27
Oynayır onunla, ona görə də qutsaldır. Anaya münasibət necə
olmalıdır? Mən deyirəm ki, ana mühakimə olunmazdır, ata da
mühakimə olunmazdır. Çünkü onlar sənə əzab çəkib, əmək çəkib,
sənə gələcək verib. Sənin atan, anan sənə zəhmət çəkib, səni o hala
çatdırıb, sənə görə qutsaldır. Sən də xalqın bir nümayəndəsisən. Bir
də var ömrünü bütünlüklə xalqa verəsən. Xalqın əzabını çəkəsən,
nazınla oynayasan. Peyğəmbər odur. Xalqı mütiləşdirən deyil, sənin
xalqının başında duranlar kimi. Başında duranlar insanları simasız-
laşdırır, istedadları da bəzəyib ortaya çıxarırlar. Ortaya çıxartdığı
istedadlar araçılığıyla (vasitəsilə) sənə, mənə ağalıq edir.
O gözəl mahnı oxuyur, muğam oxuyur, gözəl idman göstərir, mən
də ona pərəstiş edirəm. Nə gözəl oxuyur, nə gözəl idmançıdır bu.
Onun əliylə mənə basqı göstərir, deyir, görürsənmi sənin pərəstiş
elədiyini mən göylərə qaldırıram. Halbuki həqiqi istedadların çoxunu
heç ortaya da çıxartmırlar. Xalqı simasızlaşdıranla xalqın simasını
yaradanı fərqləndirə bilmirsənsə, sən nə xalqsan?! Sənin başına ayaq
qoyanla, çiyninə dayaq verənin fərqini bilmirsən. Deyirlər şəxsiyətə
pərəstişdir. Asan deyirlər. Heç bilmirlər şəxsiyyət nə deməkdir. Şəx-
siyyəti sevməyən adamın içində mənəviyyat yoxdur, mənəmlik var,
eqoizm var.
Ocağın öyrətdikləri var. Ocaqda insan bütün arılığı, duruluğuyla
tanınır, dərk olunur. Ocaqda xalq bütün varlığıyla, keçmişiylə, gələ-
cəyiylə arılır, durulur, ortaya çıxır, var olur. Ocaqda bəşər bütün
arılığı, duruluğu ilə tanınır, var olur. Xalqlar var orda. Ona görə de-
28
yrik ki, İnsanlaşma-Millətləşmə-Bəşərləşmə yoludur Ocaq. Belə bir
dünyabaxış ortaya çıxaran xalq qürur duymalıdır. Asif Ata göydən
zənbillə sallanmayıb, yerin deşiyindən çıxmayıb. Xalqın doğduğu-
dur, Babəkin davamıdır, Nəsiminin davamıdır, Nəiminin, Qorqudun,
Zərdüştün davamıdır. Şəxsiyyətlərinin davamıdır. Xalq odur. Bağ
odur. O bağla gəlib bu günə çıxıb, özünü yenidən ortaya çıxarıb.
Dostumuz Xaliq Bahadır deyir, çox maraqlıdır ki, bizim xalqı-
mızda yüksəliş var və qəfil enmə var. Bunun səbəbi nədir görəsən?
Xalqımız çox passionar xalqdır. İçində gözəllik, böyüklük daşıyan
xalqdır. Ancaq xalqın yüksəliş mərhələsi ki, başlayır, məsələn,
Babəki verir. Babəkin dalınca yeni Babək verə bilmir, üstündən yüz
il keçəndən sonra kimisə verir. Davamlı olaraq verə və qoruya
bilmir. Niyə qoruya bilmir? Xalqın şüuru sındırılıb. Xalqın özünüqo-
ruma sistemi dağıdılıb. Şəxsiyyət yaranır. O şəxsiyyət gedəndən
sonra toplum deyir, Allah özü bilər. Yenidən mütiliyə qayıdır. İçimiz
enir, ruhumuz enir. Mədəniyyətimizdə, dövlətimizdə enişlər bizim
içimizlə bağlıdır.
İndi biz, bir qom adam, çaba göstəririk, yalvarırıq, adamları çağı-
rırıq, gəlin, olun, eləyin. Asif Atadan həqiqət öyrənin. Azadlığın
yolunu öyrənin. Çağırırıq ki, gəl millət ol, xalq ol. Asif Atanın ünva-
nında sənin xalq olmaq olanağın (imkanın) yaşayır. Gəl sahib ol, gəl
aşkarla onu. Gələ bilmirsən, həqiqəti görə bilmirsən, orada sən gələ-
cəyi görə bilmirsən. Bəs harda görürsən, küçədə. Biznesdə görürsən,
mitinqdə görürsən, daha nələrdə görürsən. Ola bilmirsən, sonra da
başlayırsan danışıb xalqı qınamağa. Hər kəs danışır, hər kəs xalqı
qınayır. Söyür elədən-elə, belədən-belə. Ancaq heç kəs xalq olmaq
istəmir. Xalq olmaq istəməyən, xalq olmağa çalışmayan, xalqı xalq
eləməyən adam, sənin nə haqqın var, xalq haqqında danışırsan, xalqı
tənqid edirsən. Sən ola bilmirsən, olmaq istəmirsən. Haqq görür-
sənmi özündə? Sən mənimlə mübahisə edə bilərsən, söz güləşdirə
bilərsən. Ancaq sən öz vicdanın qarşısında hesabat ver, gör sən buna
haqq edirsənmi, layiqsənmi?
Xalq məsələsi, şəxsiyyət məsələsi ciddi məsələdir. Söz ciddi
məsələdir. Mən sözlə bağlı düşünəndə qorxuram, sorumluluq daşıyı-
ram. Söz, bax o körpə uşaqları yönəldəndir (Arazı, Erolu göstərir –
N.A.) Mən onun sorumluluğunu daşımalıyam, onu hara yönəldirəm.
Dediyim söz onun beynində nə yaradacaq? Hara yönəldəcək onun
içini? Nə verəcək? Verimlilik məsələsi var. Xalqın adını tutursansa,
verimli olmalısan. Verimli olmaq üçün götürümlü olmalısan. Götürə
29
bilməyən verə bilmir. Olmayanı verə bilməzsən. Xalqa verə bildikcə
onda görəcəksən ki, xalq sənin üçün nə dərəcədə sevimli və qutsal
bir hadisəymiş.
Ulusəs bacımızın evinə mənim bir yerlim xanım gəlib-gedir.
Aşağıda söhbət elədiyimiz yerdə qayıtdı ki, bu millət nə bilim nədir.
Mənə çox pis təsir elədi. Səsimi qaldırdım. Dedim sən nə danışırsan?
Mən bütün şüurlu ömrümü bu xalqa vermişəm. Həyatımı verdiyimə
sən söyürsən. Nə haqq edirsən? Nə vaxt bu xalqla bağlı 10 dəqiqə
oturub düşünmüsən ki, sən onu söyürsən?! Nə vaxt bu xalqa bircə
yarpaq uzadıb vermisən? Göstər onu mənə. Bu olmasın, başqası
olsun. Ömründən bircə yarpaq vermisənmi bu xalqa? Beşcə dəqiqə
zəhmət çəkmisənmi, başını ağrıtmısanmı? Ayağını yormusanmı?
Qıraqdan durub nə haqqın var ki, söyürsən. Sən çoxmu ağıllısan,
çoxmu mənəviyyatlısan? Sən xalqın bir ünsürü deyilsənmi? Hamı
xalqı söyür, onda sən kimsən, nəsən? Xalq sənsən də elə. Adam özü-
özünü söyməz. Adam özü özünü yaradar, özünün qarşısında sorumlu
olar, şəxsiyyətə çevrilər. Onda görəcəksiniz.
Mən öz toplumumuzu, xalqımızı çox sevirəm. Xalqın hər bir
fərdinə münasibətim ayrıdır. Demirəm ki, xalqın hər bir fərdini
sevirəm. Hər bir fərd sevgiyə layiq olmalıdır. Mən bütövlükdə xalqı
sevirəm, anlamına, mənasına görə sevirəm. Ən azı mənim kimi oğlu
olduğuna görə sevirəm. Məni mən elədiyi üçün sevirəm. Bu xalqın
mahiyyətindən gəlmişəm, doğmuşam mən. Onun qədrini bilirəm
mən.
Ona görə də xalq məsələsiylə bağlı, şəxsiyyət məsləsiylə bağlı,
dəyər məsələsiylə bağlı, bəşər məsələsiylə bağlı asan danışmaq
olmaz. Çətin danışmaq gərəkdir, məsuliyyətlə danışmaq gərəkdir.
Bir məqamı da qeyd edim. Ocaqda kimsə gələr, görər ki, burda
ayrı-ayrı insanlar özüylə bağlı narazılıq ifadə edir. Özünü qınayır,
danlayır və b.k. Bu, “Ailə Günü”nün tələbidir. Cavan dostumuz
Ocaqdan aşırı hesabatlar istəyir. Mən də istəyərdim Amallaşma,
Xalqlaşma, Kamilləşmə yönündə dolğun hesabatlar olsun. Ancaq
Ailə Gününün öz tələbi var. Ailə Günündə Ocağı 1 saatın içində öy-
rənə bilmərik. 1-2 saat keçirilən tədbirdə Ocağı öyrənmək mümkün
deyil. Ailə Günündə olanlar kitablarda olanların hamısını qapsaya
bilməz. Burada özüylədöyüş, özünüqınama deyir Asif Ata. Bu boyda
hünərlər göstərirlər, yenə də özlərini döyürlər. Özünü döyməkdən
böyük ləyaqət yoxdur. Ocaqdan qıraqda başqasını döyürlər, başqası
da qayıdıb onu döyür. Bu onu söyür, o da qayıdır bunu söyür. Ancaq
Dostları ilə paylaş: |