Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə28/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   ...   24   25   26   27   28   29   30   31   32

 
115 
caqdım  onların  tayı.  Pul  qazanmağına  qazanacaqdım,  amma 
əvəzində sağlığımı itirəcəkdim. 
Asim söz atdı: 
–  Əşşi  pul  olsun,  əsas  məsələ  puldu,  pulun  ki,  oldu  kişisən, 
hörmətlisən. Səni bilmirəm, usta, amma mən o cür “yağlı” yeri qo-
yub getməzdim, heç vaxt da gəlib belə yerdə fəhləlik etməzdim. 
Usta duruxdu, bir qədər düşünüb nəsihətlə dedi: 
–  Ora  sənin  kimi  başıboş  adamlar  üçün  “tələ”di,  bala,  “tələ”. 
Əvvəlcə səni “şirə” çəkir, şirnikirsən, sonra da baxırsan ki, “qarmağa” 
keçibsən, çıxa bilmirsən. Heç bilirsən araq onların başına nə oyun aç-
dı? 
– Nə oyun? – deyə Asim soruşdu. 
– Həə, indi mən deyim sən də mülahizə elə, əgər dərrakən varsa. 
Bax  o,  Maqsud  bəy  ki,  var  idi  haa,  əlli  yaşında  onun  beyninə  qan 
sızdı,  öldü,  heç  oğlunun  toyunu  da  görə  bilmədi.  Orda  Mirzə  adlı 
birisi vardı, o içkili vəziyyətdə ailə-uşağı ilə bir yerdə maşını aşırdı 
– Allah uzaq eləsin – bütün ailə batdı, heç kim salamat çıxa bilmədi. 
Sonra  Fəxrəddin  adlı  birisi  də  vardı,  sərxoş  halda  o  arvadını 
bıçaqladı, on il basdılar getdi. Özü də nə üstə? Guya arvadı ona xə-
yanət edirmiş. Ay tövbə! Mən o qızı yaxşı tanıyırdım, çünki, bizim 
məktəbdə  oxuyurdu,  çox  tərbiyəli,  başıaşağı  qız  idi.  Onun  ərinə 
xəyanət etməsi mümkün deyildi. Məhkəmədə mən də oldum, orada 
dedilər  ki,  bu  sayıqlamadı,  qısqanclıq  sayıqlaması,  içki  içənlərdə 
olur  yəni.  Xülasə,  heç  kimə  ordan  qazandığını  ağız  şirinliyi  ilə 
yemək  qismət  olmadı.  Sən  də  deyirsən  ordan  çıxmazdım,  –  deyə 
Asimə  tərs-tərs  baxdı.  Usta  ocağın  kənarında  olan  çaydandan  bir 
stəkan  çay  süzüb  içdi.  Saatına  baxdı.  Elə  bu  vaxt  “Kamaz”ın 
nəriltisi eşidildi, nəhayət daş gəlib çıxdı. Qəzənfər usta: 
–  Dik  qalxın!  Hamı  iş  başına,  “söhbət  dananı  qurda  verər”.  Daş 
verin, palçıq gətirin, – deyə cəld közyolun
*
 üstünə qalxdı və çəmçəni
*
 
daşa vura-vura fəhlələri səslədi. 
 
Bakı, 2012 


 
116 
 
A
A
L
L
L
L
A
A
H
H
I
I
N
N
 
 
B
B
Ə
Ə
X
X
Ş
Ş
İ
İ
Ş
Ş
İ
İ
 
 
 
 
“Allah  adama  versə,  Mürsəl  təpəsində  də 
verər” 
Deyim 
 
Keçən əsrin əvvəllərində, Nikolay vaxtı
*
  Naxçıvan  kəndlərinin 
birində  otuz  altı-otuz  yeddi  yaşlarında  Cəmşid  adlı  bir  kişi  yaşa-
yırdı.  Onun  dörd  qızı,  üç  oğlu  və  öhdəsində  doxsan  yaşlı  qoca 
nənəsi  vardı.  O,  külfətini  çox  çətinliklə,  bir  qarın  ac,  bir  qarın  tox 
dolandıra  bilirdi.  O  qədər  korluq  çəkirdi  ki,  hərdən  az  qala  hə-
yatından bezirdi, bilmirdi ki, başına haranın daşını salsın. Bu çətin-
liyə bir çarə tapa bilmir, elə hey vurnuxur, düşünür, düşünürdü... 
Bir yandan da Bakı tərəfdən qəribə xəbərlər gəlib kəndə çatırdı 
ki,  guya  kiminsə  neft  quyusu  fontan  vurdu,  lütün  biri  bir  günün 
içində  oldu  milyonçu.  Nə  bilim  iş  çox,  dolanışıq  yaxşı...  Dünən 
Bakıdan gələn isə kənddəki çayxanada elə şeylər danışdı ki, Cəmşi-
di  lap  yerindən-yurdundan  elədi.  Cəmşid  evə  gəldi,  papağını 
qabağına  qoyub  çox  fikirləşdi,  “dağı  arana,  aranı  dağa  apardı”, 
axırda bu qərara gəldi ki, Bakıya getsin, bəlkə ailəsi üçün bir qazanc 
əldə  eləyə  bildi.  O,  uşaqlar  yatandan  sonra  arvadı  Zöhrəni  yanına 
çağırdı: 
–  Seyid  qızı,  belə  yaşamaq  lap  cəhənnəm  əzabıdı,  iş  yox,  güc 
yox, pul-para  yox. Bə, biz nə vaxta qədər it günündə  yaşayacağıq? 
Güllü, maşallah irilib, on iki yaşa ayaq qoyub, bu gün-sabah qapı-
mızı  döyəcəklər,  onu  köçürməyə  nəyimiz  var?  “Bir  həsirik,  bir 
Məmmədnəsir”! Mən uşaqcanlıyam, bilirsən, öz balalarım üçün heç 
zad  eləyə  bilmirəm,  bu  da  mənə  dərd  olur,  ona  görə  də  bağrım 
çatlayır.  Bayaq  çayxanada  Bakıdan  gələn  bir  nəfər  var  idi,  deyirdi 
ki, Bakıda yaxşı iş də var, pul-para da. İstirəm gedim bir-iki illiyinə 
orda  işləyim,  pul  qazanım,  qayıdım  gəlim,  nə  deyirsən?  –  deyə 


 
117 
yazıq  –  yazıq  Zöhrəyə  tərəf  baxdı.  Zöhrə  başını  aşağı  dikdi,  fikrə 
getdi. Sonra alçaq səslə: 
–  Mən  nə  deyim,  Allah  bilən  məsləhətdi.  Kişi  sənsən,  özün 
bilərsən... 
Cəmşid sübh tezdən durdu, çarığını
*
 geyib, patavasını
*
 bərkitdi, 
belinə üç əppək bağlayıb, “ya Allah” deyib yola düşdü, Naxçıvana, 
dəmiryol vağzalına gəldi. Pulu yox idi, ona görə də yük vaqonunda 
Tiflis yolu ilə birtəhər Bakıya gəlib çıxdı... 
Cəmşid  elə  bilirdi  ki,  Bakıda  pul  xəzəl  kimi  tökülüb  küçələrə, 
bir  süpürəni  çatmır.  Tezliklə  səhf  etdiyini  anladı,  amma  geri 
dönmək arına gəldi. Özünə yaxşı iş tapmaq üçün haralara getmədi? 
Amma heç yerdə ürəyi istəyən bir iş tapa bilmədi. Gah bu mədəndə 
işlədi,  gah  o  biri  mədəndə,  gah  qara  fəhlə  oldu,  gah  daşıqçı,  gah 
bağban,  gah  da  ki,  küçə  süpürən.  Nə  isə...  İki  il  ərzində  istirahət 
günü, bayram günü bilmədi, canı – dildən işlədi, amma əlinə beş – 
üç manat pul keçirə bilmədi ki, bilmədi. Üstəlik üstü – başı töküldü, 
arıqladı, xəstələndi, qocaldı... 
O  vaxt  erməni-müsəlman  davasının  lap  qızğın  vaxtı  idi, 
Cəmşidi də iki yüz adamla birgə ermənilər tutub damladılar, iyirmi 
gün orada ac-susuz saxladılar. Cəmşid uşaq vaxtı el  dağa  gedəndə 
orada  erməni  uşaqları  ilə  bir  yerdə  çox  quzu  otarmış  və  erməni 
dilini  babat  öyrənmişdi.  Ona  görə  də  ermənilərin  Cəmşid  qarışıq 
əsirləri diri-diri  yandırmaq istədiklərini danışıqlarından başa düşdü 
və bu xəbəri tez yoldaşlarına çatdırdı. Hamısı yığışıb məsləhətləşdi-
lər:  onlar  köynəklərini  çıxarıb  biri-birinə  bağladılar,  düyün  vurub 
bərkitdilər və hamısı gecə ikən binanın bacasından çıxıb qaçdılar. 
Cəmşidin Bakıya olan bütün ümidləri puç oldu, ruhdan düşmüş, 
qorxmuş halda dəmiryol vağzalına gəldi və yük vaqonunda gizlənib 
“asta qaçan namərddi” qayıtdı Naxçıvana. O Naxçıvana çatanda ax-
şamçağı  idi,  hələ  Günün  batmasına  üç-dörd  saat  qalırdı.  Cəmşid 
vağzalda  düşüb  kəndlərinə  tərəf  getməyə  başladı,  şəhərin  içi  ilə 
getmədi  ki,  birdən  onu  tanıyıb-bilən  olar.  Görkəmi  elə  idi  ki,  o  bu 
vəziyyətdə  kəndə  girməyə  utandı,  yaxınlıqda  olan  Mürsəl  təpəsinə 
tərəf döndü. Orada, təpəliklərin arasında alçaq bir yer tapıb oturdu.  


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə