122
Cəmşid çay stəkanını qabağına çəkib mənalı halda dedi:
– Bacıoğlu, dünyada üç şey Allahın əlindədi: ömür, qismət, bir də
ruzi. İnsan nə qədər ömür sürəcək, harada, necə öləcək – bunu bilməz.
İkinci, insanın qismətidi, yəni kiminlə ailə quracaq, neçə uşağı olacaq
– bunu da qabaqcadan bilə bilməz. Üçüncüsü isə bacıoğlu, ruzidi.
Adam var çalışar, vuruşar heç zad qazanmaz, adam da var görərsən əli
də gətirdi, ayağı da. Deyir: “Allah alanda da üzünü görmə, verəndə
də.”
Hərənin bir ruzisi olur. Bu ruzini də mənə Allah özü qismət
eləyib. Əgər sənin qismətində varsa, lap Mürsəl təpəsində də olsa,
Allah sənə pul yetirər.
Fərəməz key-key dayısının üzünə baxır, bir şey anlaya bilmirdi.
Cəmşid çaydan bir qurtum içib söhbəti davam etdirdi:
– Qulağın mən də olsun, bir söhbət də eləyim, bəlkə məni başa
düşdün. Çeşmənin başında Süleyman var haa çoban Kərəmin oğlu.
O da mənim kimi Bakıya getmişdi, nə oldu? Çox rəşid, özü də
qollu-biləkli oğlan idi, kimə bir yumruq vursaydı, o yerindən dura
bilməzdi. Nə oldu onun axırı? – deyə Fərəməzə tərəf baxdı.
Fərəməz mat-mat:
– Mən nə bilim, ay dayı, “həccdən gələn sən, xəbər verən
mən”? – deyə çiynini çəkdi.
Cəmşid dedi:
– Həə, o yolunu azdı, axırı da pis oldu.
– Pis, yəni nə sayaq? – deyə Fərəməz intizar içində soruşdu.
Cəmşid dedi:
– Mən mədəndə qara fəhlə işləyəndə həmin Süleyman
restoranda keyf eləyirdi. Neçə dəfə mənə də demişdi ki, “gəl
yanıma bir yerdə işləyək”. Mən getmədim. Niyə? Çünki ora əngəlli
yer idi, ona görə də xoşuma gəlmirdi. Bax, orda içirdilər, çəkirdilər,
qumar-zad oynayırdılar, nə bilim daha nə hoqqalardan çıxırdılar...
Süleyman da qoşulmuşdu onlara, içirdi də, çəkirdi də, qumar
oynayırdı da... Axırda nə elədi, nə eləmədisə basdılar getdi qaza-
mata. İnsan gərək yolunu azmaya, düz yol gedə. Bildin? Toyuq to-
yuqdu, bir qurtum su içir, bir Allaha baxır, insan isə çox naşükür
123
olur, Allahın verdiyi bu boyda nemətə görə bir dəfə şükür də
eləmir. Bax, bilirsən ki, mən Allah adamıyam, hələ indiyəcən bir
adamın xətrinə dəyməmişəm, birinin toyuğuna kış deməmişəm. Fi-
kirləşirəm ki, bəlkə elə ona görə Allah mənə durduğum yerdə belə
bir bəxşiş yetirdi, yoxsa mən oturduğum yerdən bir az o yana otursa
idim o qızıllar da mənə qismət olmayacaqdı...
– Nə qızıllar? – deyə Fərəməz qulaqlarını şəklədi.
– Sən ağzıbütöv adamsan, ona görə də sənə deyirəm, – deyə
Cəmşid əhvalatı Fərəməzə danışdı. – Sən özüvü öldürməklə deyil,
gərək Allah özü sənə yetirə. Bax, mən ələndim, dolandım, Bakıdan
belə gəldim, ancaq mənim uşağımın ruzisini Allah burda – Mürsəl
təpəsində verdi. Çünki niyə? Ona görə ki, məni o Kişi bərkə, boşa
saldı, sınadı, gördü ki, mən dürüst adamam, axırda özü mənə bir
qapı açdı, bildin, bacıoğlu?! Ona görə də deyirəm: “Allah adama
versə, elə Mürsəl təpəsində də verər”. Təki sən qəlbini düz
saxlayasan.
Bakı, 2012
124
Ə
Ə
L
L
A
A
V
V
Ə
Ə
L
L
Ə
Ə
R
R
125
L
L
ə
ə
t
t
i
i
f
f
ə
ə
l
l
ə
ə
r
r
“
“
D
D
A
A
Ş
Ş
D
D
A
A
D
D
A
A
Ş
Ş
I
I
N
N
Y
Y
O
O
L
L
D
D
A
A
Ş
Ş
I
I
D
D
I
I
”
”
İndiki Kəngərli rayonunun Şahtaxtı kəndi orada yetişdirilən bal
kimi şirin “Şahtaxtı” qovunu ilə məşhurdur. Bir vaxtlar var idi, kənd
camaatının çoxu öz ailəsini qovun əkib-becərməklə dolandırardı.
Şahtaxtılı Hacı Abbasın “Şah bağı” deyilən yerdə beş pud
*
yeri
var idi. O həmin yerdə qovun əkmək istəyir, ona görə də Meydana
gəlir, orada həmkəndlisi Tavar Baxşəli ilə danışır. Onlar bostan
yerinə mərküz
*
çəkməkdən ötrü günçıxan-günbatan işləməyə üç
girvənkə
*
sarı yağa razılaşırlar. Tavar Baxşəli özü ilə bir nəfər də
götürüb bostan yerinə gedir və səhərdən axşamacan “ölmə, diril”
işləyirlər.
Gün batır, Ay çıxır. Bu heyni
*
Hacı Abbas özü də gəlib çıxır.
Hacı Abbas mərküzün dəstəyini əlinə alıb onları əlavə işlədir. Tavar
Baxşəli dilə gəlir:
– Hacı, axı biz səninlə Gün çıxandan Gün batanacan
danışmışdıq...
Hacı Abbas başını qaldırıb bir Aya, bir də kərdi
*
çəkilməmiş
yerə baxır, zarafata salıb deyir:
–
Çəək, Ay da Günün yoldaşıdı...
Onlar Ay işığında bir xeyli də işləyib əldən-dildən düşürlər.
Nəhayət ki, qurtarıb Hacı Abbasın evinə tərəf gedirlər. Yolda Tavar
Baxşəli bir daş götürüb çuxasının altında gizlədir.
Hacı arvadı Tükəz xanımı çağırır:
– Seyid qızı, tərəzini gətir Baxşəligilin yağını çəkək.
Yağ tərəziyə qoyulanda Baxşəli daşı tərəzinin gözünə atır. Hacı
Abbas bozarır:
– Baxşəli, o nədi, o daşı niyə ora atdın?
Tavar Baxşəli gülümsəyib deyir:
– Çəək, daş da daşın yoldaşıdı...
Şahtaxtı, 2002.
Dostları ilə paylaş: |