Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   ...   7   8   9   10   11   12   13   14   ...   32

 
43 
 
 
 
 
 


 
44 
yaxşı  baxır,  hamıya  yanımlıdı.  İçməsə,  «quzu»du,  «mələsə  əti 
yeyilər».  Amma  elə  ki,  içdi…  üzünü  görmə!  Gərək  biz  evdən 
qaçaq! Evi vuracaq, dağıdacaq… Məndə ana qoymur, dədə qoymur, 
söyüb  yamanlayır.  Uşaqlar  da,  qonşular  da  beziblər  ondan.  Mən 
heç, ailəsiyəm, birtəhər dözürəm. Deyirəm:  «Bəs, uşaqların günahı 
nədi?» Sizdən də üzüqaralıq edirəm, üç uşağım var: ikisi qızdı, biri 
oğlan. Qızlarım yekəlib, bu gün-sabah ərə getməlidilər. Ay doktor, 
sən də mənim qardaşım, indi kim alkaşın qızını alar? Oğlum da təzə 
əsgərlikdən  gəlib.  Atasının  bu  əməllərinə  dözə  bilmir.  Deyir: 
«Mama, baş götürüb evdən gedəcəm!» İndi qalmışam yaman günə! 
Uşaqlar  da,  mən  də  əsəbi  olmuşuq.  Axı,  nə  qədər  yalvar-yapış 
etmək olar, nə qədər sıxılmaq olar, nə qədər ağlamaq olar? 
Vaqif – O çoxdan içir? 
Leyli – Biz iyirmi beş ildi ki, ailə qurmuşuq. Bu iyirmi beş ilin 
azı on beş ilini o hər gün içib, hər gün içib… Mən bəxtiqara bir ağ 
gün görməmişəm. Uşaqlarım qonşunun evində, ağac altında yatıblar 
– elə böyütmüşəm onları. Nə isə... Axır vaxtlar da, ay doktor, elə bil, 
onun başı xarab olub. Özü ilə danışır,  gah deyir:  «Qoymayın, məni 
güdürlər,  tutacaqlar»,  gah  məndən  şübhələnir,  gah  da  qonşulardan. 
Bir  də  görürsən  qaçıb  girdi  kravatın
*
  altına.  Deyirəm:  «Elə  niyə 
eləyirsən?». Deyir: «Qorxuram». 
İndi onün özünü də gətirmişəm, eşikdə gözləyir. Deyirəm: «Ya 
ölsün,  ölüsünü  aparım,  ya  dirisini».  Belə  yaşamaq  daha  mümkün 
deyil.  Özü  də  qoca  deyil  e,  cəmisi  qırx  doqquz  yaşı  var.  Amma 
görən elə bilər o, yetmiş yaşlı qocadı. Hələ mənimlə yanaşı gedəndə 
çox adam elə bilir ki, o mənim atamdı. 
Vaqif  –  Xanım,  Siz  xəstəni  aparın  qəbul  şöbəsinə.  Oradan  da 
stasionara  qoyarlar.  Görünür,  xəstə  ağır  xəstədi,  amma  biz  nə 
lazımsa edərik, narahat olmayın. 
Leyli – Sağ olun, doktor, Allah balanızı saxlasın. 
 
Gedir. 
Pərdə 


 
45 
 
BEŞİNCİ PƏRDƏ 
 
Hər şeyə çarədi – “qarə”,  
“Qarə”yə yoxdu çarə. 
Müəllif 
 
Xəstələr  üçün  palata.  Dörd  çarpayı,  tumba,  televizor  və 
maqnitofon  qoyulub.  Çarpayıların  ikisində  xəstə  var.  Onlar  həzin 
musiqiyə  qulaq  asırlar.  Üçüncü  xəstə  –  Mezini  tibb  bacısı  qoluna 
girib gətirir. Mezi özünü çarpayıya tullayır, ağrıdan qıvrılıb açılır, 
zarıldayır. Əlini gah başına, gah dizinə vurur, gah da saçını yolur. 
Birdən  yerindən  sıçrayaraq  tullanır,  ora-bura  qaçır,  nə  edəcəyini 
bilmir... Həkim palataya daxil olur. 
Mezi (təngnəfəs) – Ağrıdan ölürəm, doktor, tez olun, bir tramal
*
 
vurun, dözə bilmirəm! 
Vaqif  –  Günay,  Adilə  xanımdan  bir  ağrıkəsici  götür,  gəl, 
xəstəyə vur. Tez ol! 
Mezi  (çıgırır)  –  Sümüklərim  sınır!  Başım  çönür,  özümü 
doğramaq istəyirəm! 
Tibb  bacısı  çıxır  və  tezliklə  əlində  şpris  geri  qayıdır,  damara 
iynə vurmaq üçün onun venasını axtarır, tapa bilmir. Mezi ağrıdan 
yerində dura bilmir, çapalayır. 
Vaqif (ucadan) – Sakit ol, sakit ol! İmkan ver, iynəni vuraq. 
Həkim Mezinin qolundan tutur. Tibb bacısı onun yuxu venasına 
iynə vurur: xəstə sakitləşir. 
Günay  –  Doktor,  indi  bir  çətinliklə  damara  düşdüm,  sabah  nə 
edəcəyəm – bilmirəm. Damar yoxdu! 
Vaqif – Görürəm. Damar tonusdan düşüb, divarı qalınlaşıb, hər 
yeri göyərib, döyənəkdi. Gərək körpücükaltı venaya kateter qoyaq. 
Həkim cib telefonunu çıxarır və nömrə yığır. 
Alo,  Zakir  həkim,  salam,  necəsən?  Sağ  ol.  İndicə  heroin 
narkomaniyası  ilə  bir  ağır  xəstə  gətiriblər.  Onun  körpücükaltı 
venasına  kateter  qoymaq  lazımdı.  Nə  vaxt  bura  keçə  bilərsən? 
Yaxşı, onda gözləyirəm. Sağ ol. 


 
46 
Həkim  xəstənin  təzyiqini  ölçür,  nəbzini  tutur.  Ürəyinə  və 
ağciyərlərinə  qulaq  asır.  Qarnını  əllərilə  palpasiya  edir.  Axırda 
xəstənin dizlərinə və qollarına çəkiclə vurub reflekslərini yoxlayır. 
Mezi (qayğılı səslə) – Doktor, necədi vəziyyətim? 
Vaqif  (ağır-ağır)  –  Açığı,  vəziyyətin  yaxşı  deyil…  Səndə 
ekstrasistoliya  var,  əzizim,  nəbzin  isə  dəqiqədə  110  dəfə  vurur. 
Arterial təzyiqin 90/60 mm civə sütunudu. Qara ciyərin 8 sm böyü-
yüb, ağrılıdı – bu, yaxşı əlamət deyil. Reflekslərin də çox güclənib. 
Sabahkı  müayinələrdən  sonra  sənin  xəstəliyinin  ağırlıq  dərəcəsini 
daha dəqiq müəyyən edə biləcəyik. 
Viloş  (burnunda  danışır)  –  Doktor,  birdəfəlik  de  ki,  ona 
«kapremont»
*
 lazımdı da! 
Əbili  (özünəməxsus  ləhcə  ilə)  –  Deyir:  «Kor  kora  «kor» 
deməsə, bağrı çatlar!» 
Vaqif – Nə vaxtdan başlamısan? 
Mezi – Üç ildi. 
Vaqif – Gündə nə qədər heroin qəbul edirsən? 
Mezi  –  O  baxır  günə…  Gün  olub  bir  qram,  gün  olub  üç  qram 
heroin vurmuşam, gün də olub bir-iki «çet». 
Vaqif – Aha. Yuxun necədi? 
Mezi  –  Pis.  Gecələr  yata  bilmirəm.  Səhərə  yaxın  bir-iki  saat 
yatam, ya yatmayam. Yatanda da qarmaqarışıq yuxular görürəm. 
Vaqif – Əsəblərin necədi? 
Mezi – Onu demə, doktor, çox əsəbiyəm e, çox. 
Vaqif – Bəs cinsi fəaliyyətin? 
Məzahir başını aşağı salır, dinmir. 
Vaqif – Neçə yaşın var? 
Mezi – İyirmi beş. 
Vaqif  (zarafatyana)  –  O  barədə  rəqəmlərin  yeri,  deyəsən, 
dəyişik düşüb: halın əlli ikiyə uyğun gəlir… Yaxşı, gündə nə qədər 
siqaret çəkirsən? 
Mezi  –  Narkotikə  başlamamışdan  qabaq  bir  qutu  mənə  iki-üç 
gün  bəs  edirdi.  İndi  isə  gündə  üç-dörd  qutu  görmür.  «Mal» 
vurandan sonra adamın ürəyi elə siqaret istəyir ki! 


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə