Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə19/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

 
74 
disə, məni yıxdı, mənim kimi pəhləvanı ikiqat elədi! Sizə vəsiyyətim 
budu: qırxımı verən kimi dördünüz də siqareti atın! Bilirəm, hamınız 
çəkirsiz, o zəhrimarı atmayan məndən deyil, heç qəbrimin üstünə də 
gəlməyin”. 
O  vaxtlar  mən  də  tay-tuşum  kimi  siqaret  tüstülədərdim. 
Rəhmətliyin  o  sözlərindən  sonra  o  oldu-bu  oldu  siqareti  atdım! 
Fikirləşdim ki,  “siqaret  o boyda kişini  yıxandan sonra mənim kimi 
cılız  bir  adamı  dünəndən  yıxar”.  Oturub-durub  Hüseynqulu  əmiyə 
rəhmət oxuyuram. 
Professor  –  Mən  də  onuncu  sinifdən  siqaret  çəkirdim.  Evlə-
nəndən  sonra  –  üzr  istəyirəm  –  arvadım  xəstələndi.  O  həkim 
qalmadı  aparmayam,  əlacı  olmadı.  Moskvaya  apardım,  Təbrizə 
apardım, axırda Türkiyədə bir professor var, uzun illər Amerikada, 
Almaniyada işləmiş adamdı, onun yanına apardım. O mənə dedi ki, 
“sənin  xanımındakı  boğulma  tutmaları  sənin  siqaret  çəkməyinlə 
əlaqədardı”.  Dedi  ki,  “xanımda  nikotinə  qarşı  allergiya  var”.  Elə 
həmin  gündən  siqareti  atdım.  O  vaxtdan  üç  il  keçib,  yoldaşım  bir 
dəfə də olsun xəstələnməyib… 
Aydın – Professor, Sizin bu sözünüz şahidi olduğum bir hadisə-
ni  yadıma  saldı.  Biz  o  vaxt  patanatomiya  dərsində  idik.  Zərdab 
rayonundan  bir  adam  gətirmişdilər  –  qırx  yeddi  yaşında.  Bunu  əv-
vəlcə  gətirirlər  klinikanın  cərrahiyyə  şöbəsinə, orada onu  «operasi-
ya»
*
 edirlər. Cərrah görür ki, bunda ağ ciyər xərçəngidi – yaranı tə-
zədən  tikir.  Beş  gündən  sonra  xəstə  rəhmətə  getmişdi.  Öləndən 
sonra diaqnozun təsdiq olunması üçün onu gətirmişdilər morqa. İn-
diki kimi yadımdadı: morqda bizim patanatom müəllimdi, cərrahdı, 
bir  də  qrup  yoldaşlarımız.  Patanatom  həkim  meyidi  yarıb  daxili 
üzvlərini  açdı.  Birdən  soruşdu  ki,  “sizlərdən  siqaret  çəkəni  var?”. 
Dedik:  “Bəli,  var”.  Dedi:  “Baxın,  görün  ağciyərlə  qaraciyəri  seçə 
bilərsiz?”. O vaxt qrupdakı oğlanlardan çoxu siqaret çəkirdi, mən də 
həmçinin. Baxdım ki, ağciyər qapqaradı. Dedik: “Doktor, indi bizim 
də ağciyərimiz belədi?”. Həkim güldü: “Əlbəttə. Bakıdakı maşınlar-
ın  tüstüsü,  zavodların  tüstüsü  plyus  siqaretin  tüstüsü.  İndi  özünüz 
mülahizə  edin”.  Sözün  düzü,  nə  təhər  qorxdumsa,  elə  onunla  da 


 
75 
siqareti  atdım.  Uşaqların  çoxu  təzədən  başladılar,  amma  mən  yox. 
Artıq iyirmi beş ildir ki, mən siqaret çəkmirəm. 
Teymur durub yavaş-yavaş çayxanadan çıxır. Professor saatına 
baxır. Aydın həkimlə Professor ayağa qalxırlar. 
Professor  (Teymurun  arxasınca  baxa-baxa)  –  Bu  kişinin 
ağciyərlərində deyəsən bədxassəli şiş var. Fikir verdin, dedi ki, “bir 
ildir  öskürürəm,  plyus  temperaturum  da  olur”.  Demək  ki,  xəstəlik 
sonuncu stadiyaya keçib, yəqin ki, artıq metastaz da verib. 
Aydın  –  Elə  mən  də  o  fikirdəyəm,  Professor,  klinikası  çox 
oxşayır. Allah özü ona kömək olsun! 
 
Hamı ilə sağollaşıb çıxırlar. 
Pərdə 
 


 
76 
 
ÜÇÜNCÜ PƏRDƏ 
 
Çəksən siqarı ciyərə tərəf, 
Siqar da çəkər məzara tərəf.
 
Müəllif 
 
Teymurgilin  evi,  zal  otaq.  O,  siqaret  damağında  yavaş-yavaş 
otağa  daxil  olur.  Əlindəki  pivə  butulkasını  stolun  üstünə  qoyur. 
Sürəkli öskürür. 
 
Teymur – Allah Kolumba lənət eləsin, o, bütün dünyanı bəlaya 
saldı! Allah məni bu siqaretə alışdırana lənət eləsin! 
...Rəhmətlik  atam  cavan  yaşda  öldü;  biz  –  anam,  üç  bacım  və 
mən başsız qaldıq. O vaxt mənim on iki yaşım var idi, altıncı sinifdə 
oxuyurdum, əlaçı şagird idim. Məcbur olub gecə məktəbinə keçdim. 
Tikintiyə işə girdim: gündüz işlədim, gecə oxudum. Əgər mən belə 
etməsəydim, hamımız ac qalardıq... Orada bir ustam var idi, yaman 
siqaret çəkən idi, o məni bu zəhrimara alışdırdı. 
Universitetdə oxuyanda bir ara tərgitdim, səkkiz ay çəkmədim, 
kökəldim, adama oxşadım. Sonra yenidən başladım. O başlayan düz 
otuz beş ildi ki, fasiləsiz siqaret çəkirəm... Bu müddət ərzində nə ye-
diyimin,  nə  də  içdiyimin  tamını  bilməmişəm.  İştahdan-zaddan  da 
düşmüşəm,  arıqlamışam,  yarı  canım  qalıb.  Bir  yandan  bu  mənim 
canıma daraşıb,  içəridən söküb dağıdır.  O biri  yandan da pul  qoy-
mur  qalsın  məndə.  Demək,  siqaret  mənim  həm  can,  həm  də  cib 
düşmənimdi. Üstəlik bu məni hər yerdə hörmətdən salır, evdəkilərlə 
“üz-göz”  eləyir. Yazıq  Fatma insafən düz deyir  də... (Uzun pauza. 
Fikirli halda otaqda gəzişir
Yox, belə olmaz! Qərarım qətidi: siqaretlə birdəfəlik qurtarmaq 
lazımdı! Belə görürəm  ki,  mən bununla qurtarmasam,  bu zəhrimar 
mənim  axırıma  çıxacaq!  (Siqaretə  xitabən).  Sən  nəsən  ki,  mən  sə-
ninlə  qurtara  bilməyim?!  Mən  səni  özümə  dost  bildim,  amma  sən 
mənə  xəyanət  elədin.  Mənə  deyən  gərək:  “Siqaret  sənin  əlindədi, 
sən ki siqaretin əlində deyilsən?!” Bax, bu axırıncı siqaretimdi, çə-


 
77 
kim, əgər bir də bu zibilə əl vursam, itin oğluyam! (Teymur siqareti 
tez-tez  sümürüb  külqabına  basır.  Pivəni  açıb  başına  çəkir,  yenə 
öskürür). Yox, qoy birini də çəkim, onsuz da bu mənim lap axırıncı 
siqaretimdi, çünki sabahdan ta çəkməyəcəm (O, təzədən bir siqaret 
yandırıb  divana  uzanır  və  teleseriala  baxa-baxa  onu  yuxu  aparır. 
Əlindəki siqaret kötüyü xalçanın üstünə düşür... Bir azdan bütün ev 
alışıb yanır. Fatma xanım, gəlin və qonşular qaçaraq gəlirlər
Fatma – Vay, vay evim yıxıldı! Ev yandı, Teymur yandı, qızın 
cer-cehizi yandı, hər şeyimiz yandı, vay, vay!!! 
Qəşş edib yıxılır. Gəlin yerə çöküb ağlayır. Qonşular ora-bura 
qaçır, su gətirir, yanğını söndürməyə çalışırlar. 
Qorxunc səslər. Həyəcanlı musiqi. Bu musiqi səngiyir və yavaş-
yavaş yanıqlı notlara keçir. 
 
Pərdə 
 
Son 
 
Bakı, 2009 


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə