“ata holdiNQ”


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 4,64 Mb.
Pdf görüntüsü
səhifə2/34
tarix01.09.2018
ölçüsü4,64 Mb.
#66217
1   2   3   4   5   6   7   8   9   ...   34

“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

12



 

“Ata Lizinq” ASC, nizamnamə kapitalının 64%-i nisbətində Şirkətin birbaşa törəmə müəssisəsidir, 

nizamnamə kapitalının qalan 36%-i isə dolayısı ilə “Ata Bank” ASC-nə  mənsubdur və beləliklə 

“Ata Lizinq” ASC Şirkətin tam nəzarətindədir. “Ata Lizinq” ASC Azərbaycan Respublikasının 

Ədliyyə Nazirliyi tərəfindən 21 iyul 2004-cü il tarixində qeydiyyata alınmış və fəaliyyətinə 2004-cü 

ildə başlamışdır. “Ata Lizinq” ASC müştərilərinə lizinq və  təkrar maliyyələşdirmə xidmətlərini 

təqdim edir. “Ata Lizinq” Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyasının üzvüdür. 

 

“Ata  İnşaat” MMC nizamnamə kapitalının 90%-i münasibətdə  Şirkətin birbaşa törəmə 



müəssisəsidir, nizamnamə kapitalının qalan 10%-i isə dolayısı ilə “Ata Turizm” MMC-yə 

mənsubdur və beləliklə “Ata İnşaat” MMC Şirkətin tam nəzarətindədir. “Ata İnşaat” MMC 

Azərbaycan Respublikasının  Ədliyyə Nazirliyi tərəfindən 28 mart 2003-cü il tarixində  

0103-P9-37499 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və fəaliyyətinə 2003-cü ildə başlamışdır. 

“Ata İnşaat” MMC müştərilərinə inşaat və infrastruktur tikintisi sahəsində xidmətlər göstərir. 

 

“Ata Turizm” MMC nizamnamə kapitalının 90%-i münasibətdə  Şirkətin birbaşa törəmə 



müəssisəsidir, nizamnamə kapitalının qalan 10%-i isə dolayısı ilə “Ata İnşaat” MMC-yə mənsubdur 

və beləliklə “Ata Turizm” MMC Şirkətin tam nəzarətindədir. “Ata Turizm” MMC Azərbaycan 

Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 7 mart 2003-cü il tarixində 0103-P7-37374 qeydiyyat 

nömrəsi ilə qeydiyyata alınmış  və  fəaliyyətinə 2003-cü ildə başlamışdır. “Ata Turizm” MMC 

müştərilərinə müxtəlif turizm və istirahət xidmətlərini göstərir.  

 

“İnterservis” MMC nizamnamə kapitalının 61%-nə münasibətdə  Şirkətin birbaşa törəmə 



müəssisəsidir, habelə dolayısı ilə nizamnamə kapitalının qalan 31%-i “Ata Turizm” MMC-yə, digər 

9%-i isə “Ata İnşaat” MMC-yə  mənsubdur və beləliklə  “İnterservis” MMC Şirkətin tam 

nəzarətindədir. “İnterservis” MMC Azərbaycan Respublikasının  Ədliyyə Nazirliyi tərəfindən 

qeydiyyata alınmışdır. “İnterservis” MMC üçüncü tərəflər ilə  hər hansı  fəal münasibətlərə malik 

deyil. “Excelsior” mehmanxanasının (Azərbaycan Respublikasının Bakı  şəhərində yerləşən 

dəbdəbəli mehmanxana) binası onun mülkiyyətindədir və  cəmiyyətin  əsas fəaliyyətini Qrup 

çərçivəsində bu əmlakın idarə olunması təşkil edir. 

 

“Şəmkir Quşçuluq” MMC, nizamnamə kapitalının 100%-i münasibətdə  Şirkətin dolayı törəmə 



müəssisəsidir (“Şəmkir Quşçuluq” MMC-nin 100% “Ata Sənaye” MMC-yə  mənsubdur, “Ata 

Sənaye” MMC-nin nizamnamə kapitalı isə 90%-i nisbətində birbaşa olaraq “Ata Holdinq” ASC-yə, 

10%-i nisbətində isə dolayısı ilə “Ata İnşaat” MMC-yə  mənsubdur). “Şəmkir Quşçuluq” MMC 

Azərbaycan Respublikasının  Ədliyyə Nazirliyi tərəfindən 18 sentyabr 2005-ci il tarixində 

qeydiyyata alınmış və fəaliyyətinə 2005-ci ildə başlamışdır. “Şəmkir Quşçuluq” MMC əsasən kənd 

təsərrüfatı istehsalı, daha dəqiq desək isə, toyuqçuluq və yumurta təchizatı ilə məşğul olur. 

 



“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

13



 

“Ata Holdinq” Qrupunun konsolidasiyası çərçivəsinə daxil edilmiş digər hüquqi şəxslər əsasən Qrup 

daxilində mövcud olan hüquqi şəxslərə xidmət göstərirlər və ya hər hansı aktiv fəaliyyətlə məşğul 

deyillər: 

 

Törəmə müəssisənin adı Birbaşa 

sahiblik, % 

Dolayı 

sahiblik, % 

Fəaliyyəti/İqtisadi sektor 

“İnterturizm” MMC 

100% 



Turizm və istirahət xidmətləri. 



“Ata Security” MMC 

90% 


10% 

Qrupun şirkətləri üçün mühafizə və 

təhlükəsizlik xidmətləri. 

“Ata Sənaye” MMC 

90% 

10% 


Şirkətin bütün sənaye və istehsal 

şirkətləri üçün idarəçilik apparatı. 

“Sasa Ət Məhsulları” MMC 

100% 



Ət və sosiska, yarımfabrikat  ət 

məhsullarının istehsalı. Hazırda 

fəaliyyət göstərmir.  

“ZəyəmKəndMaş” ASC 

30% 



Kənd təsərrüfatı avadanlığı 



və 

qurğularının ticarəti. Bu şirkət üzrə 

qərarların qəbul olunması  və  fəaliyyət 

prosesinə  əsas nəzarəti digər  əlaqədar 

fiziki  şəxslərin vasitəsi ilə “Ata 

Holdinq” ASC həyata keçirir. 

“Şəmkir Daş Çınqıl” MMC 

100% 


Nominal xarakterli investisiya. Hazırda 

şirkət fəaliyyət göstərmir. 

“Şəmkir Ət Süd” MMC 

100% 



Nominal xarakterli investisiya. Hazırda 



şirkət fəaliyyət göstərmir. 

“Ata Treydinq” MMC 

76% 

24% 


Nominal xarakterli investisiya. Hazırda 

şirkət fəaliyyət göstərmir. 

“Ata Marketinq” MMC 

76% 


24% 

Nominal xarakterli investisiya. Hazırda 

şirkət fəaliyyət göstərmir. 

“Ata Aqro” MMC 

76% 

24% 


Nominal xarakterli investisiya. Hazırda 

şirkət fəaliyyət göstərmir. 

“Ata Qida” MMC 

76% 


24% 

Nominal xarakterli investisiya. Hazırda 

şirkət fəaliyyət göstərmir. 

“Ata Texnologiya” MMC 

90% 

10% 


Əsasən Qrup daxilindəki şirkətlər üçün 

texnologiya və  İT xidmətləri. Bunlara 

əlavə olaraq bəzi üçüncü şəxslər ilə də 

münasibətlər mövcuddur. 

“Saybernet” MMC 

51% 



Türkiyənin “Saybersoft” MMC 

şirkətinin proqram təminatı  məhsulları 

müştərilərə  təqdim etmək üçün həmin 

şirkət ilə yaradılmış hüquqi şəxs. 

“Ata Telekom” MMC 

60% 


Nominal xarakterli investisiya. Hazırda 

şirkət fəaliyyət göstərmir. 

“Ata Enerji” MMC 

60% 



Nominal xarakterli investisiya. Hazırda 



şirkət fəaliyyət göstərmir. 

“Ata Telekom” MMC 

60% 



Nominal xarakterli investisiya. Hazırda 



şirkət fəaliyyət göstərmir. 

“Ata Neft Qaz” MMC 

100% 



Nominal xarakterli investisiya. Hazırda 



şirkət fəaliyyət göstərmir. 

“Ata Holdinq Gürcüstan” 

MMC 

100% 


Nominal xarakterli investisiya. Hazırda 

şirkət fəaliyyət göstərmir. 



Yüklə 4,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə