Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə13/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   ...   9   10   11   12   13   14   15   16   ...   32

 
52 
bəlkə,  bizimkilərlə  danışasız?  Xahiş  edirəm,  doktor,  çox  xahiş 
edirəm. 
Vaqif  –  Nə  olar,  danışaram.  Amma  gərək  sən  də  sözüvün  üs-
tündə durasan, içməyəsən. 
Əbili  –  Yox,  yox,  içməyəcəm,  içənin  atasına  lənət!  Hələ  in-
diyəcən butulkaya qalib gələn olmayıb, butulka hamıya qalib gəlib! 
Mən bunu burda başa düşdüm. 
Vaqif  –  Sənə,  Əbili,  kompleks  müalicə,  plyus  alkoqola  qarşı 
iyrəndirici  terapiya  aparılıb.  Effekti  də  yaxşıdı.  Amma  son  sözü 
yenə  də  insan  özü  deyir,  çünki  insan  şüurlu  məxluqdu.  Bilirsən  də 
nə  deyirəm?  Ailə  və  qohumların  inamını  qazanmaq,  özüvü 
doğrultmaq üçün sənə hələ çox çalışmaq lazım gələcək. 
Əbili  –  Sizə  söz  verirəm,  çalışacam!  Allah  qoysa,  özüvüz 
görəcəksiz, doktor. 
Vaqif – Allah ağzından eşitsin, uşaqların yazıqdı. 
Əbili – Doktor, qoy bir söz də deyim, ürəyimdə qalmasın. Mən 
bura gələnəcən araq da içirdim, siqaret də çəkirdim. Sizin sayənizdə 
burada  arağı  da  yerə  qoymuşam,  siqareti  də!  Demək,  bura  mənim 
kimilər üçün əstəğfürullah, elə pirdi də? Elə deyil? 
Vaqif (gülə-gülə) – Yaman dedin, Əbili. Sağ ol! 
Həkimlər  və  tibb  bacısı  çıxırlar.  Səfərlə  Qara  əllərində  meyvə 
dolu zənbil və bir blok siqaret palataya daxil olurlar
Qara – Salam. 
Viloş – Əleykə salam. Mezinin yanına gəlibsiz? 
Səfər – Hə, Məzahirin. 
Viloş  –  Ona  iynə  vurdular,  yatdı,  indi  oyadaram:  Mezi,  Mezi, 
dur, dostların gəlib. 
Məzahir gözlərini açır. 
Qara – Ə, Məzahir, bu nə gün-dirilikdi? Necəsən? Gör, bir kim 
gəlib? 
Məzahirlə Səfər görüşürlər
Mezi – Səfər, sən hara, bura hara? Xoş gördük. 


 
53 
Səfər – Xoş günün olsun. Üç gündü ki, Bakıdan gəlmişəm. Dü-
nən  Məsmə  xala  ilə  görüşdüm.  Səndən  çox  giley  elədi.  Arvad 
yaman düşüb, fikir eləyir, hamısı da sənin üzündən. 
Mezi – Bilirəm, başa düşürəm. (Başını aşağı dikir) 
Səfər – Necədi vəziyyətin? 
Mezi  –  Vəziyyətim…  həkim  məni  yoxladı,  sabah  da  ana-
lizlərimi verəcəm. Nə bilim, Səfər, deyəsən, yaxşı deyiləm axı. 
Səfər  –  Məzahir,  məktəbdə  əlaçı  şagird  olubsan,  səni  məhlədə 
hamıya  nümunə  göstərirdilər.  Bəs,  necə  oldu  ki,  sən  narkoman 
oldun? 
Mezi  (köksünü  ötürür)  –  Heç  özüm  də  bilmirəm…  Univer-
sitetin üçüncü kursunda oxuyanda Qara ilə birlikdə bankdan kredit 
götürdük, başladıq işləməyə. Əlimiz də gətirirdi, ayağımız da, pula 
pul  demirdik…  Üç  il  bundan  qabaq  uşaqlarla  Söyüdlü  restoranda 
oturmuşduq,  yeyib-içirdik.  Dedilər:  «Gedək  saunaya».  O  vaxt 
Sulduz  təzə  bir  sauna  açmışdı.  Getdik  ora.  Bir  az  bilyard  oynadıq, 
saunaya girdik. Orada massajist qızlar var, onlarla məzələndik. Qız-
lar bizə pivə, araq gətirdilər. İçdim, gördüm ki, məni tutdu. Dedilər: 
«Bundan bir şey çıxmaz, gedək «sıxaq»
*
. Orada dalda bir otaq var, 
yığışdıq ora, dörd nəfər idik, «poker»
*
 oynadıq. Mənim əlim gətirdi, 
bunları  uddum.  Gördüm  ki,  onlar  bir-bir  keçirlər  o  biri  otağa. 
Qayıdanda da hamısı nəşəli, gülə-gülə gəlirlər. Soruşdum ki, «orada 
nə var ki, hamınız ora gedirsiz?» Dedilər: «Bilmək istəyirsənsə, özün 
buyur, bax». Mən o otağa girəndə gördüm ki, Cibiş əlində dolu şpris 
özünə iynə vurur. Dedim: «Bu nədi?» Dedi: «Heroin. İstəyirsən sən 
də vur, bunun “kayfı” bambaşqadı». Dedim: «Axı, mən iynə vura bil-
mirəm?»  Cibiş  dedi:  «Narahat  olma,  mən  vuraram».  Dediyim  kimi, 
həmin  vaxt  çox  kefli  idim.  Elə  kefli  başa  da  mənə  iynə  vurdular… 
On-on beş gündən sonra gördüm ki, daha heroinsiz qala bilmirəm… 
Qara  bilir,  mənim  o  vaxt  maddi  imkanım  çox  geniş  idi,  çünki 
gecə-gündüz işləyirdim, durmaq yox idi. Narkotikə düşəndən sonra, 
inanın,  elə  olub  ki,  Cibişə,  ya  Mazana  on-on  iki  min  dollar  verib 
göndərmişəm  «kristal  mal»  dalınca!  Sonra  heroin  məni  işdən-
gücdən  də  elədi.  Yavaş-yavaş  “iynəyə  oturdum”,  «mal»  olanda 


 
54 
günlərlə  evdən  eşiyə  çıxmırdım,  iynələnib  yatırdım.  Necə  deyərlər: 
«İçim,  uçum»  qaydası  ilə  yaşayırdım.  Gün  olub  beş-altı  dəfə,  gün 
olub  səkkiz-on  dəfə  iynə  vurmuşam...  İş  töküldü  qaldı,  şəriklərim 
məndən ayrıldılar. Bir gün gördüm ki, tək qalmışam! Axırda Qara da 
məndən uzaqlaşdı… 
Qara  –  Özün  günahkarsan!  Mən  sənə  neçə  dəfə  dedim, 
eşitmədin. 
Mezi  –  Mən  səni  qınamıram.  Sənin  yerivə  kim  olsa  idi,  elə 
edərdi. Günahların hamısı məndədi. Daha doğrusu, heroində… Hə, 
Səfər,  yavaş-yavaş  başladım  dükanları,  maşını,  Bakıdakı  evi 
satmağa…  Bir  müddətdən  sonra  onları  da  satıb  vurdum  damara! 
Axırda, düşdüm borca. Əvvəlcə, beş-altı adamdan borc istədim, ver-
dilər,  çünki  mənim  narkoman  olduğumu  hələ  bilmirdilər.  Biləndən 
sonra,  daha  heç  kim  mənə  borc  pul  vermədi.  Məcbur  oldum 
“ilişdim” evə. Evdə nə vardısa, hamısını satdım, ya da heroinə də-
yişdim. 
Səfər  –  Bilirəm.  Məsmə  xala  mənə  danışıb.  İndi  çox  adama 
borclusan… 
Mezi – Elə ona görə də, neçə dəfə istəmişəm özümü öldürəm… 
Anam, bir də Sevda olmasaydı, indi çoxdan… 
Səfər  –  Gic-gic  danışma,  ağlıvı  başıva  yığ!  Sənin  gözəl  ailən 
var, uşağın  var… Sən ölsən, onların taleyi  necə  olar? Bir düşün… 
Mən  Qara  ilə  söhbət  eləmişəm,  ikimiz  də  sənə  kömək  edəcəyik. 
Borcların  yarısını  mən,  yarısını  da  Qara  ödəyəcək.  Müalicədən 
sonra məsləhətləşib, sənə münasib iş də taparıq. 
Mezi  (sevincək)  –  Sağ  olun  e,  çox  sağ  olun!  Vallah,  qardaş 
qardaşa belə yaxşılıq eləməz. İkinizə də qurban olum! Allah qoysa, 
borcunuzdan çıxaram. 
Qara  – Məzahir,  yad adam  kimi  danışma, biz üçümüz də  dost 
olmuşuq,  çörək  kəsmişik!  Aslan  əminin  boynumuzda  haqqı-səyi 
çox  olub.  Pul  qazanmağın  yolunu  da  sən  mənə  öyrədibsən.  Mən 
sənin sayəndə bu mərtəbəyə çatmışam, bunu unutmuram. 
Mezi  –  Sağ ol,  Qara!  (Səfərə  müraciətlə) Bəs,  sən demədin  nə 
yaxşı gəlibsən? Xeyirdi? 


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə