Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə29/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   ...   24   25   26   27   28   29   30   31   32

 
118 
 
 
 


 
119 
Çox  pəjmürdə  və  dərdli  idi...  Allah  heç  bir  kişini  ailə-uşaq 
yanında  başıaşağı  eləməsin.  Yazıq  Cəmşid  çox  sevdiyi,  bəlkə  uf 
demədən  canını  belə  vermək  istədiyi  balalarının  yanına  əliboş 
gedirdi,  bir  ayağı  getsə  də,  o  biri  getmirdi...  Birdən  onu  qəhər 
boğdu,  o  yekəlikdə  kişi  hönkür-hönkür  ağladı,  handan-hana
*
 
toxtayıb gözünün yaşını əli ilə sildi, “Allaha pənah” dedi. O, çubuq-
la  torpağı  cızıb,  elə  hey  fikir  eləyirdi...  Birdən  əlindəki  çubuq 
nəyəsə  ilişdi,  Cəmşid  bunu  daş  zənn  etdi.  O  bekarçılıqdan  daşın 
ətrafını qazdı, torpaq oyulub töküldü və... naxışlı bir küp göründü. 
Cəmşid  diqqətini  topladı.  Tez  küpün  ətrafını  əli  ilə  eşdi,  qazdı, 
qazdı, torpağı kənara atdı və küpü çıxartdı. Bir daş tapıb saxsı küpü 
qırdı,  içindəki  parıltılı  şeylər  yerə  töküldü.  Cəmşid  heyrətindən 
donub qaldı! Küpün içi qızıl sikkələr və zinət şeylər ilə dolu idi! O 
tez  heybəsini
*
  yaxına  çəkdi  və  küpdə  olan  qızılların  hamısını  ora 
yığdı. Ətrafa boylandı, yaxınlıqda heç kim yox idi. Təpənin dalında 
kənd uşaqları quzu otarırdılar. Bir az sakitləşdi. Günəşə tərəf baxdı, 
Günün  batmağına  hələ  vardı.  Bir  istədi  oradan  birbaşa  evlərinə 
getsin.  Uşaqlardan  ötrü  burnunun  ucu  göynəyirdi.  Tez  bu  arzunu 
içində boğdu, özünü toxtatdı və düşünməyə başladı... Nədən başla-
yacağını,  sonra  nə  edəcəyini  götür-qoy  edir,  daha  yaxşı  olanını 
seçir,  plan  cızırdı...  O,  Bakıda  pul  qazana  bilməsə  də  çox  görüb-
götürmüş, “başı daşdan-daşa dəymiş”, gözü açılmışdı, artıq əvvəlki 
Cəmşid deyildi. 
O,  Mürsəl  təpəsindən  Naxçıvana  endi.  Şəhərdə  soraqlaşıb  bir 
zərgər  dükanı  tapdı,  sikkələrdən  ikisini  verib  bir  dəstə  palazqulaq 
yüzlük  aldı.  Neçə  gün  idi  ki,  ac-susuz  idi,  dizləri  əsir,  başı 
gicəllənirdi.  Tez  bir  yeməkxana  tapdı,  iki  adamlıq  noxudlu  bozbaş 
yedi, üstündən də beş-altı stəkan çay içdi, özünə gəldi. Sonra bərbə-
rə getdi, saç-saqqalını qırxdırdı, üzünü təraş etdirdi. Axırda hamama 
girdi,  camadar  onu  yaxşıca  yuyundurdu,  quluncunu  qırdı.  Cəmşid 
hamamda  bitini-kirini  tökdü,  oradan  quş  kimi  çıxdı,  karvansaraya 
gəlib bir otaq tutdu. Daş kimi yatıb səhər obaş oyandı. Durub dərzi 
dükanı axtarıb tapdı, ən bahalı parça olan ingilis mahudundan gözəl 
bir libas sifariş verdi, libas axşama hazır olmalı idi. Orada durmayıb 


 
120 
şəhərdəki  dükanları  gəzdi,  özünə,  nənəsinə,  Zöhrəyə  və  uşaqlara  
paltar, ayaqqabı, papaq, xırda qıza oyuncaq və konfet aldı, karvan-
saradakı otağına gətirdi. Bir az dincəlib sərrac
*
 dükanlarına getdi və 
sabaha  kimi  ustalara  xanlara  layiq  zınqırovlu  fayton  düzəltməyi 
tapşırdı. 
Sabahısı  gün  nahar  vaxtı  Cəmşid  başdan  ayağa  təzə  geyinib-
keçinib faytona mindi və onu düz bazara tərəf sürdü. Bazarda şirin 
alver gedirdi: kənd camaatı qovun-qarpız, üzüm, mer-meyvə, toyuq-
cücə və digər şeylər satırdılar. 
Cəmşid bazara göz gəzdirdi, orada həmkəndlisi Yaqubu gördü. 
Cəmşid Yaqubu çağırdı.  Yaqub faytonlu bir ağanın onu səslədiyini 
gördü, “yağlı” müştəri zənn etdi və tez onun yanına gəldi. Cəmşid 
dedi: 
– Məni tanıyırsan? 
Yaqub duruxdu və bu geyimli-kecimli ağaya baxdı, alçaq səslə: 
– Yox, ağa, bağışla, tanıya bilmədim, – dedi. 
–  Bir  də  bax,  yaxşı  bax,  gör  mən  kimə  oxşayıram?  –  deyə 
Cəmşid gülə-gülə israr etdi. 
Yaqub bu dəfə zəndlə baxdı. 
– Səni bir adama oxşadıram, amma, yox, yox, bu ola bilməz, – 
deyə mızıldandı. 
Cəmşid şən halda Yaqubun kürəyinə vurdu: 
– Ayə, sən Yaqub deyilsən? 
– Bəli, qurban, Yaqubam. 
–  Bə  mən  də  Cəmşidəm  də  sənin  kəndçin,  tanımadın?  İki  il 
bundan əqdəm Bakıya getmişdim haa... 
Yaqub  sevinc  və  heyrətlə  Cəmşidi  qucaqladı,  istədi  onun 
əlindən öpsün, Cəmşid qoymadı. 
–  Sən  tez  get  kəndə  car  çək  ki,  Cəmşid  ağa  gəlir,  qoy,  hamı 
pişvazıma  çıxsın,  –  deyə  palazqulaq  yüzlüklərdən  birini  Yaqubun 
çuxasının cibinə soxdu. 
Yaqub  tez  bazara  girib  gətirdiyi  qovun-qarpızı  dəllallardan 
birinə  satıb  üz  qoydu  kəndə  sarı.  Kənddə  birinin  üstə  beşini  də 
qoyub Cəmşidin faytonunu, libasını o ki var təriflədi. 


 
121 
Kənddə  hamı  –  “məmə  yeyəndən  pəpə  yeyənə”  yolun 
qırağındakı iydəliyə yığışıb Cəmşid ağanı gözləməyə başladılar. Bir 
azdan  fayton  uzaqdan  göründü.  O,  toz  qopara-qopara  kəndə 
yaxınlaşırdı. Camaat hədsiz maraqla onu gözləyirdi. Cəmşidin uşaq-
ları  sevincdən  atılıb-düşür,  qürrələnirdilər.  Fayton  gəlib  dayandı. 
Kəndxuda, molla, ağsaqqallar, cuvar
*
 qabağa  yeriyib Cəmşid ağanı 
ehtiramla  qarşıladılar,  onunla  ikiəlli  görüşüb  əhval  tutdular.  Dəstə 
Cəmşidin  qapısınacan  gəldi.  Cəmşid  ağa  bir  ayağını  faytonun 
pilləsinə qoyub uca səslə dedi: 
–  Camaat!  Sabah  sizin  hamınız  mənim  qonağımsız,  imam 
ehsanı verəcəm. İndi isə məni bağışlayın yol yorğunuyam, bir az da 
naxoşlamışam.  Allah  qoysa,  sabah  ətraflı  söhbət  elərik,  –  deyə 
hamını  başından  elədi  ki,  heybədə  olanları  sakitcə  yerbəyer  edə 
bilsin.  Camaat  dağılışdı.  Cəmşid  evə  keçdi,  uşaqlarını  duz  kimi 
yaladı,  nənəsinə  və  uşaqlarına  gətirdiyi  hədiyyələri  paylayıb 
hamısını  sevindirdi.  Axırda  Zöhrəni  qırağa  çəkib  heybəni  ona 
verdi... 
Sabahısı gün qazanlar asıldı, plov bişdi və imam ehsanı verildi. 
Yeyib-içəndən  sonra  hamı  dua  edib  evlərinə  dağılsa  da,  kənd  ca-
vanlarında beş-altısı qalıb Cəmşidin başına yığışdılar və ona Bakıda 
harada işləmək, necə pul qazanmaq barədə elə hey suallar verməyə 
başladılar. Cəmşid isə cavabında ya gülümsəyir, ya susur, ya da: 
– Hər şeydən qabaq  adamın gərək qəlbi düz olsun, adamın ki, 
ürəyi düz oldu, ruzi özü qapıdan girəcək. Hərdən də: “Allah adama 
versə, lap Mürsəl təpəsində də verər”, – deyirdi. 
Kənd  cavanları  ondan  bir  şey  öyrənə  bilmədiklərindən  pərt 
oldular  və  incik  çıxıb  evlərinə  getdilər...  Bir-iki  gün  də  keçdi. 
Cəmşidin  bacıoğlusu  Fərəməz  axşam  onlara  gəldi.  Çay,  çörəkdən 
sonra Fərəməz söhbəti yenə o yerə gətirib çıxartdı: 
–  Dayı,  mən  uşaq  deyiləm,  artıq  iyirmi  yeddi  yaşım  var,  tay-
tuşlarım  çoxdan  ailə-uşaq  sahibidi.  Bə  mən  nə  vaxt  ev-eşik  yiyəsi 
olacam?  Mən  sənə  demirəm  ki,  mənə  pul-para  ver,  deyirəm  ki,  o 
pulu  qazanmağın  yolunu  göstər.  Bilirsən  ki,  dədəm  öləndən  bəri 
necə korluq çəkirik, dayı... 


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə