Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   ...   24   25   26   27   28   29   30   31   32

 
110 
 
 
hələ  vurardım  da,  –  deyib  güldüm.  Siz  Allah,  burda  nəsə  var,  bu 
“nəsə”  nədi  axı?,  –  deyə  gözümü  onun  gözünə  zilləyib  cavab 
gözlədim. 
Yenisey müəllim yerində qurcuxdu və gizlicə bir ah çəkdi: 
– Bilirsən, qızım, mən əvvəllər içən olmuşam, – bu, düz otuz üç 
ilin  söhbətidi.  Mən  onda  institutu  təzə  bitirmişdim,  dəliqanlı 
vaxtlarım idi. Qurşanmışdım içkiyə... Hələ özümə bir-iki avara dost, 
aşna  da  tapmışdım:  bu  yeməkxana  mənim,  o  restoran  sənin  –  hər 
gün  onlarla  yeyib-içməklə  ömrü  bada  verirdim.  Anam  nə  qədər 


 
111 
yalvarsa  da,  özünü  öldürsə  də,  kim  idi  ona  qulaq  asan?  Günlərin 
birində  yenə  restoranda  içib  bərk  keflənmişdim.  Oradan  çıxıb  evə 
getmək  istədim,  səkkiz  yaza  –  yaza  gedirdim.  Yolun  qırağında  bir 
arx  var  idi,  o  arxı  keçəndə  ilişib  yıxıldım.  Ha  çalışdım  ki,  ayağa 
qalxam, qalxa bilmədim, oturdum zığın, palçığın içində. Axşamçağı 
idi, hava qaralırdı... Gördüm bir nəfər üç-dörd yaşlı uşağın əlindən 
tutub gedir. Uşaq məni görüb dayandı: 
– Ata, ata, ora bax, it! 
Onlar yaxına gəlib mənə diqqətlə baxdılar. Atası dedi: 
– Qaqaş, bu it deyil ki, adamdı, özü də keflidi, qorxma! 
Uşaq dedi: 
–  Mən  itdən  qoyxmuyam  ki,  ata,  amma  keflidən  qoyxuyam. 
Atası əl – ayağa düşdü: 
–  Onda,  qaqaş,  tez  çiş  elə!  Çiş  elə  arxın  qırağına,  –  dedi  və 
üzünü  yana çevirdi ki, uşaq utanmasın. Uşaq isə eləmə tənbəllik – 
üzr  istəyirəm  səndən  qızım  –  düz  mənim  başıma  işədi.  Sidik 
saçımdan üzümə, üzümdən isə ağzıma axdı. Mən elə bil yatmışdım, 
ayıldım!  Elə  bil  heç  bir  litr  araq  içən  mən  deyildim.  Bir  özümə 
baxdım,  bir  də  düşdüyüm  bu  vəziyyətə...  Acığımdan,  hirsimdən 
bilmədim  ki,  nə  edim!  Özümə  nifrət  elədim,  söydüm  özümü! 
Dedim: “Mən it yox, lap... itdən də pisəm!” 
Durub birtəhər evə gəldim, rəhmətlik anamı çağırdım: 
– Ana, paltarlarımı ver, girirəm hamama. 
Yazıq  anam  heç  nə  demədi,  gətirib  təmiz  paltar  verdi.  Mən 
yuyunub qüsul verdim. Elə oradaca da and içdim, and içdim ki, mən 
bir də heç vaxt, heç vaxt içki içməyəcəm! 
Bəli,  heç  kimin  verə  bilmədiyi  dərsi  mənə  üç  yaşlı  uşaq  verdi. 
Əgər  o  vaxt  o  dərsi  mən  almasaydım,  Allah  bilir  ki,  indi  harada 
idim... 
 
Bakı, 2011 


 
112 
 


T
T
Ə
Ə
L
L
Ə
Ə


 
 
 
Obyektdə
*
  işin  qızğın  vaxtı  idi.  Rəhbərliyə  söz  vermişdilər  ki, 
hörgünü  bir  aya  başa  çatdıracaqlar.  Qəzənfər  usta  iki  şəyirdi  ilə 
gündə  iyirmi  beş-otuz  kvadrat  metr  hörgü  verirdi.  Amma  bu  gün 
günortadan  sonra  daş  qurtardığından  işsiz  qalmışdılar.  Usta 
fəhlələrlə  ocağın  başına  yığışıb  söhbət  edirdilər.  Söz  sözü  çəkdi. 
Söhbət  köhnə  hökumətin  vaxtından  düşdü.  Qəzənfər  usta  cavan-
lığını yada saldı: 
– Sovet  hökuməti vaxtı ət,  yağ tapılmazdı.  Camaat  ət,  kolbasa 
ya sosiskanı uzun növbə ilə, yaxud çeklə alardı. Birinin evində toyu, 
ya da evlərdən uzaq yası olanda ət tapmaq müşkül işə çevrilirdi. O 
vaxt ət kombinatında işləyənlər həm pullu, həm də lazımlı adamlar 
idilər.  İşdən  çıxanda  onlar  kolbasa,  sosiska,  yainki  əti  salafanlara
*
 
büküb bədənlərinə bağlayır, evə gəlir, gələn kimi “arıqlayır”, həmin 
əti qohum – qonşuya satıb yaxşı pul qazanırdılar. Bir də görürdün ki, 
bu gün ət kombinatına işə girən söz məsəli, sabahı gün maşın aldı, o 
biri gün isə ev... 
Bu qırx ilin söhbətidi, o vaxt mənim cavan vaxtlarım idi. Əsgər-
liyimi çəkib evə qayıtmışdım, işləmək istəyirdim. 
Bir gün axşam atama dedim: 
–  Ata,  məni  işə  düzəlt  işləyim,  axı  nə  vaxta  qədər  evdə 
oturacam? 
Atam dedi: 
– Harada işləmək istəyirsən? 
– Ət kombinatında, – deyə tez cavab verdim. 
Atam  o  vaxtkı  raykomun  üçüncü  katibi  ilə  bir  sinifdə 
oxumuşdu,  durub  onun  yanına  getdi.  Bir  həftədən  sonra  məni 
çağırıb əmrimi ət kombinatının kəsim sexinə verdilər. Sabahısı gün 
mən kombinezonumu geyib işə çıxdım. Sexdə altı nəfər idik, böyü-
yümüz  isə  qırx  yeddi-qırx  səkkiz  yaşlarında  bir  kişi  idi.  Bəy 
nəslimdən  olduğuna  görə  hamı  ona  Maqsud  bəy  deyərdi.  Maqsud 
bəy ucaboylu, dolubədənli, qırmızıyanaq bir şəxs idi. 


 
113 
 
 
 


 
114 
Biz malın təpəsinə guppanla vurub onu gicəlləndirir, iri bıçaqla 
şah damarını kəsib öldürür, kranla qaldırıb soyur, sonra cəmdəyi o 
biri sexə ötürürdük. Maqsud bəy işləyə-işləyə dananın – özümüzün 
yeməyimiz  üçün  –  harasından,  hansı  yerindən  kəsib  qazana  atmaq 
barədə  də  göstəriş  verirdi.  Günortadan  sonra  biz  işimizi  qurtardıq. 
Bəli,  bozpört
*
  bişdi,  dörd  araq  alındı  və  hamı  dəstərxanın
*
  başına 
yığışdı. Maqsud bəy hamıya araq süzüb stəkanı əlinə aldı. Onun əli 
əsirdi.  Mən  bayaqdan  hər  şeyə  göz  qoyurdum,  ona  görə  də 
maraqlandım: 
– Maqsud bəy, əliniz niyə əsir? 
– Bala, bə bu araqdandı  da, içməyəndə əsir, içən kimi keçir, – 
deyib arağı tez başına çəkdi. Mən stəkanı yerə qoydum. Hamı mənə 
tərəf döndü, yer –yerdən dilləndilər: 
–  Niyə  içmirsən,  iç!  Kişi  ol,  ə!  Yüz  qram  araq  sənə  heç  zad 
eləməz, qorxma iç! 
– Əgər araq Maqsud bəyin əlini əsdirirsə, mənim başımı əsdirər. 
Məni  bağışlayın,  bu  iş  mənlik  deyil,  uşaqlar,  mən  getdim,  –  deyib 
ayağa qalxdım. 
–  Adə,  dəli  olubsan?  Xalx
*
  bura  işə  girmək  üçün  bir  ətək  pul 
tökür,  iynənin  ulduzundan  keçir,  sən  isə  gedirsən?  Hansı  ağılla? 
Adam  da  belə  dolanışıqlı  yeri  qoyub  gedər,  hə?  –  deyə  üstümə 
düşdülər ki,  bəlkə  məni  saxlayalar.  Lakin  mən ordan çıxıb  düz in-
şaata  fəhləliyə  getdim.  İndi  o  vaxtdan  bu  sənətdəyəm,  –  deyə 
Qəzənfər usta soyumuş çaydan bir qurtum alıb söhbətinə ara verdi. 
Usta köməkçiləri Asimlə Nadir söhbətə maraqla qulaq asırdılar. 
Asim dedi: 
– Ay usta, sən xeyrindən qalan adam deyilsən, sən Allah düzünü 
de görək, kombinatdan niyə getdin? 
Qəzənfər usta başını qaşıdı, bir az düşünüb dedi: 
– Uşaqlar, əgər bilmək istəyirsinizsə, qoyun lap düzünü deyim: 
düzdü  orda  kalan  pul  var  idi,  amma...  Atam  rəhmətliyin  sözü 
olmasın,  mən  bir  az  suyuq  adamam,  yəni  nəfsək.  Bu  mənim  zəif 
cəhətimdi  –  hamıda  belə  zəif  cəhətlər  olur  –  mən  də  bunu  yaxşı 
bilirdim.  Əgər  mən  orda  qalsa  idim,  qurşanacaqdım  içkiyə,  ola-


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə