Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə31/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   ...   24   25   26   27   28   29   30   31   32

 
126 
 
 


A
A
X
X
I
I
R
R
,
,
 
 
Q
Q
O
O
Y
Y
 
 
A
A
X
X
S
S
I
I
N
N


 
 
 
Şahtaxtı kəndi sərhəddə, Araz çayının qırağında olduğuna görə 
oradan İrana qaçaq keçmək istəyənlər həmişə çox olub. Bunun üçün 
yaxşı  üzən  və  Araza  bələd  olan  adamlar  lazım  idi.  Kənddə  bir 
neçəsi  bunu  özünə  peşə  eləmişdi,  ailəsini  onunla  dolandırırdı. 
Şahtaxtıda ən yaxşı bələdçi isə Qara Hüseyn sayılırdı... 
Bir  gün  dağ  kəndlərinin  birindən  Şahtaxtıya  üç  erməni  gəlir, 
onlar  İrana  getmək  istəyirlər.  Ermənilər  Qara  Hüseynlə  sövdə-
ləşirlər.  O  adamın  hərəsini  bir  girvənkə  yağa  Arazdan  keçirməyə 
razı olur. Gecə hamısı çayın qırağına gəlirlər. Hava zülmət qaranlıq 
imiş,  ona  görə  də  Qara  Hüseyn  ulumu  tapa  bilmir.  Ulum  –  o  taya 
keçmək üçün Arazın ən əlverişli  yerinə deyirlər. Ermənilərdən biri 
iti  axan  yerə  düşüb  axır,  boğulmağa  başlayır.  Onun  yoldaşları 
həyəcanla Qara Hüseynə deyirlər: 
– Hüseyn kirvə, Hüseyn kirvə, bizdən biri axır! 
Qara Hüseyn axanın dalınca baxıb tövrünü pozmadan deyir: 

 
Onun bir girvənkə yağı mənə lazım deyil, axır, qoy axsın. 
Şahtaxtı, 2002. 
 
 
«
«
S
S
Ə
Ə
N
N
 
 
H
H
A
A
Z
Z
I
I
R
R
 
 
V
V
Ə
Ə
Z
Z
İ
İ
Y
Y
Y
Y
Ə
Ə
T
T
 
 
A
A
L
L
M
M
I
I
Ş
Ş
S
S
I
I
N
N
»
»
 
 
 
XX əsrin iyirminci illəri idi. Adranikın erməni-daşnak ordusu 
Naxçıvan əyalətinə girərək kəndləri qarət edir, yandırır, qadın, uşaq, 
qoca demədən hamını öldürür, əhaliyə olmazın zülm edirdilər. Ona 
görə  də,  yeni  yaranan  Naxçıvan  Araz  Türk  Respublikası  Türkiyə 
Cümhuriyyətindən  kömək  istəmək  məcburiyyətində  qalır.  Və  Ka-
zım  Qara  Bəkir  paşanın  qoşunu  Araz  çayını  keçərək  Naxçıvan 
torpağına daxil olur, onlardan bir bölüyü də Şahtaxtı kəndinə gəlib 
çıxır.  Kənd  camaatı  xilaskar  türk  əsgərlərini  sevinclə  qarşılayır  və 
onlardan  heç  nəyi:  at,  araba,  azuqə,  yem  –  əsirgəmir.  Əsgər  də 
çatışmırdı, ona görə də, türk zabiti kənd cavanlarını Meydana yığıb 


 
127 
baxış keçirir. Bu kənddə də Məşədi deyilən bir oğlan var idi. Uşaq 
vaxtı  quzu  otararkən  eşşək  zoncuq
*
  atmış,  onun  sol  gözünü 
tökmüşdü. Baxış zamanı Məşədi əlini həmin gözünün üstünə qoyub 
deyir: 

 
 Əfəndim, mənim bu gözüm mayıfdı. 
Türk  zabiti  bunu  səfərbərlikdən  yayınma  cəhdi  hesab  edərək 
qeyzlənir: 

 
Cənab Allah sənin sol gözünü yummuş və sən hazır vəziyyət 
almışsın. Hadi, gavurla döyüşə! – deyərək Məşədini də ermənilərin 
üstünə gedən dəstəyə qatır. 
Şahtaxtı, 2014. 
 
 
«
«
O
O
 
 
D
D
A
A
 
 
O
O
N
N
U
U
N
N
 
 
Y
Y
A
A
Y
Y
A
A
Ş
Ş
I
I
Ğ
Ğ
I
I
D
D
I
I
»
»
 
 
 
XX  əsrin otuzuncu illəri idi. SSRİ-nin,  o cümlədən Azərbay-
canın da əhalisinin çoxu savadsız idi. Ona görə də, Stalinin əmri ilə 
hamı:  fəhlə  və  kəndlilər  işdən  sonra  savadsızlığı  ləğvetmə  kurs-
larına gəlməli, oxuyub-yazma və hesab öyrənməliydilər. Belə kurs-
lardan  biri  də  indiki  Kəngərli  rayonunun  Böyükdüz  (Aşağı  Bö-
yükdüz) kəndində açılmışdı. 
Bu kənddə də Fizzə adlı çox baməzə, özü də dilişirin bir qadın 
var  idi.  Tez-tez  “heş  vədə,  heş  vədə”  sözünü  işlətdiyinə  görə  hamı 
onu elə Heşvədə xala deyə çağırırdı. 
Cabbar müəllim hesab dərsi keçirdi. 
O yazı taxtasına “2” rəqəmini yazıb Heşvədə xaladan soruşur: 
– Bu neçədi? 

 
“2” – deyə Heşvədə xala tez cavab verir. 
Cabbar  müəllim  “2”-nin  yanına  bir  “0”  da  əlavə  edib  yenə 
soruşur: 

 
Bə bu neçədi? 
Heşvədə xala bilmir. O, özünəməxsus bir təbəssümlə: 

 
O da onun yayaşığıdı, – deyə hamını güldürür. 
Böyükdüz, 2014 


 
128 
 
J
J
a
a
r
r
q
q
o
o
n
n
,
,
 
 
a
a
r
r
x
x
a
a
i
i
k
k
 
 
 
 
v
v
ə
ə
 
 
d
d
i
i
g
g
ə
ə
r
r
 
 
 
 
s
s
ö
ö
z
z
l
l
ə
ə
r
r
i
i
n
n
 
 
m
m
ə
ə
n
n
a
a
s
s
ı
ı
 
 
 
 
slujebni 
 
– xidməti 
advokat 
 
– vəkil 
“ağ” 
 
– heroin 
aşıra bilmirəm  
 
– aydınlaşdıra bilmirəm 
atanşik 
 
 dələduz, fırıldaqçı 
avariya 
 
– yol qəzası 
bankrot 
 
– müflisləşmə 
bariqa 
 
– narkotik alverçisi 
“baş” 
 
– bir çəkimlik nəşə 
“bayan”  
 
 
– şpris 
bidar 
 
– oyaq 
bozpört  
 
 
– bozartma, ət xörəyi 
bu heyni 
 
 
– bu vaxt, bu zaman 
çarıq    
 
 
– göndən düzəldilən ayaqqabı 
çaxtuman  
 
 
– imarət 
çəmçə  
– palçıq yaymaq üçün bənna aləti   
(masterok) 
çerez 
 
– vasitəsilə 
çet 
 
– qramın dörddə biri 
cuvar    
 
 
– su işlərinə baxan şəxs 
desil 
 
– millilitrin onda biri 
dəstərxan  
 
 
– süfrə 
dincəlməyə 
 
– həbsxanaya 
“dorojka”  
 
 
– buruna çəkmək üçün bir doza heroin 
düşürlər 
 
– aludə olurlar 
Əshabü-Kəhf 
 
– müqəddəs yer, pir  


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə