“ata holdiNQ”


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 4,64 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix01.09.2018
ölçüsü4,64 Mb.
#66217
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

24



 

Dayandırılmış fəaliyyətlər 

 

Dayandırılmış fəaliyyətlər dedikdə Qrupun elə hissəsi nəzərdə tutulur ki, o, satılmış olsun və ya satış 

üçün sərəncamda saxlanan kimi təsnifatlaşdırılsın, və: (a) kommersiya fəaliyyəti və ya fəaliyyətin 

coğrafi  ərazisinin ayrıca  əsas hissəsini təşkil etsin; (b) kommersiya fəaliyyəti və ya fəaliyyətin 

coğrafi  ərazisinin ayrıca  əsas hissəsini təşkil edən hissəsinin satışı üçün vahid əlaqələndirilmiş 

planın hissəsi olsun; və ya (c) müstəsna olaraq sonradan satılması  fərziyyəsi ilə alınmış törəmə 

müəssisə olsun. Dayandırılmış fəaliyyət üzrə mədaxil və pul vəsaitlərinin hərəkəti, belələri olduqda, 

davam etməkdə olan fəaliyyətdən ayrıca olaraq göstərilir, fərqli məqamlar isə  təkrarən təqdim 

olunur. 

 

Nizamnamə kapitalı 



 

Adi səhmlər və mülahizə  əsasında dividentləri ödənilən geri alınmayan imtiyazlı  səhmlər kapital 

kimi təsnifatlaşdırılır. Yeni səhmlərin buraxılışına aid olan müxtəlif birbaşa xərclər kapitalda 

vergilər çıxıldıqdan sonra alınan vəsaitlərdən çıxılaraq göstərilir. Buraxılmış  səhmlərin nominal 

qiymətindən artıq məbləğdə alınan hər hansı ədalətli dəyər hissəsi qeydlərdə səhmlər üzrə premiya 

kimi göstərilir. 

 

Nominal saxlayıcıda olan səhmlər 

 

Qrupun əhatə dairəsində olan hər hansı şirkət Baş müəssisənin səhmlərini aldıqda, ödənilən qiymət, 

o cümlədən hər hansı bilavasitə aid olan xərclər (mənfəət vergisi çıxıldıqdan sonra) səhmlər 

silinənə, təkrar buraxılana və ya satılana qədər  Şirkətin səhmdarlarına aid olan kapitaldan çıxılır. 

Sonradan belə  səhmlər satılarsa və ya təkrar buraxılarsa, hər hansı alınan vəsaitlər, həmin  əqd ilə 

bilavasitə bağlı olan xərclər və ya müvafiq mənfəət vergisi öhdəlikləri çıxıldıqdan sonra, Şirkətin 

səhmdarlarına aid olan kapital payına aid edilir. 

 

Dividentlər 



 

Dividentlər öhdəlik kimi uçota alınır və balans tarixində kapitaldan o hallar çıxılır ki, balans 

tarixində  və ya ondan öncə elan edilsinlər. Dividentlər o hallarda açıqlanır ki, onlar balans 

tarixindən  əvvəl təklif edilsin, və ya balans tarixində sonra, lakin maliyyə hesabatları  təsdiq 

edildikdən öncə elan edilsin və ya təklif olunsun.  

 

Pul və pul ekvivalentləri 



 

Pul və pul ekvivalenti dedikdə sərəncamda olan pul vəsaitləri, banklarda saxlanan tələbli depozitlər

və müddəti üç ay və ya daha az olan qısamüddətli yüksək likvidli maliyyə instrumentləri nəzərdə 

tutulur. Pul vəsaitləri və ekvivalenti faktiki faiz dərəcəsindən istifadə etməklə amortizasiya edilmiş 

qiymət ilə uçota alınır. Məhdud balanslar pul vəsaitləri hərəkəti hesabatının məqsədləri üçün Pul 

vəsaitləri və ekvivalenti tərkibindən çıxarılır. Balans tarixindən sonra azı 12 ay üçün mübadiləsinə 

və ya öhdəlikləri ödəməsinə məhdudiyyət qoyulan vəsaitlər digər qeyri-cari aktivlərə aid edilir. 

 

Banklardan alınacaq vəsaitlər  



 

Banklardan alınacaq vəsaitlər o hallarda uçota alınır ki, Qrup digər dövlət və ya kommersiya 

banklarına vəsaitləri təqdim etsin və  qəti və ya müəyyən oluna bilən tarixdə alınmalı olan qeyri-

törəmə mədaxili dövriyyəyə buraxmaq niyyətinə malik olmasın. Banklardan alınmalı olan vəsaitlər 

ilk əvvəl ədalətli dəyər üstəgəl əqd xərcləri  əsasında uçota alınır sonradan isə amortizasiya dəyəri 

nəzərə alınmaqla uçotda olur. 




“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

25



 

Satış üçün sərəncamda saxlanılan maddi aktivlər  

 

Qeyri cari aktivlər və aktiv qrupları (bura həm cari, həmçinin də, qeyri-cari aktivlər daxil ola bilər) 

balansda o hallarda “Satış üçün sərəncamda saxlanılan qeyri-cari aktivlər” kimi uçota alınır ki, 

onların maliyyələşdirmə məbləği əsas etibarı ilə balans tarixindən sonra on iki ay ərzində aparılacaq 

satış  əqdi vasitəsi ilə geri alınsın. Aşağıda qeyd olunmuş bütün şərtlər yerinə yetirildikdən sonra, 

aktivlər yenidən təsnifatlaşdırılır: (a) aktivlər mövcud vəziyyətlərindən dərhal satış üçün sərəncamda 

olsun; (b) Qrupun rəhbərliyi alıcını tapmaq üçün fəal proqramı  təsdiq etsin və onun icrasına 

başlanılsın; (c) aktivlər ağlabatan qiymət ilə satış üçün bazara çıxarılsın; (d) satışın bir il ərzində baş 

verəcəyini ehtimal etmək mümkün olsun, və (d) satış planının dəyişəcəyi və ya ləğv ediləcəyini 

demək üçün ehtimal kiçik olsun. Qeyri cari aktivlər və aktiv qrupları sərəncamda saxlanılan qeyri-

cari aktivlər kimi cari müddətin balansında təsnifatlaşdırıldıqda, cari müddətin sonunda 

təsnifatlaşdırmanı  əks etdirmək məqsədi ilə müqayisəli balansda təkrar təsnifatlaşdırılmır və ya 

yenidən təqdim olunmur. 

 

Aktivlər qrupu dedikdə satış  və ya digər metodlar ilə, ümumilikdə qrup kimi bir əqd vasitəsi ilə, 



sərəncam obyekti olan aktivlər (cari və ya qeyri-cari) və əqd zamanı digər şəxslərə təhvil veriləcək 

aktivlər ilə birbaşa  əlaqədar olan öhdəliklər başa düşülür. “Qudvil” o hallarda nəzərə alınır ki, 

aktivlər qrupu satınalma zamanı “qudvil” aid olduğu pul vəsaitləri yaradan qruplar daxilində 

əməliyyatları da əhatə edir. Qeyri cari aktivlər dedikdə elə aktivlər nəzərdə tutulur ki, onların 

tərkibinə balans tarixindən sonra on iki ay keçdikdən sonra alınacaq və ya toplanacaq vəsaitlər daxil 

olsun. Yenidən təsnifatlaşdırılma tələb olunarsa, aktivin həm cari, həmçinin də qeyri-cari hissələri 

yenidən təsnifatlaşdırılır. 

 

Ümumilikdə götürdükdə, satış üçün sərəncamda saxlanılan  əmlak, qurğu, avadanlıq və ya digər 



aktiv qrupları maliyyələşdirmə  məbləği və ya daha aşağı olarsa, satış  xərcləri çıxıldıqdan sonra 

ədalətli dəyər  əsasında uçota alınır. Satış üçün sərəncamda saxlanılan  əmlak, qurğu, avadanlıqlar 

amortizasiyaya məruz qoyulmur. Yenidən təsnifatlaşdırılmış qeyri cari maliyyə alətləri və gələcək 

vergilər maliyyələşdirmə məbləği və ya, daha aşağı olarsa, satış xərcləri çıxıldıqdan sonra ədalətli 

dəyər həddinə qədər silinmir. 

 

Satış əqdi ilə əlaqədar digər şəxslərə təqdim edilməli olan sərəncam obyekti olan aktivlər qrupları ilə 



birbaşa əlaqədə olan öhdəliklər yenidən təsnifatlaşdırılır və balansda ayrıca qeyd olunur. 

 

Əlavə dəyər vergisi 



 

Satış ilə  əlaqədar ödənilməli olan əlavə  dəyər vergisi vergi orqanlarına aşağıda qeyd edilmiş 

tarixlərdən daha tez olanında ödənilir: (a) müştərilərdən alınmalı olan vəsaitlərin toplanması, və ya 

(b) mal və ya xidmətlərin müştərilərə təhvil verilməsi. Alınmalı ƏDV bir qayda olaraq, ƏDV hesab 

fakturası alındıqdan sonra, ödənilməli  ƏDV ilə  əvəzləşdirilir. Vergi orqanları  ƏDV üzrə 

hesablaşmalar ilə  əlaqədar  əvəzləşdirməyə icazə verirlər. Satış  və alış ilə  əlaqədar olan ƏDV 

balansda ümumi məbləğdə uçota alınır və aktiv və öhdəlik kimi ayrıca olaraq açıqlanır. Alınmalı 

olan vəsaitlərin aşınması ilə  əlaqədar ehtiyat olduqda, aşınma zərəri  ƏDV daxil olmaqla borcluya 

aid olan ümumi məbləğin tərkibində uçota alınır. 

 

Borc alınmış vəsaitlər 



 

Borc alınmış vəsaitlər faktiki faiz dərəcəsi əsasında amortizasiya edilmiş dəyər ilə uçota alınır. Borc 

alınmış vəsaitlər ilə əlaqədar olan məsrəflər faktiki faiz dərəcəsi əsasında vaxt müddətinə münasib 

qaydada xərc kimi uçota alınır. Qrup borc alınmış  vəsaitlər ilə  əlaqədar olan məsrəflərin 

kapitallaşdırılmasını aparmır. 



Yüklə 4,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə