Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə23/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

 
93 
olur. Axırda da qan işləmədiyinə görə, qanqrena əmələ gəlir. Sən bir 
gün bizim xəstəxanaya gəl. Mənim beş-altı belə xəstəm var, birinin 
adı  Nüsrətdi,  otuz  dörd  yaşı  var  –  keçən  ay  onun  sol  ayağını  diz 
oynağından amputasiya etdik. İndi yazıq şikəst olub, heç yerə gedə 
bilmir. Səbəbi də ki, siqaretdi, bildin? 
– Doktor, deyirsiz, deməyinə, amma o qədər də ağlıma batmır. 
Bu yerdə professor söhbətə qarışdı: 
–  İndi  qulaq  as,  oğul,  deyim.  Mən  institutu  təzə  qurtaranda 
Respublika  xəstəxanasının  cərrahiyyə  şöbəsinə  bir  kişi  gətirdilər. 
Onun  sağ  ayağında  qanqrena  gedirdi.  O  vaxt  xəstənin  sağ  ayağını 
dizdən  amputasiya  etdik,  dedik  ki,  siqareti  atsın.  Atmadı.  Bir  üç-
dörd ildən sonra onu yenə gətirdilər. Bu dəfə bud-çanaq oynağından 
götürdük.  Yenə  dedik  ki,  siqareti  mütləq  atsın.  Yenə  atmadı.  Beş-
altı ildən sonra onu təzədən gətirdilər – bu dəfə sol ayağını dizdən 
kəsdik.  Yenə  dedik,  izah  elədik  ki,  əgər  siqareti  atmasa,  daha  pis 
olacaq. Elə də oldu: onu iki-üç ildən sonra dördüncü dəfə gətirdilər. 
Axırıncı  dəfə  onun  sol  ayağını  məcbur  olduq  ki,  dibdən  götürək. 
Yalnız  bundan  sonra  o,  siqareti  atdı,  amma  artıq  çox  gec  idi!  İndi 
çuval  kimi  evin  bir  küncündə  qalıb!  Təsəvvür  edirsinizmi  bu  nə 
deməkdi?  Siz  siqaretin zərərini  bir  dərindən  düşünün.  Özünüzü  bir 
anlığa  həmin  adamın  yerində  hesab  edin,  –  deyə  professor 
həyəcanla izahat verdi və əlavə etdi – on beş-on altı ilə həmin kişini 
dörd dəfə amputasiya etmişik. Hətta innən belə siqareti atmasa idi, 
yəqin ki, daha pis ola bilərdi. Özü də çox qoca da deyil – cəmi əlli 
yeddi yaşı var. 
Professor  söhbətini  bitirib  cavanlara  tərəf  baxdı.  Hamı  sus-
muşdu. 
Teymur yenə öskürdü o, bir qurtum çay içib dedi: 
– Balam, qoyun görək bu radio nə deyir da? 
Hamı həkim söhbətinə qulaq asmağa başladı: 
«Siqaret  çəkməyin  sizin  ailə  büdcənizə  vurduğu  zərəri  heç 
hesablamısınız? Siqaretə xərclənən pulu aya, ilə vursaq, çox böyük 
bir rəqəm alınar. Sizin çətinliklə qazandığınız pullar gözünüz görə-
görə  yanıb  kül  olur.  Axı,  bu  israfçılıqdır!  Müqəddəs  kitabımızda 


 
94 
deyilir:  «Yeyin,  için,  israf  etməyin.  Çünki  Allah  israf  edənləri 
sevməz». 
Teymur kişi astadan dedi: 
– Ona qalsa, mən iki maşının pulunu yandırıb kül eləmişəm. 
«İndi  isə  gəlin,  siqaretin  ətrafımıza  və  ekologiyaya  vurduğu 
zərəri  araşdıraq.  Ata  evdə  siqaret  çəkir:  görəsən,  bu  onun  ailə 
üzvlərinə,  qadın  və  uşaqlara  necə  təsir  edir?  Bayaq  deyilənləri 
siqaret  çəkənlə  bir  yerdə  olan  «zərərdidələrə»  də  aid  etmək  olar. 
Özü  də  belə  zərər  uşaq  və  yeniyetmə  orqanizmi  üçün  daha  çox 
ziyanlıdır!  Üstəlik,  atanın  öz  övladı  üçün  pis  örnək  olması  da 
nəzərdən qaçırılmamalıdır. Vay o günə ki, evdə hamilə qadın olmuş 
ola!  Daha  pisi  isə  əgər hamilə  qadın,  ya  da  süd  verən  ana  siqaret 
çəkirsə»… 
Mir  Həsən  asta-asta  moizə  elədi:  «Qurani-Kərimdə  deyilir  ki, 
Allahın  qulu  qiyamət  günündə  dörd  şeydən  hesabat  verməlidir. 
Birincisi,  özünü  nəyə  həsr  etməsi  barədə,  ikincisi,  elmi  ilə  nə  iş 
gördüyü  barədə,  üçüncüsü,  malını  nəyə  sərf  etməsi  barədə  və 
dördüncüsü isə canına necə baxması barədə hesabat». Necə bilirsiz, 
siqaret  çəkən  bu  hesabatı  verə  biləcək?  Ay  verdi  ha…  Qurandan 
daha  bir  ayə:  «Sağlamlıq  qaydalarına  riayət  edərək  qüvvətli  olan 
mömin həmin qaydalara əməl etmədiyi üçün  gücsüz və zəif düşən 
mömindən Allah qarşısında daha xeyirli və sevimlidir». 
Fətulla yenə bir söz tapıb: 
– Bu Mir Həsən lap molla imiş ki? – deyə yenə rişxəndlə güldü. 
Narkoloq  həkim  isə  deyirdi:  «Dörd  yüz  il  bundan  qabaq 
Amerikadan  Avropaya  gətirilən  tütün  bitkisi  indi  bütün  dünyaya 
yayılıb.  Milyonlarla  hektar  münbit  torpaqları  «zəbt»  edən  tütünün 
əkilib  becərilməsinə,  zavod  və  fabriklərdə  istehsalına,  hazır 
məhsulun dünyanın hər yerinə daşınıb aparılmasına və satışına gö-
rün  nə  qədər  insan  zəhməti,  nə  qədər  xərc  tələb  olunur.  İstifadə 
olunmuş siqaret isə öz «bəd əməlini» yerinə yetirdikdən: havamızı, 
suyumuzu,  ekologiyanı  korladıqdan,  getdiyi  hər  yeri  zibillədikdən 
sonra  öz  «missiyasını»  başa  vurmuş  olur.  İstirahətə  gedən  siqaret 


 
95 
həvəskarlarının  ildə  minlərlə  hektar  ağac  və  bitki  örtüyünü  puça 
çıxardıqlarını hesablamaq mümkündürmü?» 
Teymur kişi çənəsini stola dayayaraq, yerə baxa-baxa günahkar 
adamlar  kimi  həkim  söhbətinə  qulaq  asır,  qulaq  asdıqca  da  xəstə-
liyin xofu  onu daha  da  basırdı…  Məhəmməd kişi  təsbehini  çevirə-
çevirə belə bir əhvalat danışdı: 
–  Mən  özüm  buralara  Keçili  kəndindən  gəlmişəm.  O  vaxtı 
bizim kənddə bir kişi var idi. Adı Hüseynqulu idi, amma hamı ona 
Pəhləvan  Hüseynqulu  deyərdi.  Ucaboy,  zəbərdəst  bir  kişi  idi,  bir 
oturuma  dörd  adamın  yeməyini  yeyərdi.  Müharibəyə  gedib 
gələndən  sonra  başladı  tənbəki  çəkməyə.  O  vaxtlar  belə  siqaretlər 
hələ  yox  idi,  hamı  tənbəki çəkərdi. Hüseynqulu  əmi hara  getsə  idi, 
tütün torbası da yanında olardı. Sovetin vaxtı  «Kommunist» qəzeti 
çıxardı.  Götürərdi  o  qəzeti  hər  səhifəni  on  yerə  bölər,  tənbəkini 
ovub içinə doldurar, eşmə hazırlayardı. Çəkdiyi də elə eşmə olardı. 
O  vaxtı  ən  yaxşı  tənbəki  Qarabağlar,  Şahtaxtı  tənbəkisi  hesab 
olunardı. Şahtaxtıda da onun Mir Ələsgər adlı bir seyid dostu vardı. 
Payızda gedib ondan illik tənbəki payını alardı. Əvəzində də ona ya 
iki-üç  toğlu,  ya  da  pul  verərdi.  Nə  isə,  sözüm  onda  deyil… 
Hüseynqulu kişi bir gün başladı öskürməyə. Hara apardılar dərdinə 
əlac eləyən olmadı. O vaxtı heç həkimlər də xərçəngin nə olduğunu 
bilmirdilər.  Əlqərəz,  kişi  düşdü  ölüm  yatağına.  O  boyda  kişi  əridi 
oldu bir ovuc, paltarının biri də  əynində durmadı. Onun dörd oğlu, 
iki  qızı  var  idi.  Oğlanlarının  hamısı  da  siqaret  çəkirdilər.  Dədələ-
rinin  yanında  çəkməsələr  də  o, bunu  bilirdi.  Ona  görə  də,  Hüseyn-
qulu  əmi  oğlanlarını  yanına  çağırıb  belə  dedi:  «Bizim  tayfamıza 
Pəhləvanlar tayfası deyərlər. Özüm dörd adama dov gəlmişəm, hələ 
indiyə  qədər  bir  adam  mənim  dizimi  yerə  vura  bilməyib.  Mühari-
bədə qurşağa kimi qarın, suyun içində yatmışam, xəstələnməmişəm. 
Amma bu tütün görün nə  «köpəyoğlu» şeydisə, məni yıxdı, mənim 
kimi  pəhləvanı  ikiqat  elədi!  Sizə  vəsiyyətim  budu:  qırxımı  verən 
kimi  dördünüz  də  siqareti  atın!  Bilirəm,  hamınız  çəkirsiz,  o  zəhri-
marı atmayan məndən deyil, heç qəbrimin üstünə də  gəlməyin»,  – 
deyə sözlərini bitirdi. Rəhmətliyin o sözləri hələ də qulaqlarımdadı. 


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə