Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə30/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   ...   26   27   28   29   30   31   32   33   ...   74

 
135 
 
 
 
Muğama  QayıdıĢ 
 
 
Səhər  çağı  layla  gəlir,  mehr  gəlir,  ülfət  gəlir  isti  ana 
nəfəsiylə ömrümüzə. 
Biz Muğama qayıdırıq. 
Bahar  çağı  gənclik  gəlir,  sevgi  gəlir,  hicran  gəlir,  vüsal 
gəlir qəlbimizə.  
Biz Muğama qayıdırıq. 
Böyüyürük,  dərk  edirik  həyat  adlı  bir  hikməti:  sevinciylə, 
kədəriylə, yoxuşuyla, enişiylə, gəlişiylə, gedişiylə. 
Biz Muğama qayıdırıq. 
Ətaləti,  cəhaləti,  neçə-neçə  qəbahəti,  cinayəti  rədd  edirik, 
qərq edirik hiddət, qəzəb dənizində. 
Biz Muğama qayıdırıq. 
Ömür  sona  yetən  zaman  tapşırırıq  körpələrə  əsilliyi, 
məğrurluğu, həssaslığı, kamilliyi. 
Biz Muğama qayıdırıq. 
 
 


 
136 
Birinci  Hissə 
 
 
 
MAHĠYYƏT 
 
 
Ġlk Söz 
 
Muğam Fəlsəfədir – Bədii, Şairanə, Atəşin. 
Şərq  –  Fəlsəfanə  Oxuyub,  Şairanə  Düşünüb  –  və  bu  onun 
Gücüdür, – Zəifliyi deyil, Üstünlüyüdür, – Əskikliyi deyil. 
Şərq  Fəlsəfəsi  Vəhyə  əsaslanır,  Vəcdə  əsaslanır,  İlhama  əsas-
lanır,  Ehtizaza  əsaslanır  –  Peyğəmbərliyə  daxilən,  üzvi  surətdə 
Doğmadır – Peyğəmbərliyi yaradıb, Peyğəmbərlikdən Yaranıb. 
Muğam Fəlsəfəsi haqqında Kitab – Şərq Filosofluğunun  Özünə-
məxsusluğu haqqında Kitabdır – Zəkanın, Hissin, Əxlaqın, İradənin 
Vəhdəti haqqında Kitabdır. 
 
 
Şölə Ayı, 11-ci il. Bakı. 
(iyun, 1990-cı il). 
 


 
137 
Birinci  Fəsil 
 
MUĞAM –  FƏLSƏFĠ   HADĠSƏ  KĠMĠ  
 

Muğam Ülvi həyat konsepsiyasını təsdiq edir. 
Muğam  əsil  ruhani  mövcudiyyət  haqqında  dahiyanə  musiqi 
hekayətidir.  Onda  Kamil  YaĢamağın  bütün  zənginliyi,  pillələri, 
keçidləri, mürəkkəb idraki-hissi əlaqələri öz ifadəsini tapıb. 
Həyat  muğamda  İnsanın  Dünyaya,  onun  Kədərinə,  Əzabına, 
müxtəlifliyinə,  ziddiyyətlərinə,  təzadlarına  qovuşması  kimi  məna-
landırılır. 
Şəxsiyyətin  miqyası  burada  taleyini  ruhunda  daşımaqla,  əxlaqi 
qorxmazlıqla,  idraki  mütləqiliklə,  Mahiyyətin,  Əbədiliyin,  İdealın 
dərkiylə ölçülür. 
Həyatla  qaynayıb-qarışan,  həyata  qovuşan,  İdeala  can  atan 
Şəxsiyyəti təsdiq edir Muğam. 
Həmin Şəxsiyyətin əsas xassəsi – Dünyanın mənasına qovuşmağa 
Güclü, Ülvi, Gərgin Ehtirasdır. 
Muğamda  İnsanilik  –  Möhtəşəm,  Miqyaslı,  Əhəmiyyətli  hadisə 
kimi təqdim olunur. 
Muğam – pillə sənətidir. 
Muğamın hər bir pilləsi insan həyatının bir mərhələsidir. 
Muğam Ġnsanı həyat pillələri vasitəsiylə Ġdeala qaldırır. 
Bu  hadisənin  əsas  xassəsi  ehtizaz  səviyyəsinə  yetən  Daxili  İdraki 
hissi Gərginliyin ardıcıl şəkildə artmasıdır. 
Muğama  görə  Ġnsani  həyat  ülvidir,  çünki  insan  həyatın 
zərbələrinə tab gətirir və bununla da İdeala yüksəlir. 
Muğama görə Ġnsani həyat  ülvidir, çünki İnsan Zirvə səviyyəli 
Duyğulara – bəsit hisslərə yad olan həyəcanlara ucalır. 
Muğama  görə  Ġnsani  həyat  ülvidir,  çünki  Ruhaniyyat  bir 
səviyyədə  qalmır,  daim  mürəkkəbliyə,  kamilliyə,  mahiyyətə  doğru 
hərəkət eləyir. 


 
138 
Muğama  görə  Ġnsani  həyat    ülvidir,  çünki  İnsan  son  nəticədə 
həyatdan  yuxarı,  özündən  yuxarı  qalxa  bilir,  İdeala,  Mütləqə  qovuşa 
bilir. 

İdeala  Yüksəlmə  hadisəsi  Muğamda  Qəmdən  –  Qəmin  inkarına, 
Həyatdan  –  İdeala  qovuşmaya  Qanunauyğun,  Zəruri,  Təbii  keçidlə 
səciyyələnir. 
Qəm  Muğamda  hərtərəfli  tədqiq  olunur,  dərindən  dərk  edilir  və 
əsaslı şəkildə aradan qaldırılır; İdeal – Qəmdən kənara çıxmaq, Qəmin 
fəlsəfi inkarı kimi təqdim olunur. 
Ġdeal Qəmin üzərində ucalır. 
Muğam sübut eləyir ki, Həyat Kədərlə məhdudlaşmır; o, Kədərdən 
artıqdır; Kədəri aradan qaldırmaqla Həyat İdeala çatır. 
Ġdeal  –  Həyatdan  artıqdır;  Həyat  özündə  qala  bilmir,  labüd 
Ģəkildə  özündən  kənara  çıxır;  –  Kamilə,  Mütləqə  qovuĢur  – 
Muğamdakı Ġdeal konsepsiyasının mahiyyəti bundan ibarətdir. 
İdealla  görüş  Muğamda  xüsusi,  qeyri-adi,  sirli,  sehrli,  vəhyli, 
ehtizazlı hadisə kimi meydana çıxır. 
Həyat – Ali Həyata keçir. 
Qəhrəmani Şəxsiyyət Dünyanın Faciəvi Mənasını dərk edir, duyur, 
həmin  Mənayla  birgə  yaşayır;  ancaq  son  nəticədə  onun  üzərində 
Yüksəlir və Kamilliyə çatır. 
Dünya  bütün  zənginliyiylə  dərk  olunur,  ancaq  İnsan  Dünyayla 
kifayətlənmir, ondan kənara çıxır. 
Həyatdan  Ali Həyata – Qəhrəmani, Ülvi Şəxsiyyətin Ruhani Yolu 
budur. 
Həyati  iztirablara  qarĢı  qorxmazlıq,  Kamillik  Ehtirasında 
Qorxmazlıq,  Kamilliyə  QovuĢma  Qətiyyətində  qorxmazlıq  –  əsil 
Ġnsani mövcudluğun baĢlıca keyfiyyətləri bunlardır! 
Muğamda  Ġnsan  Ülvi  Məqsədinə  yetmək  üçün    YetiĢir,  o, 
həyatın bütün keşməkeşlərindən keçib müdriklik, ruhani güc qazanır. 
Ruhani Yetkinliyə nail olan İnsan Ali, İdeal, Mütləq Kamilliyə can 
atır. 
Həyatı dərk eləyib, İdeala ucalır. 


 
139 
Həyatı  dərk  etməklə  İdeala  ucalmaq  arasında  əsaslı  fərq  var: 
ikincidə  Duyğular,  Ehtiraslar  tüğyan  edir,  Hadisənin  Müqəddəsliyi, 
Bənzərsizliyi, Əlçatmazlığı təsdiq olunur. 
 

Muğamda Həqiqi və Əxlaqi bərabərləĢir.  
Yalnız Kamil Şəxsiyyət həqiqəti dərk edə bilər. 
Yalnız Həqiqət  Kamil Şəxsiyyət yetirə bilər. 
Əxlaqi  Kamillik  Tələbi  Muğamda  Həqiqəti  dərk  etmək 
Tələbiylə birləĢir. 
Həqiqəti  dərk  etmək  burada  Əxlaqi  Kamilliyə  çatmaq  demək 
olur. 
Əxlaqi Kamillik Həqiqəti dərk etmək demək olur. 
Varlıq  və  İdrak  Muğamda  vəhdət  təşkil  eləyir:  Xeyirin  və 
Müdrikliyin, Əməlin və Biliyin üzvi birliyi yaranır. 
«Yalnız Əxlaqi olan – Həqiqidir. 
Yalnız bilən Əxlaqidir. 
Yalnız Həqiqi – Kamildir!» – deyir Muğam. 
Həm  Kamillik,  həm  də  Həqiqilik  özünü  İdealda,  Mütləqdə 
hərtərəfli təsdiq eləyir. 
«Yalnız İdeal olan (Mütləq olan) – Kamildir. 
Yalnız İdeal olan (Mütləq olan) – Həqiqidir!» – deyir Muğam. 
 

Muğamın  dialektik  məzmunu  onun  bədii  biçimini  (strukturasını) 
müəyyən eləyib. 
Muğam ilk növbədə Vahidliyin və Müxtəlifliyin dialektikasına 
dahiyanə nümunə sayılmalıdır. 
Musiqi  konsepsiyası  Vahid  mövzudan  doğur;  dəyişir,  inkişaf  edir, 
variasiyalaşır, öz əksinə çevrilir və son nəticədə yenidən yeni şəkildə 
özünə qayıdır. 
Dialektik inkişafın mahiyyətini ifadə eləyən hadisə baş verir: 
Vahidlik dialektik şəkildə Özündən Özünə qayıdır. 
Muğam əsas motivin (Leytmotivin) idraki-hissi zənginliyini, dina-
mizmini parlaq şəkildə, hərtərəfli göstərir… 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə