Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

 
31 
Mezi – Əşi, yalan deyir. 
Sevda  –  Bayaq  düz  evə  gəlmişdi.  Ana  ilə  onu  birtəhər  yola 
saldıq  getdi.  İndi  sualıma  cavab  ver:  bu  işlər  nə  vaxta  qədər  belə 
davam edəcək? Öz əlinlə ailəvi dağıtmaq istəyirsən? 
Mezi  –  Bu  günlük  məni  ötüşdürün,  sabahdan  tüpürəcəm 
narkotikə də, iynəyə də! 
Sevda – Ay Allah, bu məni çərlədəcək… Necə də yalan danışır. 
Bax, sənə deyirəm, özün seç: ya ailə, ya iynə! 
Mezi  –  Sevda,  başa  düş,  indi  «lomka»dayam,  bütün  bədənim 
ağrıyır, dözə bilmirəm. Mənə bir az pul verin, gedim iki-üç  «kub» 
vurum, sakitləşim. Vallah, bu axırıncı dəfədi, bax, Fəridin ölmüşü! 
Sevda  –İnanmıram  sənə,  inanmıram!  Mən  deyirəm:  «Aydan 
aya»,  sən  deyirsən:  «Çaydan  çaya».  Məzahir,  görürəm  ki,  sənin 
fikrin  ancaq  narkotikin  yanındadı,  o  sənə  ailədən  də,  uşaqdan  da 
əziz  olub.  Ona  görə  də,  sənlə  mənimki  tutmaz!  İndiyəcən 
deməmişəm,  amma  indi  deyirəm:  “Səndən  mənə  ər,  Fəridə  ata 
çıxmayacaq!” 
Mezi – Qurban olum, Sevda, məni atıb getmə! 
Sevda  –  (çox  əsəbi)  Yox,  daha  dözə  bilmirəm!  Kondisioneri, 
soyuducunu,  televizoru  aparıb  satdın  –  dinmədim,  mənim  pal-
paltarımı,  qır-qızılımı  satdın  –  üstünü  vurmadım.  Bu  gün  xrustal 
vaza  yoxa  çıxıb,  sabah  da  yəqin  ki,  məni  satacaqsan!  Buna  kim 
dözər, kim? Səninki səndə, mənimki məndə. Xudahafiz! 
Sevda  uşağı  da  götürüb  ağlaya-ağlaya  gedir.  Mezi  pəncərə 
şüşəsini  sındırıb  venalarını  kəsir,  qan  axır.  Məsmə  xanım  çığırır, 
haray salır. Mezi qaçıb gedir. Səsə qonşu Nəcibə müəllimə gəlir. 
Nəcibə – Məsmə bacı, o nə səs idi elə? Yenə nə olub? 
Məsmə  (yorğun)  –  Nə  bilim,  ay  Nəcibə  müəllimə?  Yenə 
Məzahirin  dəliliyi  tutub,  venalarını  kəsir!  Gəlinlə  sözləşdilər,  o  da 
uşağı götürüb getdi dədəsi evinə. 
Nəcibə  –  Sevda  yaxşı  qızdı,  onda  bir  günah  görmürəm.  Onun 
yerinə  kim  olsaydı  elə  edərdi.  Bir  ildi  sizin  evdən  qeylü-qal 
kəsilmir. Çalışıb buna son qoymaq lazımdı! Ailəni dağıtmaq asan iş 
deyil. 


 
32 
Məsmə  –  Bə  mən  başıdaşlı  nə  edim?  Məzahirin  öhdəsindən 
necə gəlim? 
Nəcibə  –  Hər  şeyin  bir  yolu,  yolağası  olur.  Məsmə  bacı,  sən 
onu apar qoy Narkoloji  dispanserə, müalicə  elətdir,  yoxsa Məzahir 
arada qalıb məhv olacaq, hamıdan çox yanan da sən olacaqsan! Ona 
heyfim gəlir, cavandı, özü də pis uşaq deyil. 
Məsmə  –  Yəni  deyirsən  Məzahir  təzədən  adam  olub  adamlar 
cərgəsinə qoşulacaq? Gözüm elə qorxub ki, heç inanmağım gəlmir. 
Nəcibə – Niyə ki? Qasım müəllimin oğlu səninkindən betər idi. 
Aparıb müalicə elətdirdilər, indi, maşallah, gül kimidi! 
Bizim sinif müəllimələrindən birinin əri də narkoman idi. Yazıq 
üç ildi getmişdi, hələ də qız idi! (Qulağını çəkir) Onu da apardıdar 
xəstəxanaya, Vaqif həkimin yanına, müalicə olundu, indi, maşallah, 
özü uşaq  gözləyir,  əri də ta heroinə  baxmır, işləyir, çörək qazanır. 
Sən ümidivi itirmə, oğluvu apar qoy Narkoloji dispanserə. 
Məsmə  –  Ay  səni  xoş  xəbər  olasan,  Nəcibə  müəllimə!  Əgər 
Məzahir müalicə olunub düzəlsə, ömür boyu sənə minnətdar ollam! 
Nəcibə  –  Məsmə  bacı,  mən  sənin  yerivə  olsam,  əvvəlcə  bir 
Qasım müəllimin arvadı Səmayə xanımla söhbət edərəm. 
Məsmə  –  Çox  düz  deyirsən,  Nəcibə  müəllimə.  Onda  qoy, 
Səmayə bacı ilə bir “ağız-ağıza dəyim”, sonra. Görüm, o nə məslə-
hət görür? 
Nəcibə – Neynək, «məsləhətli don gen olar». 
Məsmə  –  Ay  Nəcibə  müəllimə,  Məzahir  bizi  hamının  yanında 
gözükölgəli  eləyib,  borcluların  əlindən  heç  bilmirəm  hara  baş 
götürüb  qaçam.  O  qədər  borc  yığışıb  ki!  İndi  “itə  də  bir  əppək 
borcumuz  var”.  Bu  dörd  divardan  başqa  heç  nəyimiz  qalmayıb, 
məcbur  bu  evi  satmalıyam,  başqa  çarəm  yoxdu.  İstəyirəm  bu  evi 
satıb  borcları  qaytarım,  sonra  da  şəhərin  kənarında  bir  xosək
*
 
alım… Nə deyirsən? 
Nəcibə  –  Sən  nə  danışırsan  ay  Məsmə  bacı?  Heç  belə  evi  də 
satmaq olar? Bu ev axı, Aslan müəllimdən yadigardı. 
Məsmə (acizanə) – Çarəsizəm, ay Nəcibə müəllimə, çarəsizəm! 
Vallah,  başqa  bir  çıxış  yolu  tapa  bilmirəm.  Nə  edim?  (Pauza)  Elə 


 
33 
dərddi ki, çəkirəm, bu dərdi dağa  yükləsən, dağ da dözməz ki mən 
dözürəm. Axırıncı dəfə nə vaxt gülmüşəm – yadımdan çıxıb. Deyir: 
“Danışmaqdan dilim quruyub, ağlamaqdan gözüm”. 
Nəcibə  –  Bədsuyum  olma,  bircə  sən  deyilsən  ki,  bu  dərdi 
çəkən…  Sən  Allahdan  səbr  dilə.  Özü  də  dur  ayağa,  get  Səmayə 
xanımgilə, “günü günə satma”. 
Gedirlər. 
Pərdə. 
 
 


 
34 
 
Pərdə 
 
DÖRDÜNCÜ PƏRDƏ 
 
Xaş-xaşın “göz yaşını” bir dəfə dadan
Öz göz yaşını ömür boyu dadar. 
Deyim 
 
Həkim  kabineti.  Kabinetdə  divan,  kreslo,  kitab  şkafı,  kuşetka, 
seyf, televizor, böyük yazı masası və s. qoyulub.  Həkim ağ xalatda 
yazı  masası  arxasında  oturub  nə  isə  yazır.  Qapı  açılır,  Məsmə 
xanım daxil olur. Həkim ayağa qalxıb ona kresloda yer göstərir. O 
oturur. 
Məsmə – Salam, həkim. 
Vaqif – Əleykə salam. Xeyir ola, xala, nə yaxşı? 
Məsmə – Heç soruşma, xalan sənə qurban! Bir oda düşmüşəm, 
“götürürəm əlim yanır, qoyuram yer”. Nə ölən kimi ölə bilirəm, nə 
qalan  kimi  qala.  Allah  baiskarın  evini  yıxsın,  yıxdı  mənim  evimi! 
Xəcalətdən  xeyrə,  şərə  də  gedə  bilmirəm.  (Pauza.)  Oğlumun  gül 
kimi  arvadı,  ay  parçası  kimi  uşağı...  İndi  nə  evə  baxır,  nə  eşiyə 
baxır. Bilmir ki, ailəsi hardadı, uşağı harda? Yanıram, külüm çıxır! 
Dərdim  çoxdu,  həkim,  açıb-bükə  bilmirəm,  dost  var,  düşmən  var. 
“Allah  heç  kimi  övladla  imtahana  çəkməsin”,  çətindi,  çəkmək 
olmur! 
O gün tutmuşdular, Allah heç kimə göstərməsin! Bir müsibətlə 
onu qurtardıq, ta soruşma – dərimizi soydular e, dərimizi... 
Beş-altı gün ara verdi, indi yenə başlayıb... İndi bilmirəm ki, nə 
edim? Lap başımı itirmişəm! (Doluxsunur) 
Vaqif – Mən belə başa düşdüm ki, oğlunuz narkotik qəbul edir? 
Məsmə  –  Hə,  hə,  balamı  salıblar  narkotikə,  həkim.  Heroindi, 
nədi,  ona  düşüb...  Qonşumuzun  oğlu  da  heroinə  qurşanmışdı.  Onu 
keçən il Siz qurtarıbsız. İndi, maşallah, düzəlib. 
Vaqif – Kimdi qonşunuz? 
Məsmə – Pərviz, Qasım müəllimin oğlu. 


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə