“ata holdiNQ”


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 4,64 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix01.09.2018
ölçüsü4,64 Mb.
#66217
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

57



 

36.  MALİYYƏ RİSKLƏRİNİN İDARƏ OLUNMASI 

 

Qrup maliyyə risklərinə  məruz qalır və  həmin risklər sırasına kredit, likvidlik, bazar və  əməliyyat 



riskləri daxildir. Risklərin qəbul olunması Qrupun fəaliyyəti ilə bilavasitə əlaqədədir. Qrup daxilində 

risklərin idarə olunması funksiyasının məqsədi risk ilə  gəlir arasında münasib balansın  əldə 

olunmasından və  həmin risklərin Qrupun maliyyə  nəticələrinə potensial təsirini minimuma 

endirməkdən ibarətdir. 

 

Risklərin idarə olunması çərçivəsi 

 

Risklərin idarə olunması funksiyası Qrupun daxili nəzarət sisteminin tərkib hissəsini təşkil edir və 

mərkəzləşdirilmiş surətdə  həyata keçirilir. Qrupun tətbiq etdiyi risklərin idarə olunması qayda və 

yanaşmalarında məqsəd Qrupun məruz qaldığı riskləri müəyyənləşdirmək, təhlil etmək, aşağı 

salmaq və idarə eləməkdən ibarətdir. Buna münasib risk səviyyələrinin müəyyən olunması  və 

nəzarət, risk səviyyələri üzərindən davamlı monitorinqin həyata keçirilməsi, limit və prosedurlara 

qəti riayət və biznes proseslərinin düzgün surətdə  tərif edilməsi və icra olunması vasitəsi ilə nail 

olunur. 


 

Risklərin  İdarə Olunması üzrə qayda və prosedurlar bazar şəraitindəki, təklif olunan məhsul və 

xidmətlərdəki dəyişiklikləri əks etdirmək məqsədi ilə mütəmadi olaraq təhlil olunur və təmin edilir 

ki, ən mükəmməl çalışma metodlarından istifadə olunsun. Qrup daxilində, risklərin idarə olunması 

çalışmalarının bir hissəsi olaraq, işçilər arasında vicdanlı davranış, idarəçilik və çalışma standartları 

təşkil edilir ki, konservativ nəzarət mühiti bütün zamanlarda təmin olunsun və təkmilləşdirilsin. 

 

Risklərin idarə olunması üzrə orqan və təşkilati strukturlar  

 

Risklərin idarə olunması qaydası, qiymətləndirmə, təsdiq, monitorinq və  nəzarət işləri Qrup 

daxilindəki bir neçə ixtisaslaşmış bölmələr vasitəsi ilə həyata keçirilir. Bu bölmələr Qrupun törəmə 

müəssisələri üzrə  də risklərin idarə olunması üzrə qayda və  nəzarət mexanizmlərinə müşahidəni 

həyata keçirirlər. Qrup daxilində yaradılmış icra orqanları, komitə  və departamentlər Azərbaycan 

qanunvericiliyi, ARMB-nın təlimatları  və biznesin bu sahəsindəki  ən mükəmməl fəaliyyət 

prinsiplərinə uyğundur. 

 

Qrupun Müşahidə  Şurası riskləri idarəetmə strukturuna nəzarət,  əsas risklərin idarə edilməsinin 



monitorinqi, risklərin idarə edilməsi siyasəti, eləcə də bəzi əsas risk limitlərinin, o cümlədən böyük 

kredit riskləri, iqtisadi və  sənaye sektoru üzrə risk limitlərinin təsdiqlənməsi səlahiyyətlərinin 

nəzərdən keçirilməsi və  təsdiqlənməsinə görə ümumi məsuliyyət daşıyır. O, həmçinin müəyyən 

qərarların qəbul olunması səlahiyyətini İdarə Heyətinə və Kredit Komitəsinə həvalə edir. 

 

İdarə Heyəti, Risklərin  İdarə Edilməsi Komitəsi, Audit Komitəsi (“AK”), Daxili Audit 



Departamenti, Kredit Komitəsi və Aktiv və Passivlərin İdarə Edilməsi Komitəsi (“APİK”) Müşahidə 

Şurası tərəfindən yaradılır, təyin edilir və birbaşa ona hesabat verir. 




“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

58



 

İdarə Heyəti risklərin azaldılması tədbirlərinin həyata keçirilməsi və monitorinqinə görə məsuliyyət 

daşıyır və Qrupun müəyyən edilmiş risk parametrləri çərçivəsində fəaliyyət göstərməsini təmin edir. 

Risklərin idarə edilməsinə görə məsuliyyət daşıyan İdarə Heyətinin üzvü həmin Direktora hesabat 

verən Risklərin  İdarə Edilməsi Departamenti ilə birlikdə risklərin idarə edilməsi üzrə ümumi 

funksiyalara görə  məsuliyyət daşıyır və maliyyə  və qeyri-maliyyə risklərinin müəyyən edilməsi, 

ölçülməsi, azaldılması, idarə edilməsi və bu risklərə dair hesabatın hazırlanması üzrə ümumi 

prinsiplərin və metodların tətbiq edilməsini təmin edir. 

 

Risklərin  İdarə Edilməsi Komitəsinə risklərin idarə edilməsinə görə  məsuliyyət daşıyan  İdarə 



Heyətinin üzvləri nəzarət edir. Bu Komitə risklərin idarə edilməsi metodologiyalarının 

hazırlanmasına görə məsuliyyət daşıyır və Qrupun risk yanaşmasının strateji və biznes planlarında 

düzgün əks etdirilməsini təmin edir. 

 

Bu, bütün risk yanaşmaları  və prosedurları üzrə  dəyişikliklərin  İdarə Heyəti və Müşahidə  Şurası 



tərəfindən müzakirə edilməsi və tövsiyələrin verilməsi üçün vacib forumdur. Bu forum Qrupun 

üzləşdiyi bütün potensial risklərin Risklərin İdarə Edilməsi Departamenti, Kredit Komitəsi, APİK və 

İdarə Heyəti tərəfindən nəzərdən keçirilməsini və bu məsələlərlə bağlı Müşahidə  Şurasına 

hesabatların hazırlanmasını təmin edir. 

 

Audit Komitəsi (AK) Qrupun daxili nəzarət sisteminin nəzarət və monitorinqi, eləcə  də Qrupun 



daxili nəzarət sisteminin ayrılmaz hissəsi olan risklərin idarə edilməsi siyasəti və prosedurlarının 

adekvatlığının qiymətləndirilməsinə görə  məsuliyyət daşıyır. Müstəqil peşəkar sayılan Audit 

Komitəsinin Sədri və digər iki Komitə üzvü iki səhmdarın nümayəndəsidir. Audit Komitəsinin 

üzvləri Qrupun işçiləri və ya idarəetmə strukturunun tərkibində ola bilməzlər. Onlar daxili nəzarət 

sisteminin inkişafına dair İdarə Heyəti, Risklərin  İdarə Edilməsi Komitəsi və Müşahidə  Şurasına 

təkliflər verir və risklərin idarə edilməsi funksiyasının keyfiyyətinə  və müəyyən edilmiş siyasət, 

prosedurlar və limitlərə riayət edilməsi ilə bağlı rəy bildirirlər. Audit Komitəsi birbaşa ona hesabat 

verən Daxili Audit Departamentinin fəaliyyətinə  nəzarət edir. Daxili Audit Departamentinin iş 

planları, audit yoxlamaları  və hesabatları, o cümlədən planlaşdırılmamış audit yoxlamalarının 

qrafiki Audit Komitəsi tərəfindən diqqətlə təhlil və təsdiq edilir. 

  

APİK bu risk sahələrinə dair vaxtında və düzgün məlumatların və hesabatların təqdim edilməsinə 



görə  məsuliyyət daşıyır. APİK qiymətləndirmə siyasətinin və maliyyələşdirmə strategiyalarının 

müəyyənləşdirməsinə yardım göstərir. Bundan əlavə, APİK Qrupun digər riskləri idarəetmə  və 

nəzarət bölmələri ilə yanaşı  xəzinədarlıq və digər müvafiq bölmələrin APİK, Risklərin  İdarə 

Edilməsi Komitəsi,  İdarə Heyəti və Müşahidə  Şurası  tərəfindən müəyyən edilmiş parametrlərə 

uyğun fəaliyyət göstərməsini təmin etmək üçün məsuliyyət daşıyır. 



Yüklə 4,64 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə