Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

 
39 
 
 
 


 
40 
–  Narkomanlar  arasında  QİÇS  (SPİD)  və  zöhrəvi  xəstəliklər 
geniş  yayılıb  ki,  onlardan  birincisi  sağalmaz,  ikincisi  isə  ağır  xəs-
təlik sayılır. 
Bir  sözlə,  sanki  narkomanların  boynundan  xəstəliklərdən 
“hörülmüş” qorxunc bir “çələng” asılmış olur. 
Səməd Kərimbəyli – Bəs sosial problem? 
Vaqif  –  Narkotik  maddələr  təkcə  insan  orqanizmində  pato-
logiyalar  əmələ  gətirmir, o, sosial  həyatda da pozğunluqlar törədir. 
Harada  narkotik  varsa,  orada  müflisləşmə,  müxtəlif  cinayətlər, 
boşanma, pozğun həyat, yol-qəza və bədbəxt hadisələr, yanğın, ağır 
xəstəliklər, cavan yaşda ölüm, qüsurlu doğulmuş uşaq və s. var. 
Onlar işləmir, avara gəzir və tüfeyli həyat sürürlər. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  narkomanın  acı  taleyi  və 
dözülməz  əməllərinə  biganə  qala  bilməyən  yaxınları  ya  ağır 
xəstəliklərə (iflic, infarkt, xərçəng, diabet və s.) tutulur, ölür, bəzən 
də özlərini öldürürlər. Heroin – ailəvi qırğın silahına çevrilir. 
Hərtərəfli  maddi  və  mənəvi  düşkünlük  (depressiya)  vəziy-
yətində  olan və  acınacaqlı həyatından bezən bədbəxt  narkoman isə 
çox vaxt “peredoza”
*
 yolu ilə intihara üstünlük verir. 
Narkotik  maddə  qəbulu  çoxlu  pul  tələb  edir.  Daim  artan  bu 
tələbatı  ödəmək  üçün  narkoman  pula  çevrilə  bilən  nə  varsa  (ev, 
maşın, dükan, daş-qaş və s.), hamısını, hamısını satır və həmin pulu 
narkotik  maddəyə  sərf  edir.  Nəticədə,  narkotik  maddə  qəbulundan 
əvvəl  zəngin  olan  bir  adam  sonda  var-yoxdan  çıxır,  müflisləşir  və 
borca düşür. 
Səməd  Kərimbəyli  –  Narkomaniya  kriminal  aləmə  necə  təsir 
edir? 
Vaqif  –  Narkomanın  beynində  daim  bu  fikirlər  dominantlıq 
edir: “Pul tapım, “mal” tapım, “mal” bişirim, “mal” vurum”. Onun 
qəlbi, canı  və cibi  bu fikirlərə  tabe olub,  onların  diqtəsi  ilə hərəkət 
edir. Belə adamlar cinayət etməyə çox meyilli olurlar. Ona görə də, 
ölkədə törədilən cinayətlərin (oğurluq, xuliqanlıq, dələduzluq, qətl, 
yol-qəza  və  s.)  xeyli  hissəsi  narkotik  qəbulu  zəminində  baş  verir. 
Özü də bu pay getdikcə artmaqdadır... 
Səməd  Kərimbəyli  –  Narkomanlarda  şəxsiyyət  və  əxlaq  necə 


 
41 
dəyişir? 
Vaqif  – Narkotik maddə qəbulu onların əxlaqını pozur, şəxsiy-
yətlərini alçaldır; tədricən yaxşılıq pisliklə, xeyirxahlıq bədxahlıqla, 
sədaqət  satqınlıqla,  əməksevərlik  avaraçılıqla,  dürüstlük  nadürüst-
lüklə, dostluq hissi xainliklə, bir sözlə, insana xas olan bütün əxlaqi 
gözəlliklər vəhşi  bir  çirkinliklə əvəz olunur.  Belə adamlar ailədən, 
qohum-qardaş  və  dostlardan soyuyur, onlardan  yan gəzir,  əvəzində 
özləri kimi namussuz və şəxsiyyətsiz məxluqlarla yoldaşlıq edirlər. 
Narkotik olan yerdə böyük-kiçik olmaz, xətir-hörmət qalmaz. 
Səməd  Kərimbəyli  –  Hansi  zahiri  və  davranış  dəyişikliyi 
narkotik maddə qəbulundan şübhələnməyə əsas verir? 
Vaqif  –  Narkomanlar  üzü  tüklü  və  səliqəsiz  gəzir,  gözləri 
sulanır  və  göz  qapaqları  şişib  qızarır,  tez-tez  qaşınır,  üşüyür,  çox 
tərləyir,  tərdən  daim  spesifik  iy  gəlir,  asqırır,  burunlarından  selik 
axır və s. Onlar arıqlayır və qaralırlar. Narkomanların səsi kobud və 
xırıltılı olur. Onlar sudan qorxub, yuyunmaq istəmir (?), tualetə tez-
tez gedib orada çox qalır, şübhəli adamlarla oturub-durur, müxtəlif 
bəhanələrlə evdən pul tələb edir, yalan danışır, oğurluq və s. edirlər. 
Narkotik  maddə  qəbul  edənlər  iştahadan  düşür,  yuxuları  pozulur, 
əhval-ruhiyyələri  dəyişkən,  özləri  isə  çox  əsəbi  olurlar.  Narkotik 
maddələr siqaretə olan “yanğını” artırdığı üçün çoxlu siqaret çəkmə 
də, onların çöməltmə oturmaları da şübhəli əlamət sayıla bilər. Əgər 
onlardan şpris, qara qaşıq, ya narkotik maddə tapsanız, yaxud iynə 
yerləri aşkar etsəniz, mütləq həkim-narkoloqa müraciət edin. 
Səməd  Kərimbəyli  –  Davranışı  belə  şübhə  doğuran  şəxsin 
narkotik  maddə  qəbul  edib-etməməsini  necə  və  harada  dəqiq 
yoxlamaq olar? 
Vaqif  –  Bunun  üçün  həmin  şəxsi  mütləq  həkim-narkoloqun 
yanına  aparmaq  və  onun  bioloji  mayesini  (sidik)  ekspress-test 
metodu  ilə  müayinə  etdirmək  lazımdır.  Həkim-narkoloq  bü  üsulla 
onun son beş gündə hansı narkotik maddə (heroin, nəşə, kokain və 
s.) qəbulu faktını dəqiqliklə təyin edə bilər. 
Səməd  Kərimbəyli  –  Maraqlı  və  dolğun  müsahibə  üçün  sağ 
olun! 
Müxbir  diktofonu  söndürür  və  onu  əl  çantasına  qoyur.  Həkim 


 
42 
selektorun  düyməsini  basır  və  ora:  “Aida  xanım,  bizə  çay  verə 
bilərsən?”  –  deyir.  Tezliklə  qapı  açılır,  katibə  əlində  məcmeyi 
kabinetə daxil olur. O, iki stəkan çayı, limonu, konfet və qənd qabını 
müxbirlə həkimin qarşısına düzüb çıxır. Həkimlə müxbir çay içə-içə 
söhbət edirlər. 
Səməd  Kərimbəyli  –  Vaqif  həkim,  Sizdən  bir  ricam  olacaq. 
Mənim işdə bir dostum var, çox qabiliyyətli və savadlı adamdı. Bu 
yaxınlarda  öyrənib  ki,  oğlu  narkomandı.  Özü  də  oğlunu  üç  aydı 
nişanlayıb. Deyir: “Gecələr yerimə elə bil qor dolur, yata bilmirəm. 
Əgər qız tərəfi bilsə, nişanı qaytaracaq, biabırçılıq olacaq!” Özünüz 
bilirsiz ki, bizdə narkomana necə baxırlar? Biləndə ki, bura gəlirəm 
məni  qırağa  çəkib  yalvardı  ki,  “sən  Allah,  həkimə  de,  bir  əlac 
eləsin!”  Yazıq  elə  bir  günə  düşmüşdü  ki,  mən  onu  bu  on  ildə  heç 
vaxt  o  vəziyyətdə  görməmişdim.  Ona  yazığım  gəldı.  Görünür,  bu 
ağır dərddi... 
Vaqif  – Özü də çox ağır bir dərd... Evində narkoman olmayan 
onun  nə  demək  olduğunu  bilə  bilməz!  Oğlu  narkoman  olan  elə 
valideyn  tanıyıram  ki,  övladına  Allahdan  bircə  ölüm  arzulayır!  Nə 
isə...  Səməd  müəllim,  Siz  dostunuza  deyin  ki,  oğlunu  mütləq 
müalicə etdirsin, mütləq! Özü də həkim-narkoloqun rəhbərliyi ilə. 
Həkim masanın üstündən vizit kartını götürüb müxbirə verir. 
Vaqif – Artıq Sizdə mənim iş və mobil telefonlarımın nömrələri 
var.  Qoy,  dostunuz  mənə  zəng  etsin,  danışaq.  Əgər  oğlan  özü 
tərgitmək istəməsə, onu məcbur etməklə bir şeyə nail olmaq müm-
kün  olmayacaq.  Mən  istəyirəm  ki,  dostunuz  bunu  qabaqcadan  bil-
sin, yaxşı? 
Səməd  Kərimbəyli  –  Aydındır.  Sizin  sözlərinizi  və  telefon 
nömrənizi  dostuma  çatdıraram.  Dolğun  müsahibə  və  çay  üçün  sağ 
olun! 
Həkim müxbirlə görüşüb onu qapıya qədər yola salır. Kabinetə 
bir qadın daxil olur. 
Leyli – Salam, həkim, mən yoldaşımdan ötrü gəlmişəm. 
Vaqif – Salam. Sizin problem nədir? 
Leyli – Mənimki içir.., gecə demir, gündüz demir, içir. Özü də 
sənətkardı, əlləri «qızıldı». İçməyəndə adamdı, ailəsinə, uşağına  


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə