Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

 
106 
Qəhər onu boğdu, udqunub yenə sözünə davam etdi: 
–  Bu  işdə  heç  kimi  günahkar  bilmirəm.  Düzdü,  məni  iynəyə 
otuzdurdular, özü də mən bilirəm bunu kim elədi. «Ağacı öz içindən 
qurd  yeyər»,  –  deyiblər.  Məni  öz  əmioğlum  iynəyə  otuzdurub, 
doktor,  dost  –  doğma  əmim  oğlu.  Məni  əmioğlum  belə  bəlaya 
salandan sonra daha başqasından niyə inciyim, niyə küsüm?! 
Elçin nəfəsini dərdi, olanları xatırlamağa çalışdı: 
–  Doktor,  bir  vaxtlar  əmimgil  gün  əppəyinə  möhtac  idilər. 
Rəhmətlik atam onları rayondan Bakıya gətirdi, ev-eşik yiyəsi elədi. 
Mən isə həmin əmioğluma iş verdim, çörək verdim. Əvəzində isə o 
məni bədbəxt elədi... Getdi, gəldi ki, «sən bir bunun dadına bax, gör 
nə  görəcəksən?!».  Mən  eləmək  istəməyəndə  isə  «ə,  bir  çıqqılı  şey 
sənə  nə  eləyəcək,  elə  gör  nə  «kayf»  alacaqsan»,  –  deyə  məni 
heroinə qonaq elədi. Mən də gic kimi götürüb iylədim. İylədim, xoş 
gəldi. Üç gündən sonra bir də gəldi, yenə verdi, iylədim, bu dəfə lap 
xoşuma gəldi. Sabahı gün onu kabinetə çağırıb dedim: 
– Ondan bir az da ver. 
Dedi: 
– Yoxdu. 
Dedim: 
– Tap, hardan olsa, tap, ondan istəyirəm. 
O, özünü çəkdi: 
–  O  məndə  nə  gəzir?  İstəyirsən,  yüz  dollar  ver,  gedim  alım, 
gətirim. 
Mən  də  çıxarıb  verdim,  alıb  gətirdi,  hərəyə  bir  «dorojka
*
» 
elədik. 
O gündən mən pul verirdim, o da alırdı, bir yerdə eləyirdik. De-
məyinən onun məqsədi oymuş ki, məni narkotikə otuzdursun, çünki, 
onun  pulu  yox  idi,  mən  isə  böyük  bir  müəssisənin  müdiri  idim, 
əlimin altında üç yüz adam işləyirdi. Nə isə bir də ayılıb gördüm ki, 
olmuşam narkoman, daha heroinsiz qala bilmirəm... 
 
Bakı, 2008 


 
107 
 
Q
Q
Ə
Ə
L
L
Y
Y
A
A
N
N
 
 
 
Qəlyan sənin əlindədir,  
sən ki qəlyanın əlində deyilsən?!. 
Müəllif
 
 
Deyilənə görə, İranda bir çox adam tiryəki olur, özləri də buna 
pis  baxmırlar. Onlar  şam  yeməyindən sonra ortalığa qəlyan, tiryək 
və şiş gətirirlər, şişi odda qızdırıb bir əldə tuturlar, tiryəki isə o biri 
əldə.  Şişi  tiryəkə  vurub  dağlayır,  ondan  çıxan  tüstünü  isə  qəlyanla 
içəri sümürürlər... 
Bir gün tiryəkə təzə qurşanmış Qulamrza adlı bir gəncə qəlyan 
lazım olur. O, soraqlaşıb bir qəlyandüzəldən usta tapır, ona deyir: 
–  Usta,  nə  qədər  istəyirsən  sənə  pul  verim,  mənə  bir  şahanə 
qəlyan düzəlt. 
Usta altdan yuxarı gənci süzür, soruşur: 
– Vardan, dövlətdən nəyin var? 
Qulamrza qürrələnir: 
– Hər şeyim: iki «Benz» otobusum var ki, Təbriz – Tehran arası 
işləyir,  üç  tırım  var  ki,  Avropaya  mal  daşıyır,  bir  dörtmərtəbə 
çaxtumanım
*
  var  ki,  üstdə  özümüz  qalırıq,  altını  kirayə  vermişəm, 
bir  də  bazarda  qızıl  dükanlarım  var...  Usta,  sən  mənə  bir  yaxçı 
qəlyan düzəlt, deşiyini də gen elə. 
Qoca usta gənci diqqətlə dinləyib köksünü ötürür: 
–  Sən  heç  narahand  olma,  ağa.  O  saydığın  şeylərin  hamısı: 
otobus da, tır da, ev də, dükanlar da – hamısı, hamısı bax, bax, bu 
deşikdən keçib gedəcək, heç narahand olma, niyə narahand olursan, 
– deyə təzə düzəltdiyi qəlyanlardan birini Qulamrzaya tərəf uzadır. 
 
Bakı, 2009 
 
 
 


 
108 
 
 
 


 
109 
 
Ö
Ö
M
M
Ü
Ü
R
R
L
L
Ü
Ü
K
K
 
 
D
D
Ə
Ə
R
R
S
S
 
 
 
–  Dərs  ili  başa  çatdı.  Biz  –  şagird  və  müəllimlər  əvvəlcədən 
danışdığımız kimi yığışıb getdik Qubaya. Meşədə, bulaq başında bir 
səfalı  yer  tapıb  yerləşdik.  Top  oynayan,  çiçək  yığan  kim,  samovar 
salan,  yemək  tədarükü  görən  kim...  Mən  xalçanın  üstündə  bardaş 
qurub çoban salatı hazırlamaqla məşğul oldum. Kişi müəllimlər isə 
bulaq başına yığışıb kabab çəkməyə başladılar. 
Bizdə  bir  Yenisey  müəllim  var,  çox  savadlı,  sanballı  insandı, 
özü də yaxşı riyaziyyat müəllimidi. Bir də gördüm Yenisey müəllim 
gəlib oturdu mənim yanımda, bir daşın üstündə. Biz onunla başladıq 
ordan – burdan söhbətə. Bu arada kababın iyi məni vurdu. Az sonra 
cavan müəllimlərdən biri bizə yaxınlaşdı: 
– Yenisey müəllim, kabab bişir, araq da ki, bulağın gözündədi, 
hamı Sizi gözləyir, gəlin. 
Yenisey müəllim ona təşəkkür etdi, amma yerindən tərpənmədi. 
Qayıtdım  ki,  “ay  Yenisey  müəllim,  niyə  getmirsiz?  Gedin  Siz  də 
onlar  kimi,  yeyin  –  için  dəə”.  Gördüm  o  tutuldu,  lakin  bir  söz 
demədi,  mən  də  çox  uzatmadım.  Sonra  biz  yenə  söhbəti  davam 
etdirdik.  Axırda  dərs  hissə  müdiri  Ramazan  müəllim  özü  durub 
gəldi: 
–  Yenisey,  uşaqların  heç  biri  əlini  çörəyə  uzatmır  ki,  gərək 
Yenisey müəllim gələ, sonra. Nə olub? Burda niyə oturmusan? Dur, 
dur ayağa düş qabağıma, – deyə ərklə onu aparmaq istədi. Yenisey 
müəllim getmək istəmirdi, Ramazan müəllimin sözünü yerə salmaq 
da  çətininə  gəlirdi,  ona  görə  də  çaşıb  qalmışdı.  Yenisey  müəllim 
nəhayət  özünü  topladı,  təşəkkür  etdi,  bir  bəhanə  uydurdu  ki, 
getməsin. Və yenə getmədi. Mən bayaqdan hər şeyə göz qoyurdum. 
Birdən düşdüm onun üstünə: 
– Ay Yenisey müəllim, bu il əməkdar müəllim adı almısız – bu 
bir,  oğlunuz  Beynəlxalq  qrossmeyster  olub  –  bu  iki,  qızınız  isə, 
Konservatoriyanı  bitirib  –  bu  da  üç.  Siz  niyə  də  yeyib-içməyəsiz? 
Vallah, mən Sizin yerinizə olsaydım bayaqdan durub gedərdim,  


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə