Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

 
89 
 
 
 
 


 
90 
Əvvəlcə görək, tütünün tərkibində hansı  zərərli maddələr var? 
Siqaretdə  dörd  minə  qədər  belə  maddə  aşkar  edilib.  Onlardan  ən 
çox nikotin, kanserogen maddələr, karbon qazı, dəm qazı, qatranlar 
və  digər  maddələr  insanda  müxtəlif  xəstəliklər  əmələ  gətirdikdən 
sonra onu öncə əlilliyə, sonra isə erkən ölümə doğru aparır. 
İndi  isə,  belə  maddələrin  insanda  hansı  patologiyalar 
törətməyinə nəzər salaq. Gəlin, nikotindən başlayaq. 
Nikotin – narkotik maddə olub güclü sinir zəhəri hesab olunur. 
Nikotin  yüksək  dozada  olarsa,  mərkəzi  sinir  sisteminin  iflicini 
əmələ gətirə bilər, az dozada isə hafizəni zəiflədir, başağrıları və 
yuxu  pozğunluğuna  səbəb  olur.  Qana  sorulan  kimi  endokrin 
sistemə,  xüsusilə  böyrəküstü  vəzə  təsir  edərək  adrenalin  ifrazını 
artırır.  O  isə  damar  spazmı  törədərək,  arterial  qan  təzyiqini 
yüksəldir. Yaşlı və təzyiqi olan adamlar üçün bu, çox təhlükəlidir! 
Bununla  iş  qurtarmır:  adrenalin  ürək  üçün  "qamçı"  rolunu  oy-
nayaraq,  onu  sürətlə  döyünməyə  məcbur  edir.  Nəticədə,  ürək 
əzələsi yorulur, haldan düşür və vaxtından tez qocalır. Bu isə, ürək 
infarktı  üçün  zəmin  yaradır.  İnfarkt  keçirmiş  şəxslər  üçün  siqaret 
çəkməyə  davam  etmək  növbəti  infarktı  göz  qabağına  gətirmək 
deməkdir.  Adrenalin  periferik  damarları  daraltdığı  üçün  orada 
axan qanın miqdarı azalır və qidalanma pozulur: siqaretin ən ağır 
fəsadlarından  biri  olan  ayaq  damarlarının  obliterasiyaedici 
endarteriti  belə  əmələ  gəlir.  Bu  da  axırda  ayaqların  qanqreni  ilə 
sonuclanır.  Bundan başqa, nikotin xoşagəlməz acı dadı ilə həm də 
mənfi emosiya yaradır. 
Vaxtilə  nikotini  tütünün  tərkibində  ən  zəhərli  maddə  hesab 
edirdilər,  lakin  məlum  olub  ki,  radiaktiv  maddələr  ondan  da 
təhlükəlidir.  Bu  radiaktiv  maddələrdən  benzpiren  və  dibenzpireni 
göstərmək olar. Onlar alfa- və beta-hissəciklər şüalandırmaqla ağ 
ciyəri  daxildən  dağıdır  və  xərçəng  xəstəliyi  əmələ  gətirirlər.  Bu, 
həyat  üçün  çox  qorxuludur!  Bədxassəli  şişlərin  əmələ  gəlməsinə 
şərait yaradan və onun inkişafına kömək edən dəm qazı və kükürd 
qazıdır. Dəm qazının toksiki maddə olması isə hamıya məlumdur. 


 
91 
Otuz  doqquz  yaşında  həyata  gözlərini  yuman  bir  amerikan 
jurnalisti  görün  nə  yazır:  "Mən  öz  "düşmənimlə"  on  dörd  yaşında 
tanış oldum və onunla iyirmi beş il "dostluq" etdim". Belə "dostlu-
ğun" sonu isə təəssüf ki, ağciyər xərçəngi olub. 
Siqaret  tüstüsünün  iyini  və  aromatikliyini  efir  yağları  və 
qatranlar  müəyyən  edirlər.  Həmin  qatranlar  tədricən  ağciyər 
alveollarını  doldurub,  tənəffüsü  çətinləşdirirlər.  Tənəffüsün  pozul-
masına  karbon  qazı  və  dəm  qazı  da  pis  təsir  edir.  Belə  ki,  siqaret 
tüstüsündə olan karbon, oksigendən dörd dəfə sürətlə hemoqlobinlə 
birləşərək karbohemoqlobin əmələ gətirir ki, bu şəkildə toxumalara 
gedən  qan  zəhərli  olub  orada  oksidləşmə-bərpa  reaksiyalarını 
pozur. 
Tütün  təkcə  ağciyər  və  tənəffüs  yollarına  mənfi  təsir  etmir,  o 
həm  də  həzm  traktına  ziyan  verir.  Siqaret  çəkənin  ağız  suyuna 
qarışan belə maddələr mədəyə düşərək həzm prosesini çətinləşdirir, 
iştahanı  pozur,  mədə  xorasına  və  axırda  isə  həzm  sisteminin 
xərçənginə  səbəb  olur.  Onu  da  qeyd  edim  ki,  siqaret  çəkənlərdə 
maddələr  mübadiləsi  və  vitamin  balansı  da  pozulur.  Hər  çəkilmiş 
siqaret  bütöv  apelsində  olan  qədər  C  vitamini  parçalayır.  Gözün 
daxili təzyiqini siqaret artırdığı üçün görmə də pisləşir". 
Domino oynayan gənclərdən biri – bu, Cığal Cəfərin oğlu Dan-
qa Fətulla idi – cibindən siqaret çıxarıb alışqanla yandırdı, tüstüsünü 
udub dedi: 
–  Bu  həkimləri  də  qoyasan  camaatı  yaxşıca  qorxuda.  Hə-
kimlərin  hamısı  siqaret  çəkir,  özləri  də  deyir:  "Ziyandı".  Əgər  elə 
ziyandısa, bəs həkimlər onu niyə çəkir? 
Onun  bu  atmacasına  Aydın  həkim  dözmədi.  Qayıtdı  ki, 
"həkimlərin  heç  də  hamısı  siqaret  çəkmir.  Onu  da  nəzərə  alaq  ki, 
həkim  də  insandı,  onun  da  zəif  cəhətləri  olur.  Özü  də  nikotin 
narkotik maddə olduğuna görə, hamıda asılılıq yaradır. Həmin asılı-
lıqdan çıxmaq isə hər oğulun işi deyil». 
Fətulla yenə razılaşmadı, söz güləşdirməyə başladı: 
–  Yaxşı,  bu  siqaret  ziyanlı  şeydisə,  niyə  onu  bu  qədər  findi-
firuşqa düzəldib satırlar? Üstəlik onu reklam da edirlər, hə? 


 
92 
O,  bunu  deyib  əlində  olan  gözəl  siqaret  qutusunu  yuxarı 
qaldırdı. Aydın həkim onun bu sözünü də cavabsız qoymadı: 
– Ay qardaş, əvvəla siqaret maqnatları öz mallarını satmaq üçün 
onu  belə  gözəl  hazırlayırlar.  Bu,  normal  bir  şeydi.  O  ki  qaldı 
reklama – onu düz demirsən. Artıq bütün dünyada siqaret reklamları 
yığışdırılıb.  Xəbərin  var  ki,  Yaponiyada  siqaret  çəkəni  işə 
götürmürlər? Papiros çəkməyənə əlavə pul, ya məzuniyyət verirlər, 
hə? 
Həmin höcət adam yenə söz altda qalmadı: 
– Bayaq radioda həkim deyir ki, siqareti çox çəksən, guya iflic 
olarsan, harada belə şey olub? Əşi, deyir də… – deyə lağ ilə güldü. 
Yanındakılar da ona qoşuldular. 
Söhbət  bu  yerə  çatanda,  Mir  Həsən  də  kənarda  qalmaq  istə-
mədi: 
– Niyə ki? Elə bizim evin dalında Əsgər İsayev adında bir kişi 
var idi. Onda mən uşaq idim, o vaxt biz hələ kənddə yaşayırdıq. Bir 
gün  xəbər  çıxdı  ki,  Əsgər  kişi  öldü.  Bilirsən  o  niyə  öldü?  –  deyə 
Fətullagilə tərəf baxdı. 
Oğlan istehza ilə: 
– Birdən siqaretdən ölər ee… 
–  Sən  heç  lağ-zad  eləmə,  qardaşoğlu.  Bəli,  elə  siqaretdən 
ölmüşdü!  Səhər-səhər  durub  gedirlər  çölə,  ot  yığmağa.  Çöldən  ot 
yığası, gətirib evə çıxardası saat olur on iki. Ona qədər də Əsgər kişi 
bəlkə  on  siqaret  çəkir,  özü  də  ac-susuz.  Vurub  zəhərləmişdi  onu. 
Rəhmətlik  elə  onunla  da  getdi.  Sən  heç  elə  demə,  görürsən,  siqa-
retdən nəinki iflic, hətta ölüm də olur… 
Yoldaşları  onun  ayağını  nə  qədər  bassalar  da,  Fətullanın  yenə 
öcəşkənliyi tutdu: 
–  Yaxşı,  əgər  desəz  ki,  siqaret  ağciyərdə,  nə  bilim,  xərçəng 
əmələ gətirir, buna inanmaq olar. Bəs, siqaretin ayağa nə dəxli var? 
Siqaret hara, ayağın qanqreni hara? 
Aydın həkim güldü və başladı Fətullanı başa salmağa: 
–  Elə  məsələ  də  orasındadı  ki,  siqaret  təkcə  ağciyərlərə  zərər 
verməklə qurtarmır, o, damarları da daraldıb qanın hərəkətinə mane 


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə