Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə30/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   ...   24   25   26   27   28   29   30   31   32

 
122 
Cəmşid çay stəkanını qabağına çəkib mənalı halda dedi: 
– Bacıoğlu, dünyada üç şey Allahın əlindədi: ömür, qismət, bir də 
ruzi. İnsan nə qədər ömür sürəcək, harada, necə öləcək – bunu bilməz. 
İkinci, insanın qismətidi, yəni kiminlə ailə quracaq, neçə uşağı olacaq 
–  bunu  da  qabaqcadan  bilə  bilməz.  Üçüncüsü  isə  bacıoğlu,  ruzidi. 
Adam var çalışar, vuruşar heç zad qazanmaz, adam da var görərsən əli 
də  gətirdi,  ayağı  da.  Deyir:  “Allah  alanda  da  üzünü  görmə,  verəndə 
də.” 
Hərənin  bir  ruzisi  olur.  Bu  ruzini  də  mənə  Allah  özü  qismət 
eləyib.  Əgər  sənin  qismətində  varsa,  lap  Mürsəl  təpəsində  də  olsa, 
Allah sənə pul yetirər. 
Fərəməz key-key dayısının üzünə baxır, bir şey anlaya bilmirdi. 
Cəmşid çaydan bir qurtum içib söhbəti davam etdirdi: 
– Qulağın mən də olsun, bir söhbət də eləyim, bəlkə məni başa 
düşdün. Çeşmənin başında Süleyman var haa çoban Kərəmin oğlu. 
O  da  mənim  kimi  Bakıya  getmişdi,  nə  oldu?  Çox  rəşid,  özü  də 
qollu-biləkli  oğlan  idi,  kimə  bir  yumruq  vursaydı,  o  yerindən  dura 
bilməzdi. Nə oldu onun axırı? – deyə Fərəməzə tərəf baxdı. 
Fərəməz mat-mat: 
–  Mən  nə  bilim,  ay  dayı,  “həccdən  gələn  sən,  xəbər  verən 
mən”? – deyə çiynini çəkdi. 
Cəmşid dedi: 
– Həə, o yolunu azdı, axırı da pis oldu. 
– Pis, yəni nə sayaq? – deyə Fərəməz intizar içində soruşdu. 
Cəmşid dedi: 
–  Mən  mədəndə  qara  fəhlə  işləyəndə  həmin  Süleyman 
restoranda  keyf  eləyirdi.  Neçə  dəfə  mənə  də  demişdi  ki,  “gəl 
yanıma bir yerdə işləyək”. Mən getmədim. Niyə? Çünki ora əngəlli 
yer idi, ona görə də xoşuma gəlmirdi. Bax, orda içirdilər, çəkirdilər, 
qumar-zad  oynayırdılar,  nə  bilim  daha  nə  hoqqalardan  çıxırdılar... 
Süleyman  da  qoşulmuşdu  onlara,  içirdi  də,  çəkirdi  də,  qumar 
oynayırdı  da...  Axırda  nə  elədi,  nə  eləmədisə  basdılar  getdi  qaza-
mata. İnsan gərək yolunu azmaya, düz yol gedə. Bildin? Toyuq to-
yuqdu,  bir  qurtum  su  içir,  bir  Allaha  baxır,  insan  isə  çox  naşükür 


 
123 
olur,  Allahın  verdiyi  bu  boyda  nemətə  görə  bir  dəfə  şükür  də 
eləmir.  Bax,  bilirsən  ki,  mən  Allah  adamıyam,  hələ  indiyəcən  bir 
adamın xətrinə dəyməmişəm, birinin toyuğuna kış deməmişəm. Fi-
kirləşirəm ki, bəlkə elə ona görə Allah mənə durduğum  yerdə belə 
bir bəxşiş yetirdi, yoxsa mən oturduğum yerdən bir az o yana otursa 
idim o qızıllar da mənə qismət olmayacaqdı... 
– Nə qızıllar? – deyə Fərəməz qulaqlarını şəklədi. 
–  Sən  ağzıbütöv  adamsan,  ona  görə  də  sənə  deyirəm,  –  deyə 
Cəmşid  əhvalatı  Fərəməzə  danışdı.  –  Sən  özüvü  öldürməklə  deyil, 
gərək Allah özü sənə yetirə. Bax, mən ələndim, dolandım, Bakıdan 
belə  gəldim,  ancaq  mənim  uşağımın  ruzisini  Allah  burda  –  Mürsəl 
təpəsində  verdi. Çünki  niyə? Ona  görə ki,  məni  o Kişi bərkə, boşa 
saldı,  sınadı,  gördü  ki,  mən  dürüst  adamam,  axırda  özü  mənə  bir 
qapı  açdı,  bildin,  bacıoğlu?!  Ona  görə  də  deyirəm:  “Allah  adama 
versə,  elə  Mürsəl  təpəsində  də  verər”.  Təki  sən  qəlbini  düz 
saxlayasan. 
 
Bakı, 2012 
 
 


 
124 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ə
Ə
L
L
A
A
V
V
Ə
Ə
L
L
Ə
Ə
R
R
 
 
 
 
 
 


 
125 
 
L
L
ə
ə
t
t
i
i
f
f
ə
ə
l
l
ə
ə
r
r
 
 
 


D
D
A
A
Ş
Ş
 
 
D
D
A
A
 
 
D
D
A
A
Ş
Ş
I
I
N
N
 
 
Y
Y
O
O
L
L
D
D
A
A
Ş
Ş
I
I
D
D
I
I


 
 
 
İndiki Kəngərli rayonunun Şahtaxtı kəndi orada yetişdirilən bal 
kimi şirin “Şahtaxtı” qovunu ilə məşhurdur. Bir vaxtlar var idi, kənd 
camaatının çoxu öz ailəsini qovun əkib-becərməklə dolandırardı. 
Şahtaxtılı Hacı Abbasın “Şah bağı” deyilən yerdə beş pud
*
 yeri 
var idi. O həmin yerdə qovun əkmək istəyir, ona görə də Meydana 
gəlir,  orada  həmkəndlisi  Tavar  Baxşəli  ilə  danışır.  Onlar  bostan 
yerinə  mərküz
*
  çəkməkdən  ötrü  günçıxan-günbatan  işləməyə  üç 
girvənkə
*
  sarı  yağa  razılaşırlar.  Tavar  Baxşəli  özü  ilə  bir  nəfər  də 
götürüb  bostan  yerinə  gedir  və  səhərdən  axşamacan  “ölmə,  diril” 
işləyirlər. 
Gün batır,  Ay çıxır.  Bu  heyni
*
  Hacı  Abbas  özü  də  gəlib  çıxır. 
Hacı Abbas mərküzün dəstəyini əlinə alıb onları əlavə işlədir. Tavar 
Baxşəli dilə gəlir: 
–  Hacı,  axı  biz  səninlə  Gün  çıxandan  Gün  batanacan 
danışmışdıq... 
Hacı  Abbas  başını  qaldırıb  bir  Aya,  bir  də  kərdi
*
  çəkilməmiş 
yerə baxır, zarafata salıb deyir: 

 
Çəək, Ay da Günün yoldaşıdı... 
Onlar  Ay  işığında  bir  xeyli  də  işləyib  əldən-dildən  düşürlər. 
Nəhayət ki, qurtarıb Hacı Abbasın evinə tərəf gedirlər. Yolda Tavar 
Baxşəli bir daş götürüb çuxasının altında gizlədir. 
Hacı arvadı Tükəz xanımı çağırır: 
– Seyid qızı, tərəzini gətir Baxşəligilin yağını çəkək. 
Yağ tərəziyə qoyulanda Baxşəli daşı tərəzinin gözünə atır. Hacı 
Abbas bozarır: 
– Baxşəli, o nədi, o daşı niyə ora atdın? 
Tavar Baxşəli gülümsəyib deyir: 
– Çəək, daş da daşın yoldaşıdı... 
Şahtaxtı, 2002. 


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə