Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   2   3   4   5   6   7   8   9   10   ...   32

 
27 
gündə  on  yol  ölürəm,  dirilirəm,  ölürəm,  dirilirəm.  Sən  də  məndən 
betər. (İkisi də ağlayır) 
Sevda  – Ana, bir az özüvü ələ al, birdən Allah eləməmiş, yenə 
şəkərin qalxıb-eləyər! 
Məsmə  –  Ta  “qarınınkı  Qurandan  keçib”,  qızım.  Allahdan  ya 
özümə, ya da Məzahirə ölüm istəyirəm, daha tabım qalmayıb! (İkisi 
də ağlayır) 
Məsmə  (yavaş  və  ehtiyatla)  –  Sevda,  qızım,  mən  anayam,  hər 
şeyi  görürəm,  bilirəm.  Mənə  açıq  de,  sənin  Məzahirə  qarşı  bir... 
istəyin-zadın qalıb? 
Sevda  –  Yox.  Yalan  niyə  deyim?  Ona  olan  əvvəlki  hisslərim 
çoxdan ölüb. O öldürüb! Məzahir yalan danışanda, evdən oğurluq-
zad  eləyəndə,  ya  məni  döyəndə  elə  gözümdən  düşür  ki!  Onda  ona 
nifrət edirəm, görmək belə istəmirəm. O hər gün mənim əsəblərimlə 
oynayır, ona görə də, isterik olub getmişəm. Evə nə qədər “skorı”
*
 
gələr? Mən daha dözə bilmirəm, bezmişəm. Hələ mən heç! Barı evə 
baxsın, uşağa baxsın. Bu bir ildə nə evə Allahın bir çörəyini alıb, nə 
də Fəridə bir cüt corab. Elə deyil? Bəlkə, yalan deyirəm? Mən onu 
bağışlaya  bilmirəm.  O,  mənim  bütün  ömrümü  zəhərləyib.  Vallah, 
neçə dəfə istəmişəm özümü öldürəm, Fərid qabağımı kəsib... Əgər 
Fərid olmasaydı, yəqin ki, çoxdan özümü toka verib öldürmüşdüm. 
Məsmə  –  Amandı,  qızım,  elə  demə!  Qulaqlar  kar  olsun, 
eşitməsin.  Sən  niyə  ölürsən,  sən  cavansan,  mən  ölməliyəm,  mən! 
Amma... indi bədbəxtlikdən heç birimiz ölə bilmərik, çünki bizə bir 
şey  olsa  onda  Məzahir  də,  Fərid  də  ortalıqda  qalıb  məhv  olar! 
Fikirləşib  bu  işə  bir  əncam  çəkmək  lazımdı,  qızım.  Fəqət...  necə? 
Heç özüm də bilmirəm. 
Sevda  – Mən Məzahirə neçə dəfə dedim, yalvardım, neçə dəfə 
ağladım, özümü öldürdüm – eşitmədi. Yenə elə öz işindədi... Ondan 
sonra  çox  düşündüm,  çox  götür-qoy  elədim.  Axırda  bu  qərara 
gəlmişəm ki, mən... mən uşağı da götürüb gedəm... Çünki bu yazıq 
uşaq belə atadan nə götürəcək, nə öyrənəcək? Heç olmasa, oğlumu 
xilas edərəm... 


 
28 
 
 
 


 
29 
Məsmə  –  Sən  bir  az  səbrli  ol,  qızım,  “Allah  da  səbrlinin 
tərəfindədi”.  Mən  də  bilirəm  ki,  «bıçaq  ta  sümüyə  dayanıb».  Sən: 
“Lənət Şeytana”, – de. Mən istəmirəm ki, sizin ailəniz dağılsın... 
Sevda  –  Nə  ailə?  Belə  də  ailə  olar?  O  ailə  çoxdan  yoxdu… 
Sizdən  də  üzüqaralıq  edirəm,  biz  bir  ildi  ki,  ailə  həyatı  yaşamırıq, 
bacı-qardaş kimiyik! 
Məsmə (əllərini göyə açır) – Ay Allah, sən saxla, bu cavanlara 
yazığın  gəlsin!  Bizə  kömək  elə,  ya  Rəbbim!  Bu  zəhrimar  nə  bəla 
şeydi  belə?!  Mən  belə  şey  görməmişəm,  deyir:  «Evdə  bişməyib, 
qonşudan gəlməyib». Allah heç kimə göstərməsin! (Pauza), Sevda, 
axı siz bir-birinizi çox istəyirdiz. İndi niyə belə oldu? 
Sevda – Düzdü, mən onu – nə gizlədim – çox istəyirdim, çünki o 
mərifətli, qanacaqlı oğlan idi. Mən Məzahirə görə nələrdən keçdim – 
bunu  Siz  özünüz  də  bilirsiz.  Amma...  o  indi  çox  dəyişib,  əvvəlki 
Məzahir deyil. 
...Orası  da var ki,  Məzahir indi xəstədi,  özü də ağır xəstə, ona 
xəstə  kimi  baxmaq  lazımdı.  (Pauza)  ...Onun  o  ağrılarını,  o 
əzablarını  görəndə  bir  insan  kimi  yazığım  gəlir,  kömək  etmək 
istəyirəm ona. Amma necə kömək edim, bilmirəm. (Pauza) Məzahi-
rin  yoldaşlarından biri o gün elə  yanındaca ölüb, o biri isə tutulub 
gedib.  Ondan  sonra  yaman  qorxuya  düşüb.  Ona  görə  də,  indi  özü 
müalicə olunmaq istəyir. Dünən deyirdi ki, “pis gündəyəm, Sevda, 
əgər müalicə olunmasam,  ya öləcəm,  ya da tutulacam”.  Bəlkə onu 
müalicə etdirək, hə? 
Məsmə  –  Düz  deyirsən,  qızım.  Qoy,  Məzahir  gəlsin,  oturub 
onunla bir əməlli-başlı danışaq. Görək onun buna sözü nədi? 
Məzahir daxil olur. 
Mezi – Ana, “lomka”dayam, ölürəm, mənə tez pul ver, gedim. 
Məsmə  –  Ay  bala,  mən  pulu  haradan  alım?  Evdə  gün-dirilik 
qoyubsan ki, pul da istəyəsən? Utanıb qızarmırsan? Heç düşünürsən 
ki, iki arvad bir uşaqla bu evə qapanıb nə yeyir, nə içir, nə ilə dola-
nırlar? Evə qazanc gətirmirsən, gətirmirsən, barı heç olmasa, evdən 
də daşıyıb aparma... Günlərlə evə, eşiyə gəlmirsən, anan cəhənnəm, 
heç  olmasa  bir  uşaqla,  gəlinlə  maraqlan!  Axı,  Sevda  cavandı,  ye-


 
30 
mək,  geymək,  başqaları  kimi  gəzmək  istəyir,  sənsə...  Vallah,  gün-
lərin  bır  günü  mən  də  çərləyib  öləcəm,  onda  rahatlanacsan.  Atan 
öldü, ürəyin soyumadı, indi də məni öldürmək istəyirsən? 
Mezi  –  Ana,  vallah,  ağrıyıram,  özümlə  bacara  bilmirəm,  nə 
edim? Mən bu bəlaya düşəndən bəri nələr çəkmişəm – onu bir Allah 
bilir!  Kimlərin  ayağına  getməmişəm?  Elə  adamların  ki,  əvvəllər 
mən onları  heç adam  da saymırdım! Ana,  elə  bilirsən iynə  vurmaq 
xoşuma  gəlir?  İndi  bunun  bir  «kayfı»
*
  da  qalmayıb,  “ağrıya  vuru-
ram”.  Yəni  vururam  ki,  ağrım  olmasın,  mən  də  adam  balası  kimi 
özümü bir az normal hiss edim. İndi bütün bədənim dəlik-deşikdi. 
Onu  da  bilirəm  ki,  heç  kimin  yanında  bir  itcə  hörmətim 
qalmayıb…  Yadıma  keçən  illər  düşəndə  az  qalıram  dəli  olam! 
Amma,  vallah,  bir  çıxış  yolu  tapa  bilmirəm…  Adam  deyir:  «Bunu 
da vurum, bir də vurmayacam». Elə bil, beynimdə bir «qurd» var. O 
«qurd»  tərpənəndə  məni  çox  narahat  eləyir.  Elə  heey  o  «qurdu» 
öldürmək  istəyirəm.  Ona  görə  də,  bir  də  görürsən,  yenə  heroin 
axtarırsan,  yenə  gedibsən  bariqanın
*
  xarabasına,  elə  bil,  ayaqları 
adamı sürüyüb aparır ora… Bunu izah edə bilmirəm e, bu bir qəribə 
hissdi, özüm də baş aça bilmirəm, vallah... Ana, məni başa düş, bu 
dəfə  də  məni  ötüşdür  –  bu  axırıncı  dəfədi,  qoy  gedib  «qurdumu» 
öldürüm, bir də səndən pul istəməyəcəm. 
Sevda  –  Ana,  ona  heç  nə  vermə.  Gedib  yenə  iynə  vuracaq! 
(Meziyə tərəf dönür). Bu nə vaxta qədər belə davam edəcək, hə? Bu 
ailə deyil, ev deyil, evcikdi. Dünən biri zəng edib ki, «Mezi məndən 
150  dollar  borc  alıb,  yeddi  aydı  vermir».  O,  axırda  heç  bilirsən, 
mənə nə təklif etdi? 
Mezi  (laqeyd)  –  Qələt  eləyir.  Mən  heç  kimdən  150  dollar 
almamışam. 
Sevda  –  Yalan  deyirsən!  Sənin  bu  yalanların  bizi  lap  cana 
doyurub.  Bəs,  Şulan  əmiyə  nə  deyirsən?  O  da  yalan  deyir?  100 
dollar  da  onun  dükanından  alıbsan  ki,  «uşağı  həkimə  aparıram,  üç 
günə qaytarıram». Üç gün olub üç ay, onun pulunu qaytarmayıbsan. 
O  da  deyir:  «Kasıb  adamam,  pul  mənim  deyil,  dükanındı,  verin, 
aparım qoyum yerinə». 


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə