Асиф Ъялил оьлу Кянэярли (Мяммядли) 1954-ъц илдя Нахчыван шящяриндя анадан олуб вя 1971-ъи илдя 1№-ли орта мяктяби битириб



Yüklə 5,11 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix01.07.2018
ölçüsü5,11 Mb.
#52781
1   2   3   4   5   6   7   8   9   ...   32

 

rizm,  Gənclər  və  İdman  nazirlikləri  kompleks  maarifləndirici  və 
profilaktik tədbirlər görməlidirlər. 
Təhsil  nazirliyi  orta  məktəblərin  ədəbiyyat  üzrə  tədris  proq-
ramına  tabakomaniya,  alkoqolizm  və  narkomaniyadan  bəhs  edən 
əsərlər  salmalı,  onları  tədris  etməlidir.  Mən,  müəllifi  olduğum 
“Zəhrimar”  hekayəsinin  IX  sinifdə,  “Bəla”  pyesinin  isə  XI  sinifdə 
tədris  olunmasını  təklif  edirəm.  Bu  əsərlərin  mövzusuna  uyğun 
inşalar yazılmalı və bu problemlər hər sinifdə müzakirə predmetinə 
çevrilməlidir. Əgər belə olarsa, siqaretə, alkoqola və narkotikə qarşı 
böyük  bir  maarifləndirici  iş  görülmüş  olar,  bu  sahədə  az  qala 
inqilabi dəyişikliklər baş verə bilər. 
Mədəniyyət və Turizm nazirliyində isə “Bəla”, “Zəhrimar” adlı 
pyeslər  və  digər  müəlliflərin  əsərləri  Azərbaycan  və  rus  dillərində 
tamaşaya qoyulmalı, filmlər çəkilməli, kitablar çap olunmalıdır. Elə 
etmək  lazımdır  ki,  orta  məktəb  şagirdləri  ədəbiyyatdan  bir  dərsi 
teatrda  keçsinlər,  bu  mümkün  deyilsə,  onda  həmin  dərsin  sinifdə 
film-nümayişi  təşkil edilsin.  Belə  çox maraqlı və  əyani  olar,  yadda 
qalardı.  Axı,  nə  vaxta  qədər  müəllim  danışacaq,  şagird  isə  qulaq 
asacaq? 
Yeri  gəlmişkən,  yaxşı  olardı  ki,  bütün  orta  məktəblərin  IX-XI 
siniflərində iki mövzuda filmlərin göstərilməsi vacib sayılaydı: 
1) Qarabağ, soyqırım, 20 yanvar mövzusunda olan film. 
2)  Siqaret,  alkoqol  və  narkotik  maddələr  barəsində  çəkilmiş 
film. 
Bütün  bunlar  çox  xərc  və  vaxt  aparmayan,  lakin  gənc  nəslin 
tərbiyəsində mühüm rol oynayan çox effektli və faydalı işlər olmuş 
olardı. 
“Məndən söyləməkdir, sizdən”... 
 
Bakı, 2012 


 
10 
 
 
S
S
İ
İ
Z
Z
İ
İ
N
N
L
L
Ə
Ə
 
 
S
S
Ö
Ö
H
H
B
B
Ə
Ə
T
T
 
 
 
 
 “Bir müsəlman qardaşı düz 
yola hidayət etmək savabdır” 
Qurani-Kərim 
 
 
Əziz  oxucum!  İşimlə  əlaqədar  mənə  çoxlu  müraciətlər  olur. 
Narkotikin  bəlasına  düşən,  alkoqolun  gətirdiyi  əzablarla  əlləşən, 
tütünün zəhərini udan dərdli, xəstə və bədbəxt insanlar ya yanıma – 
iş yerimə gəlir, ya da mənə zəng edirlər. Xəstələri çox vaxt ya yaxın 
qohumları,  ya da dostları gətirirlər. Tək-tək hallarda narkoman özü 
“öz  ayağı”  ilə  gələr.  Çoxdan  tanıdığım  bir  nəfər  “öz  ayağı”  ilə 
yanıma gəlib dərdini belə danışdı: 
–  Doktor,  mən  neçə  il  idi  ki,  –  adını  demək  istəmirəm  –  bir 
nüfuzlu  idarədə  işləyirdim.  İşim  də  çox  yaxşı  idi.  Altımda 
“slujebni”
*
 maşınım, işim, gücüm, pulum, param. Əlim üstə əl  yox 
idi! Mənim bir sözümlə bağlı qapılar açılır, min dollarlıq işi bir tele-
fon zəngi ilə həll edirdim. 
Sonra  işimi  dəyişdim,  kommersiya  ilə  məşğul  oldum.  Bu  işim 
ondan  da  yaxşı  oldu.  Nə  başıvı  ağrıdım,  dörd  ildə  yeddi  maşın 
dəyişdim,  hamısı  da  xarici  maşınlar.  Özümə  şəhərin  mərkəzində 
villa  tikdirdim,  dükan  aldım,  firma  açdım.  Gör  nə  aləm  idi  ki, 
“krupnı  partiya”
*
  sələmə  pul  buraxırdım.  Günümü  də  keflə 
keçirirdim:  yemək-içmək,  gəzmək,  sauna,  bazlıq...  Sonra  başladım 
qumar oynamağa, bala-bala nəşə çəkməyə. Heç ağlıma da gəlməzdi 
ki,  mən iynə vuram!  İynə  vuranlardan zəhləm  gedirdi, kişi saymır-
dım  onları.  Hələ  iki-üç  nəfəri  narkotik  üstə  işdən  də  qovmuşdum. 
İşə bax ki, axırda özüm narkoman oldum! 
Nəyim  var  idisə,  hamısını,  hamısını  “mal”a
*
  verdim.  iki  dəfə 
“ilişdim”
*
, olan-qalanımı da “it”lər
*
 tutub aldılar. İndi pis gündəyəm


 
11 
doktor,  cibimdə  siqaret  pulum  da  yoxdu.  Məni  görən  tanımır,  yarı 
canım  qalıb:  110  kilodan  70  kiloya  enmişəm.  Arvadımın  əsəbləri 
korlanıb,  onda  tez-tez  ürəkgetmə  tutmaları  olur.  Özüm  də  ki, 
hamının  yanında  biabır  olmuşam!  Dünən  az  qala  ölmüşdüm,  bir 
dostum qurtardı, o olmasaydı, getmişdim! İndi gəlmişəm məni müa-
licə  edəsiz,  çünki  bilirəm  ki,  bu  işin  axırı  yoxdu!  Özü  də  anonim 
yolla, adımın kitab-dəftərə düşməyini istəmirəm. 
Bu  hekayətdəki  şəxs  kompleks  müalicə  alıb  evinə  getdi.  Bir 
ildən  sonra,  yəni  bu  yaxınlarda  yenə  yanıma  gəlmişdi.  O,  belə  bir 
söhbət elədi: “Doktor, mən müalicədən sonra, Siz dediyiniz kimi, üç 
ay  girdim  evə,  evdən  eşiyə  çıxmadım,  o  “dostlar”la  da  əlaqəni 
birdəfəlik  kəsdim!  Üç  aydan  sonra  başladım  işləməyə...  O  vaxt 
utandım  Sizə  deməyə  ki,  400  min  dollarlıq  villanı  mən  110  minə 
satmışam... Əlimə pul gələn kimi həmin villanı 120 minə bir dava-
qışqırıqla  geri  aldım,  çünki  o  evdə  gözüm  vardı.  İndi  borclarımın 
çoxunu  vermişəm,  azı  qalıb.  Allah  qoysa,  qalanlarını  da  verəcəm. 
Mən  o  kökə  düşməyimin  səbəblərini  çox  götür-qoy  eləmişəm. 
Düşündüm ki, “bəlkə, pul məni qudurtmuşdu, ya bəlkə, kiməsə pis-
lik  eləmişəm,  Allaha  xoş  getməyib?”  Sizdən  yaxşı  olmasın, 
Seyidağa adlı bir dostum var, onun dediyi sözlər mənə yaman təsir 
etdi!  Müalicədən  sonra  Seyidağa  məni  görməyə  gələndə  üzümə 
“qırmızıca” belə dedi: “Acığın  gəlməsin,  sənin  günahın  çoxdu:  di-
nimizdə  sələmlə  pul  vermək  günahdı  –  sən  veribsən,  qumar 
oynamaq,  narkotik  qəbul  etmək,  araq  içmək  qadağandı  –  sən  bu 
qadağanı  pozubsan,  başqasının  arvadına,  qızına  pis  gözlə  baxmaq 
olmaz  –  sən  bunları  da  edibsən!  Yəni  sən  yoluvu  azıbsan,  çünki 
Şeytana uyubsan. Bütün bunlar da elə ona görə sənin başıva gəlib. 
Allahın barmağı yoxdu ki, soxa adamın gözünə! Sən gəl tövbə elə, 
Allaha tapın!” 
Elə  bil,  yatmışdım,  ayıldım!  İndi  Quran  oxuyuram,  namaz 
qılıram,  Allahın  buyuruğundan  kənara  çıxmıram.  Yəqin  ona  görə 
də, Allaha şükür ki, işlərim yağ kimi gedir... 
Ədalət  naminə  onu  demək  lazımdı  ki,  müalicə  olunan  narko-
manların heç də hamısının aqibəti belə müsbət sonluqla bitmir… 


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə