Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

 
96 
O  vaxtlar  mən  də  tay-tuşum  kimi  siqaret  tüstülədərdim.  Rəh-
mətliyin  o  sözlərindən  sonra  o  oldu-bu  oldu  siqareti  atdım! 
Fikirləşdim  ki,  siqaret  o  boyda  kişini  yıxandan  sonra  mənim  kimi 
cılız  bir  adamı  dünəndən  yıxar.  Oturub-durub  Hüseynqulu  əmiyə 
rəhmət oxuyuram.” 
Maraqla  qulaq  asan  professor  siqaret  söhbətinə  yenidən  qa-
rışaraq dedi: 
– Mən də onuncu sinifdən siqaret çəkirdim. Evlənəndən sonra – 
üzr  istəyirəm  –  arvadım  xəstələndi.  O  həkim  qalmadı  aparmayım, 
əlacı  olmadı.  Moskvaya  apardım,  Təbrizə  apardım,  axırda  Türki-
yədə  bir  professor  var,  uzun  illər  Amerikada,  Almaniyada  işləmiş 
adamdı, onun yanına apardım. O mənə dedi ki, «sənin xanımındakı 
boğulma  tutmaları  sənin  siqaret  çəkməyinlə  əlaqədardı».  Dedi  ki, 
«xanımda  nikotinə  qarşı  allergiya  var».  Elə  həmin  gündən  siqareti 
atdım. O vaxtdan üç il keçib,  yoldaşım bir dəfə də olsun xəstələn-
məyib… 
–  Professor,  Sizin  bu  sözünüz  şahidi  olduğum  bir  hadisəni 
yadıma saldı, – deyə, Aydın həkim xatırlamağa başladı. Biz o vaxt 
patanatomiya dərsində  idik. Zərdab  rayonundan  bir adam  gətirmiş-
dilər  –  qırx  yeddi  yaşında.  Bunu  əvvəlcə  gətirirlər  klinikanın 
cərrahiyyə şöbəsinə, orada onu «operasiya» edirlər. Cərrah görür ki, 
bunda ağ ciyər xərçəngidi – yaranı təzədən tikir. Beş gündən sonra 
xəstə  rəhmətə  getmişdi.  Öləndən  sonra  diaqnozun  təsdiq  olunması 
üçün  onu  gətirmişdilər  morqa.  İndiki  kimi  yadımdadı:  morqda 
bizim  patanatom  müəllimdi,  cərrahdı,  bir  də  qrup  yoldaşlarımız. 
Patanatom həkim meyidi yarıb daxili üzvlərini açdı. Birdən soruşdu 
ki,  «sizlərdən  siqaret  çəkəni  var?».  Dedik:  «Bəli,  var».  Dedi: 
«Baxın, görün ağciyərlə qaraciyəri seçə bilərsiz?». O vaxt qrupdakı 
oğlanlardan  çoxu  siqaret  çəkirdi,  mən  də  həmçinin.  Baxdım  ki, 
ağciyər  qapqaradı.  Dedik:  «Doktor,  indi  bizim  də  ağciyərimiz 
belədi?».  Həkim  güldü:  «Əlbəttə.  Bakıdakı  maşınların  tüstüsü, 
zavodların  tüstüsü  plyus  siqaretin  tüstüsü.  İndi  özünüz  mülahizə 
edin».  Sözün  düzü,  nə  təhər  qorxdumsa,  elə  onunla  da  siqareti 


 
97 
atdım.  Uşaqların  çoxu  təzədən  başladılar,  amma  mən  yox.  Artıq 
iyirmi beş ildir ki, mən siqaret çəkmirəm. 
Professor  saatına  baxdı.  Aydın  həkim  getmək  vaxtı  olduğunu 
hiss  edib  ayağa  qalxdı.  İkisi  də  çayxanadakılarla  sağollaşıb  oradan 
çıxdılar. 
Onların  ardınca  Teymur  kişi  də  durub  yavaş-yavaş  evə  tərəf 
getməyə  başladı.  Yolüstü  Əhmədin  dükanına  girdi,  oradan  üç  qutu 
siqaret aldı. Dükanda bir nəfər cavan oğlan pivə içirdi. Teymur kişi 
birdən ayaq saxladı: 
–  Əhməd,  ondan  birini də  mənə  aç,  ürəyim  yanır,  –  dedi.  Əh-
məd  soyuducudan  bir  sərin  pivə  çıxartdı.  Teymur  kişi  pivəni  içdi, 
xoşuna  gəldi,  ona  görə,  ikisini  də  evə  götürdü.  Evə  çatanda  gördü 
ki, qapı bağlıdı.  «Yəqin Tellinin qızının nişanına gediblər», – deyə 
düşündü.  Qapını  açıb  evə  girdi.  Pivələri  stolun  üstünə  qoydu.  Bir 
siqaret yandırıb fikrə getdi, sonra özü ilə danışmağa başladı: 
–  Allah  Kolumba  lənət  eləsin,  o,  bütün  dünyanı  bəlaya  saldı! 
Allah məni bu siqaretə alışdırana lənət eləsin! 
...Rəhmətlik  atam  cavan  yaşda  öldü;  biz  –  anam,  üç  bacım  və 
mən başsız qaldıq. O vaxt mənim on iki yaşım var idi, altıncı sinifdə 
oxuyurdum, əlaçı şagird idim. Məcbur olub gecə məktəbinə keçdim. 
Tikintiyə işə girdim: gündüz işlədim, gecə oxudum. Əgər mən belə 
etməsəydim, hamımız ac qalardıq... Orada bir ustam var idi, yaman 
siqaret çəkən idi, o məni bu zəhrimara alışdırdı. 
Universitetdə oxuyanda bir ara tərgitdim, səkkiz ay çəkmədim, 
kökəldim, adama oxşadım. Sonra yenidən başladım. O başlayan düz 
otuz beş ildi ki, fasiləsiz siqaret çəkirəm... Bu müddət ərzində nə ye-
diyimin, nə də içdiyimin tamını bilməmişəm. 
İştahdan-zaddan  da  düşmüşəm,  arıqlamışam,  yarı  canım  qalıb. 
Bir yandan bu mənim canıma daraşıb, içəridən söküb dağıdır. O biri 
yandan  da  pul  qoymur  qalsın  məndə.  Demək,  siqaret  mənim  həm 
can, həm də cib düşmənimdi. Üstəlik bu məni hər yerdə hörmətdən 
salır,  evdəkilərlə  “üz-göz”  eləyir.  Yazıq  Fatma  insafən  düz  deyir 
də... 


 
98 
 
 
 


 
99 
Teymur fikirli halda otaqda gəzişir, yenə özü ilə danışırdı: 
–  Yox,  belə  olmaz!  Qərarım  qətidi:  siqaretlə  birdəfəlik 
qurtarmaq  lazımdı!  Belə  görürəm  ki,  mən  bununlaq  qurtarmasam, 
bu zəhrimar mənim axırıma çıxacaq! O siqaretə xitabən: “Sən nəsən 
ki,  mən  səninlə  qurtara  bilməyim?!  Mən  səni  özümə  dost  bildim, 
amma  sən  mənə  xəyanət  elədin.  Mənə  deyən  gərək:  “Siqaret  sənin 
əlindədi, sən ki, siqaretin əlində deyilsən”?! Bax, bu axırıncı siqare-
timdi, çəkim, əgər bir də bu zibilə əl vursam, itin oğluyam”, – deyə 
o,  siqareti  tez-tez  sümürüb  külqabına  basdı.  Pivənin  birini  açıb 
başına çəkdi, yenə bir-iki ağız öskürdü. “Yox, qoy birini də çəkim, 
onsuz da bu mənim lap axırıncı siqaretimdi, çünki sabahdan ta çək-
məyəcəm”, – dedi. 
Teymur  özünə  yer  tapa  bilmir  hey  vurnuxurdu,  elə  bil  “itiyi 
itmişdi”… Birdən o dib  otağa keçdi.  Burada kiçik qızın  cer-cehizi 
yığılmışdı: yataq və istirahət mebeli, televizor, soyuducu, tozsoran, 
xalça-palaz,  dörd  dəst  təzə  sırınmış  yorğan-döşək,  «Madonna» 
servis  və  bir  neçə  qeyri  ayın-oyun.  O  bunları  «əlinin  isti  vaxtı» 
arvadının təhrikilə almışdı. «Əgər Fatma deməsəydi, almayacaqdım 
yaxşı  ki,  almışam,  indi  çox  şükür,  rahatam»,  –  deyə  sevindi. 
Elçilərin: «Havalar bir az sərinləyən kimi gəlinimizi aparacağıq», – 
deməsi  yadına  düşdü.  Gülümsədi.  Şüşəbəndə  keçdi.  Teymur  kişi 
teleseriala baxa-baxa ikinci pivəni də içib siqaret damağında divana 
uzandı. Və Teymuru yuxu apardı… 
…Bir  saatdan  sonra  Teymur  kişinin  öz  evində  evi  ilə  bərabər 
yanması barədəki xəbər ildırım sürətilə şəhərə yayıldı. 
 
Naxçıvan, 2002


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə