Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə21/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

 
86 
tualetə  girdi,  otağa  keçdi  –  bir  sözlə  toya  gələnləri  bidar  elədi, 
qoymadı  yatmağa...  Arvadı  o  vaxt  onu  nə  qədər  danladı.  Bu  yaşda 
siqaret üstə ər-arvad yenə savaşdılar, hamı da Fatma xanıma kömək 
çıxdı. Axırda qardaşı dedi ki, "Teymur, gəl, səni xeyir işdən sonra bir 
həkimə  aparım".  Guya  razı  oldu,  amma  sonra  aradan  çıxdı.  "Gərək 
həkimə gedə idim", – deyə peşman-peşman düşündü. Ona: "Siqareti 
tərgit",  –  deyəndə  cavab  verərdi  ki,  “mən,  qırx  illik  yoldaşıma 
xəyanət edim?” Belə düşüncələrlə  çayxanaya getmək qərarına gəldi. 
Çayxanaya qədər xeyli yol vardı. O, iki yüz-üç yüz metr gedib dayan-
dı, elə bil, ayaqları yoruldu. Ona elə gəldi ki, əsəbiləşdiyi üçün belə 
oldu. Dincini alıb yenə getdi, bir iki yüz metr gedəndən sonra təzədən 
dayanmalı oldu. Təəccübləndi. "Mənə nə oldu belə?" – deyə düşün-
dü.  Bir  az  yorğunluğunu  alıb  əli  ilə  ayaqlarını  yoxladı.  Ayaqları 
soyuq idi, tüklər seyrəlmişdi, dərisi də nəsə
 
xoşagəlim deyildi. Bunu 
görən  Teymur  kişi  bir  az  qorxdu,  amma  tez  də  özünə  ürək-dirək 
verib,  çayxanaya  tərəf  getdi.  Keyfi  yox  idi,  ona  görə  də,  orada 
oturanlara  başı  ilə  salam  verib  hovuzun  yanındakı  stola  yaxınlaşdı. 
Boş  stullardan  birini  çəkib  əyləşdi.  Ayaqlarını  irəli  uzadıb  dərindən 
nəfəs  aldı.  Bir  siqaret  yandırıb  tüstülətdi.  Fikirli  idi.  Qutuya  baxdı, 
orada  üç-dörd  dənə  siqaret  qalmışdı.  Yadına  saldı  ki,  dünən  axşam 
Əhmədin  dükanından  beş  qutu  siqaret  aldı.  Ona  görə  də,  çayla 
bərabər  iki  qutu  siqaret  də  sifariş  verdi.  "Nə  edim?  Bəlkə  bu 
zəhrimarı tərgidim?", – deyə fikrindən keçirtdi. Amma bu iş ona çox 
ağır  və  qeyri-mümkün  kimi  görünürdü.  “Allaha  təvəkkül”,  –  deyib 
çayını içməyə başladı. Ağzı zəhər kimi idi, ona görə də, dad nədi hiss 
eləmədi.  Çayxanada  daha  kimlərin  olduğunu  bilmək  üçün  ətrafa 
boylandı. Yaxında Məhəmməd kişi ilə Mir Həsən oturmuşdular. Bir 
az aralıda – çinar ağacının altında dörd cavan oğlan domino çırpırdı-
lar. Onlardan sağda iki nəfər yaşlı müəllim çay içir, söhbət edirdilər. 
Solda  isə  rayon  qəzetinin  müxbirləri  –  Əli  müəllimlə  Əbülfəz 
müəllim qəzet oxuyur, çay içirdilər. 
Teymur  kişi  cibindən  müştüklərini  çıxarıb  qabağına  qoydu. 
Onlardan biri qabıqlı uzun gilənar çubuğu, o biri isə qabığı qaşınmış 
qısa  və  yaraşıqlı  müştük  idi.  İkisini  də  həyətlərindəki  gilənar  ağa-


 
87 
cından  kəsib  düzəltmişdi.  O,  bunları  həmişə  cibində  gəzdirər,  boş 
vaxtı  olanda  çıxarıb  "mafi  qayda  ilə"  çəkərdi.  Müştük  ki,  ortaya 
gəldi, bil ki, Teymur kişi hələ çox oturacaq. 
Elə  bu  vaxt  hamının  yaxşı  tanıdığı  cərrah  Aydın  həkimlə  bir 
yaşlı  adam  çayxanaya  gəldilər.  Onlar  hamıya  salam  verib  keçib 
oturdular.  Aydın  həkim  çayçı  Mahiri  yanına  çağırıb  alçaq  səslə 
dedi: 
–  Mahir,  Bakıdan  qonağım  var,  bizə  Ordubad  lumusu  ilə  bir 
qəşəng pürrəngi çay ver, özü də yekə çaynikdə. 
– Baş üstə, doktor, – deyə Mahirin şən səsi eşidildi. 
Teymur kişi Aydın həkimlə gələn adama bir xeyli zəndlə baxdı. 
"Üzü mənə tanış  gəlir, amma  heç  cür aşıra
*
  bilmirəm.  Zehnim  lap 
kortalıb",  –  deyə  dilxor-dilxor  düşündü  və  müştüyünə  taxdığı 
siqaretə  dəm  verdi.  Birdən  xatırladı:  "Hə,  bu  həmin  professordu, 
keçən il bacım qızını operasiya edən". 
Professor Aydın həkimə tərəf əyilib işgüzar şəkildə dedi: 
–  Çox  maraqlı  xəstə  idi,  belə  hadisə  nadir  hallarda  olur. 
Yadımdadı, hələ iyirmi il bundan qabaq Mustafa Topçubaşovla bir 
xəstəni əməliyyat edərkən belə bir anomaliyaya rast gəldik. 
–  Professor,  Sizin  bu  sinteziniz  çox  uğurlu  oldu.  Mən  də  çox 
şey öyrəndim, – deyə Aydın həkim təşəkkür etdi. 
–  Mənimlə  müntəzəm  əlaqə  saxla.  Çalış  təyinatı  dəqiq  yerinə 
yetirsinlər. Dinamikanı izlə, qeydlər apar, çünki fikrim var bir elmi 
məqalə  hazırlayıb  ikimizin  imzası  ilə  verək  İstanbuldakı  “Genel 
cerrahiyye” jurnalında dərc olunsun. 
Aydın həkim sevincək: 
– Nə yaxşı olar, Professor! Bu məqalənin mənim dissertasiyama 
da köməyi dəyər, – deyə ruh yüksəkliyi ilə bildirdi. 
İlin "qora bişirən" ayı idi. Göydən “od tökülürdü”. Hərə başını 
bir kölgənəcəyə soxmaq, çay, ya pivə ilə sərinləmək istəyirdi. 
Uğurla  bitən  ağır  cərrahiyə  əməliyyatından  sonra  xəstənin 
qohumları professora nə qədər yemək, içmək, kabab təklif etsələr də 
o, hamıya təşəkkür etmiş, bu çayxanaya gəlməyi, yolqabağı çay içib 
bir az dincəlməyi daha üstün tutmuşdu. Bura şəhərdə "Məmişin çay-


 
88 
xanası" adı ilə tanınırdı. Məmiş kişinin əkiz oğlanları Mahirlə Tahir 
çayxananı təmiz saxlayır, müştərilərlə xoş rəftar edirdilər, çaylarına 
isə söz ola bilməzdi... 
Bir  azdan  Teymur  kişi  çay  içdiyi  yerdə  onu  boğulma  tutdu, 
öskürdü,  öskürdü,  öskürdü...  Hamı  dönüb  Teymura  tərəf  baxdı, 
hətta domino oynayanlar da əl saxladılar. Əli müəllim: 
–  Teymur  əmi,  yenə  niyə  elə  öskürdün?  Bir  həkimə  getsənə, 
ölürsən axı? 
– Nə bilim, ay Əli müəllim, bir ildi ki, bu öskürək məni əldən 
salıb. İstilik də ki, bir yandan... 
– Bəs, həkimlər nə deyir? Heç müayinəyə-zada gedibsən? 
– Yoox. Düzü, qorxuram getməyə. Elə bilirəm nəsə əngəlli bir 
şeydi – ona görə getmirəm. 
–  Mən  onu-bunu  bilmirəm,  səninki  siqaretdəndi,  Teymur  əmi. 
Gündə nə qədər çəkirsən? 
– Ha çox... Teymur kişi bir az düşündü, uşaqlıq və gəncliyini, 
siqaret çəkməyə nə vaxt başladığını yadına saldı: “On üç yaşımdan 
bu  zəhrimarı  çəkirəm.  Düz  qırx  iki  ildi.  Həmişə  də  papiros  çək-
mişəm,  yəni  filtrsiz  siqaret.  Gün  olub  beş  "paçka"
*
,  gün  olub  altı 
"paçka" çəkmişəm. Özü də tüstü gərək mənim ürəyimə dəyə, yoxsa 
qanıx
-
 verməz. Axır səkkiz-doqquz ildə  səhər acqarına da çəkirəm. 
Nə  bilim?”,  –  deyə  Teymur  günahkar  adamlar  kimi  başını  aşağı 
saldı... 
Radioda  həzin  musiqi  verilirdi.  Diktor  qız  növbəti  verilişi  elan 
etdi.  Məlum  oldu  ki,  həkim-narkoloq  tütünün  insan  orqanizminə 
zərəri barədə çıxış edəcək. 
Tahir bufetdən söz atdı: 
– "Adın çək, qulağın  bur." Teymur  əmi, di  qulaq as! Ə, orada 
dominonu  az  şaqqıldadın,  qoyun  görək  həkim  Teymur  əmiyə  nə 
deyir? 
Radionun  növbəti  həkim  söhbəti  başlandı:  "Bizlərdən  çoxu 
siqaret  çəkir.  Siqaret  çəkməyin  zərərli  vərdiş  olmasını  indi  hamı 
bilir.  Görəsən,  biz  belə  adətin  özümüzə  və  ətrafımızdakılara  necə 
zərər verməsi barədə heç düşünürük? 


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə