Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   ...   13   14   15   16   17   18   19   20   ...   32
    Bu səhifədəki naviqasiya:
  • Aydın

 
67 
Aydın  (alçaq  səslə)  –  Mahir,  Bakıdan  qonağım  var,  bizə 
Ordubad  lumusu  ilə  bir  qəşəng  pürrəngi  çay  ver,  özü  də  yekə 
çaynikdə. 
Mahir (şən səslə) – Baş üstə, doktor. 
Professor  –  Çox  maraqlı  xəstə  idi,  belə  hadisə  nadir  hallarda 
olur.  Yadımdadı,  hələ  iyirmi  il  bundan  qabaq  Mustafa  Topçu-
başovla  bir  xəstəni  əməliyyat  edərkən  belə  bir  anomaliyaya  rast 
gəldik. 
Aydın  –  Professor,  Sizin  bu  sinteziniz  çox  uğurlu  oldu. 
Təşəkkür edirəm. Mən də çox şey öyrəndim. 
Professor  –  Mənimlə  müntəzəm  əlaqə  saxla.  Çalış  təyinatı 
dəqiq yerinə yetirsinlər. Dinamikanı izlə, qeydlər apar, çünki fikrim 
var bir elmi məqalə hazırlayıb ikimizin imzası ilə verək İstanbuldakı 
“Genel cerrahiyye” jurnalında dərc olunsun. 
Aydın  (sevincək)  –  Nə  yaxşı  olar,  Professor!  Bu  məqalənin 
mənim dissertasiyama da köməyi dəyər. 
Mahir  çay,  limon  və  şirniyyat  gətirir.  Teymurda  boğulma 
tutması  olur:  öskürür,  öskürür,  öskürür…  Hamı  əl  saxlayıb  Tey-
mura tərəf baxır. 
Əli – Teymur əmi, yenə niyə elə öskürdün? Bir həkimə getsənə, 
ölürsən axı?! 
Teymur (təngnəfəs) – Nə bilim, ay Əli müəllim? Bir ildi ki, bu 
öskürək məni əldən salıb, istilik də ki, bir yandan... 
Əli – Bəs, həkimlər nə deyir? Heç müayinəyə-zada gedibsən? 
Teymur  –  Yoox,  düzü,  qorxuram  getməyə.  Elə  bilirəm  nəsə 
əngəlli bir şeydi – ona görə getmirəm. 
Əli  –  Mən  onu-bunu  bilmirəm,  səninki  siqaretdəndi,  Teymur 
əmi. Gündə nə qədər çəkirsən? 
Teymur – Ha çox... On üç yaşımdan bu zəhrimarı çəkirəm, düz 
qırx iki ildi. Həmişə də papiros çəkmişəm, yəni filtrsiz siqaret. Gün 
olub  beş  “paçka”,  gün  olub  altı  “paçka”  çəkmişəm.  Özü  də  tüstü 
gərək  mənim  ürəyimə  dəyə,  yoxsa  qanıx  verməz
*
.  Axır  səkkiz-
doqquz ildə səhər acqarına da çəkirəm. Nə bilim? (Günahkar adam 
kimi başını aşağı salır


 
68 
 
 
Radioda  lirik  musiqi  verilir.  Diktorun  səsi:  “Hörmətli 
dinləyicilər, indi də tütünün insan orqanizminə zərərli təsiri barədə 
həkim-narkoloqun söhbətinə qulaq asın”. 
Mahir  (uca  səslə)  –  “Adın  çək,  qulağın  bur”.  Teymur  əmi,  di 
qulaq  as!  Ə,  orada  dominonu  az  şaqqıldadın,  qoyun  görək  həkim 
Teymur əmiyə nə deyir? 
Radio 
“Siqaret  çəkməyin  zərərli  vərdiş  olmasını  indi  hamı  bilir. 
Görəsən,  biz  belə  adətin  özümüzə  və  ətrafımızdakılara  necə  zərər 
verməsi barədə heç düşünürük? 
Əvvəlcə görək, tütünün tərkibində hansı  zərərli  maddələr var? 
Siqaretdə  dörd  minə  qədər  belə  maddə  aşkar  edilib.  Onlardan  ən 


 
69 
çox nikotin, kanserogen maddələr, karbon qazı, dəm qazı, qatranlar 
və  digər  maddələr  insanda  müxtəlif  xəstəliklər  əmələ  gətirdikdən 
sonra onu öncə əlilliyə, sonra isə erkən ölümə doğru aparır. 
İndi  isə  belə  maddələrin  insanda  hansı  patologiyalar 
törətməyinə nəzər salaq. Gəlin, nikotindən başlayaq. 
Nikotin – narkotik maddə olub güclü sinir zəhəri hesab olunur. 
Nikotin yüksək dozada olarsa, mərkəzi sinir sisteminin iflicini əmələ 
gətirə  bilər,  az  dozada  isə  hafizəni  zəiflədir,  başağrıları  və  yuxu 
pozğunluğuna səbəb olur. Qana sorulan kimi endokrin sistemə, xü-
susilə  böyrəküstü  vəzə  təsir  edərək  adrenalin  ifrazını  artırır.  O  isə 
damar  spazmı  törədərək,  arterial  qan  təzyiqini  yüksəldir.  Yaşlı  və 
təzyiqi  olan  adamlar  üçün  bu,  çox  təhlükəlidir!  Bununla  iş  qurtar-
mır:  adrenalin  ürək  üçün  "qamçı"  rolunu  oynayaraq,  onu  sürətlə 
döyünməyə  məcbur  edir.  Nəticədə,  ürək  əzələsi  yorulur,  haldan 
düşür və vaxtından tez qocalır. Bu isə ürək infarktı üçün zəmin ya-
radır.  İnfarkt  keçirmiş  şəxslər  üçün  siqaret  çəkməyə  davam  etmək 
növbəti  infarktı  göz  qabağına  gətirmək  deməkdir.  Adrenalin 
periferik  damarları  daraltdığı  üçün  orada  axan  qanın  miqdarı 
azalır  və  qidalanma  pozulur  ki,  bu  da  axırda  obliterasiyaedici 
endarterit kimi agır xəstəliyə gətirib çıxarır. Nəticə ayaqların qan-
qrenası  ilə sonuclanır.  Bundan başqa, nikotin  xoşagəlməz  acı  dadı 
ilə həm də mənfi emosiya yaradır. 
Vaxtilə  nikotini  tütünün  tərkibində  ən  zəhərli  maddə  hesab 
edirdilər,  lakin  məlum  olub  ki,  radioaktiv  maddələr  ondan  da 
təhlükəlidir.  Bu  radioaktiv  maddələrdən  benzpiren  və  dibenzpiren 
alfa-  və  beta-hissəciklər  şüalandırmaqla  ağ  ciyəri  dağıdır  və 
xərçəng  xəstəliyi  əmələ  gətirirlər.  Bu,  həyat  üçün  çox  qorxuludur! 
Bədxassəli  şişlərin  əmələ  gəlməsinə  şərait  yaradan  və  onun 
inkişafına  kömək  edən  dəm  qazı  və  kükürd  qazıdır.  Dəm  qazının 
toksiki maddə olması isə hamıya məlumdur. 
Otuz  doqquz  yaşında  həyata  gözlərini  yuman  bir  amerikan 
jurnalisti  görün  nə  yazır:  "Mən  öz  "düşmənimlə"  on  dörd  yaşında 
tanış oldum və onunla iyirmi beş il "dostluq" etdim". Belə "dostlu-
ğun" sonu isə təəssüf ki, ağciyər xərçəngi olub. 


 
70 
Siqaret  tüstüsünün  iyini  və  aromatikliyini  efir  yağları  və 
qatranlar  müəyyən  edirlər.  Həmin  qatranlar  tədricən  ağciyər 
alveollarını  doldurub,  onları  çıxdaş  etdiyi  üçün  tənəffüsü  çətin-
ləşdirirlər. Tənəffüsün pozulmasına karbon qazı və dəm qazı da pis 
təsir edir. Belə ki, siqaret tüstüsündə olan karbon, oksigendən dörd 
dəfə  sürətlə  hemoqlobinlə  birləşərək,  karbohemoqlobin  əmələ 
gətirir  ki,  bu  şəkildə  toxumalara  gedən  qan  zəhərli  olub  orada 
oksidləşmə-bərpa reaksiyalarını pozur. 
Tütün  təkcə  ağciyər  və  tənəffüs  yollarına  mənfi  təsir  etmir,  o, 
həm  də  həzm  traktına  ziyan  verir.  Siqaret  çəkənin  ağız  suyuna 
qarışan belə maddələr mədəyə düşərək həzm prosesini çətinləşdirir, 
iştahanı  pozur,  mədə  xorasına  və  axırda  isə  həzm  sisteminin 
xərçənginə  səbəb  olur.  Onu  da  qeyd  edim  ki,  siqaret  çəkənlərdə 
maddələr  mübadiləsi  və  vitamin  balansı  da  pozulur.  Hər  çəkilmiş 
siqaret  bütöv  apelsində  olan  qədər  C  vitamini  parçalayır.  Gözün 
daxili təzyiqini siqaret artırdığı üçün görmə də pisləşir”. 
Fətulla  –  Bu  həkimləri  də  qoyasan  camaatı  yaxşıca  qorxuda. 
Həkimlərin hamısı siqaret çəkir, özləri də deyir: "Ziyandı". Əgər elə 
ziyandısa, bəs həkimlər onu niyə çəkir? 
Aydın  –  Həkimlərin  heç  də  hamısı  siqaret  çəkmir.  Onu  da 
nəzərə alaq ki, həkim də insandı, onun da zəif cəhətləri olur. Özü də 
nikotin  narkotik  maddə  olduğuna  görə,  hamıda  asılılıq  yaradır. 
Həmin asılılıqdan çıxmaq isə hər oğulun işi deyil. 
Fətulla  –  Yaxşı,  bu  siqaret  ziyanlı  şeydisə,  niyə  onu  bu  qədər 
findi-firuşqa  düzəldib  satırlar?  Üstəlik  onu  reklam  da  edirlər,  hə? 
(O, əlində olan gözəl siqaret qutusunu yuxarı qaldırır
Aydın  –  Ay  qardaş,  əvvəla  siqaret  maqnatları  öz  mallarını 
satmaq üçün onu belə gözəl hazırlayırlar. Bu, normal bir şeydi. O ki 
qaldı  reklama  –  onu  düz  demirsən.  Artıq  bütün  dünyada  siqaret 
reklamları  yığışdırılıb.  Xəbərin  var  ki,  Yaponiyada  siqaret  çəkəni 
işə  götürmürlər?  Papiros  çəkməyənə  əlavə  pul,  ya  məzuniyyət  ve-
rirlər, hə? 
Fətulla  (lağ  ilə)  –  Bayaq  radioda  həkim  deyir  ki,  siqareti  çox 
çəksən, guya iflic olarsan, harada belə şey olub? Əşi, deyir də… 


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə