Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

 
35 
 
 


 
36 
Vaqif  – Hə, tanıyıram. Düzdü, onu mən müalicə etmişəm. İndi 
necədi? 
Məsmə – Yaxşıdı, heç kimə qoşulmur, işləyir, ailəsini saxlayır. 
Anası bilsəz Sizə nə qədər dua edir? Elə bura gəlməyi də o məsləhət 
gördü. Məni  çevir balalarıvın  başına. Məzahiri də Pərviz kimi  elə, 
ver əlimə. 
Vaqif  –  Xala,  danışın  görüm,  oğlunuz  nə  vaxtdan  narkotikə 
başlayıb? Burnuna çəkir, yoxsa iynə vurur? 
Məsmə  –  İynə  vurur,  başıva  dönüm,  iynə.  Allah  o  iynə 
çıxardanın evini yıxsın! Gündə dörd-beş dəfə vurmasa, deyir: “Ana, 
bağrım çatlayar”. Tutulandan sonra çox danladım, deyir: “Ana, bez-
mişəm,  az  qalıram  özümü  öldürəm!”  Deyir:  “Mənə  kömək  elə,  bir 
qələtdi  eləmişəm.  Çıxandan  sonra  bir  daha  eləməyəcəm”.  Mən  də 
anayam,  nə  edim?  Deyirəm:  “Cavandı,  birdən  özünə  qəsd  edər, 
qalaram  yaman  günə”.  Ondan  sonra  onun  uşağına,  ailəsinə  kim 
baxacaq?  Onsuz  da  ailədə  başıpapaqlımız  bircə  elə  Məzahirdi... 
(Pauza)  Həkim,  Məzahir  bizi  quru  yurdda  qoyub.  Bizim  topda-
ğıtmaz  evimiz  var  idi.  Evdə  nə  vardısa,  Məzahir  hamısını  daşıyıb 
dəyər-dəyməzinə  verib  narkotikə.  Ta  satılası  bir  şeyimiz  də 
qalmayıb! (Pauza) Ətraf dükanların hamısına borcluyuq. Gündə bir 
adam borca gəlir. Evdə otura da bilmirəm! 
Mənim  yoldaşım  həmişə  karlı  yelərdə  işləyib.  On  il  raykomun 
birinci  katibi  olub,  son  vaxtlar  da  tikinti  idarəsində  rəis  idi.  Bəlkə 
tanıyasız:  Aslan  Süleymanov.  Allahdan  gizli  deyil,  Sizdən  nə 
gizlədim,  atası  onun  belə-belə  əməllərinə  dözə  bilmədi,  ürəyi 
partladı, öldü... (Ağlayır) Ürək buna necə dözsün? 
Vaqif  –  Aslan  müəllimi  tanıyırdım.  Allah  ona  rəhmət  eləsin, 
yaxşı  kişı  idi.  Hmm...  Demək,  bu  onun  oğludu?  Yaxşı,  xala,  bəs 
oğlunuz indi haradadı? 
Məsmə  (ağlaya-ağlaya,  ucadan)  –  Heç  bilirəm  hansı 
cəhənnəmdədi? Yenə qoşulub üzünü mürdəşir yumuş Cibişə, görən, 
hara  baş  alıb  gedib?  Üç-dörd  gündü  evə-eşiyə  də  gəlmir,  harada 
yatır, harada durur, anası ölmüş, nə yeyir, nə içir – bilmirəm. Elə də 
arıqlayıb ki... Bir dəri, bir sümükdü. Belə getsə, öləcək... (Gözünün 


 
37 
yaşını  silir)  Məzahir  qabaqlar  bir  gözəl,  bir  gözəl  oğlan  idi:  hamı 
onun ağlını, qanacağını, qabiliyyətini deyirdi. Elə də əliaçıq idi ki! 
Yetənə əl tuturdu, kömək edirdi... 
Qonşuluqda Abdulla adında bir oğlan var, hamı ona Qara deyir, 
Məzahirlə uşaqlıqdan dost olublar. Beş-altı il bundan qabaq onunla 
iş  qurdu,  pul  qazandı,  maşın  aldı,  özünə  Bakıda  ev  aldı.  Bu 
zəhrimara  düşəndən  sonra  ev  də  getdi,  maşın  da,  iş  də!  Bütün 
dostları da, Qara da başından dağıldılar. Qara deyir: “Məsmə xala, 
narkomana  etibar  olmaz,  kim  onunla  işləyər  ki?  Narkotiklə 
qurtarsın,  xətri  nə  istəyir  eləyim  onunçün”  (Uzun  pauza).  Həkim, 
indi  Qara  dönüb  olub  Abdulla  müəllim.  O,  özünə  ikimərtəbəli  bir 
imarət  saldırıb ki, iki  göz istəyir tamaşa  eləyə!  Onun anasına Qara 
Fatma deyərdilər, onun-bunun işini görərdi, xalça-palazını  yuyardı. 
“Ağ  gün  adamı  ağardar,  qara  gün  qaraldar”,  –  deyiblər.  İndi  o 
Fatma bir ağ ət gətirib ki, görən onu tanımır. Yaslara da gündə bir 
təzə paltar geyib gələr. Qara anasını elə saxlayır, amma mənimki?.. 
“Kiminin əvvəli, kiminin axırı”. Ehh... Bə, mən indi nə edim? Mənə 
bir məsləhət verin, həkim. 
Vaqif  –  Məsmə  xala,  Məzahiri  təcili  buraya  gətirmək  lazımdı. 
Onu tez tapın, xəstəxanaya gətirin, yoxsa gec olacaq! 
Məsmə – Düzdü, doktor. Gedim qardaşım oğluna yalvarım, onu 
axtarıb  tapsın,  bir  al-dillə  bura  gətirsin.  Görəsən,  o  hara  baş  alıb 
gedib?  Siz  Allah,  məni  bağışlayın.  Məsmə  xalan  dərdlidi,  “dərdli 
söyləgən olar”. 
Gedir. Əlində balaca dəri çanta olan gözlüklü bir kişi kabinetə 
daxil olur. 
Müxbir (tez-tez danışır) – Salam, gəlmək olar? 
Vaqif – Salam, olar. 
Müxbir  –  Mən  radiodan  gəlmişəm,  müxbirəm.  Tanış  olaq: 
Səməd Kərimbəyli. 
Müxbir həkimə yaxınlaşır, onlar görüşürlər. 
Vaqif – Xoş gəlibsiz, əyləşin. 
Səməd  Kərimbəyli  –  Sizdən  narkomaniya  mövzusunda  müsa-
hibə götürmək istəyirəm. Vaxtınız var? 


 
38 
Vaqif (gülümsəyir) – Taparıq. Sizi konkret nə maraqlandırır? 
Səməd  Kərimbəyli – Mən narkomaniya ilə bağlı bir neçə sual 
hazırlamışam.  Sizin  icazənizlə  cavabınızı  diktofona  yazmaq 
istəyirəm. Olar? 
Müxbir diktofonu masanın üstünə qoyur. Həkim danışmaq üçün 
hazırlaşır:  boğazını  arıtlayır,  kresloda  dikəlib  oturur,  qalstukunu 
düzəldir. 
Vaqif – Olar, mən hazır. 
Səməd  Kərimbəyli  –  Hörmətli  dinləyicilər,  mən  Narkoloji 
dispanserdəyəm.  İndi  dispanserin  baş  həkimi  Vaqif  Əlixanlı  ilə 
söhbət  edirik.  (Həkimə  müraciətlə)  Narkomaniya  tibbi  və  sosial 
problemdir. Tibbi problem nədir? 
Vaqif  –  Narkotik  maddələr  ürəyin  yığılma  qabiliyyəti  olan 
liflərini  məhv  edir,  damarları  daraldır,  qanı  laxtalandırır.  Axırda 
qanın hərəkəti ləngiyir, toxumalarda oksidləşmə-bərpa prosesi pozu-
lur; 
–  Qaraciyərdə  narkotikin  zərərli  təsiri  nəticəsində  əvvəlcə 
hepatit,  sonra  isə  sirroz  inkişaf  edir.  Qeyd  etmək  lazımdır  ki, 
narkomanlar  arasında  qaraciyərin  C  virus  hepatiti  geniş  yayılıb  ki, 
bu xəstəlik də müalicəyə çox çətin tabe olur
–  Böyrəklərin  fəaliyyəti  qənaətbəxş  olmur.  Cinsi  sfera  elə 
zədələnir  ki,  narkomanlar  arasında  impotensiya  bir  problem  kimi 
durur; 
– Narkotikin zərərli təsirindən immun sistemi zəifləyir, nəticə-
də,  infeksion  xəstəliklərə  tutulma  asanlaşır  və  ağciyərlərdə  vərəm 
baş qaldırır; 
–  Həzm  və  endokrin  sistemin  işi  pozulur.  Bu  pozğunluqlar  öz 
növbəsində digər sistemlərə də mənfi təsir edir
–  Qəbul  edilən  hər  bir  porsiya  narkotik,  ya  alkoqol  azı  1000-
2000  beyin  hüceyrəsini  məhv  edir.  Narkotik  maddələr  beyini  necə 
deyərlər “qurutduğu” üçün kəskin nevrasteniya, depressiya və psixi 
xəstəliklərə çox rast gəlinir; 


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə