərindən və 

tökmə  torpağından  IX  əsrə  aid  şirli  qab  qırıq ları  tapılmışdır.  Bu  divar  ço x  ö mür 

sürməmişdir.  IX  əsrin  sonu  və  X  əsrin  əvvəllərində  divarın  xaricində  dulus  kürəsi 

tikilmişdir. Kü rənin külü  müəyyən qədər uçmuş divarı ört müşdür. Sonralar X əsrdə, 

hər halda XI əsrdən gec olmayaraq, burada növbəti divar tikilmişdir. Bu  dəfə divarın  



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə