“ata holdiNQ”


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 4,64 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix01.09.2018
ölçüsü4,64 Mb.
#66217
1   2   3   4   5   6   7   8   9   10   ...   34

“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

22



 

Satış üçün sərəncamda olan aktivlər  

 

Satış üçün sərəncamda olan aktivlər  ədalətli dəyər üzrə uçota alınır. Satış üçün sərəncamda olan 

borc qiymətli kağızlarından faiz dərəcəsi gəliri faktiki faiz metodu əsasında hesablanır və mənfəət 

və ya zərərdə uçota alınır. Satış üçün sərəncamda olan kapital instrumentləri ilə  əlaqədar olan 

dividentlər o halda mənfəət və ya zərər üzrə uçota alınır ki, Qrupun ödənişi almaq hüququ yaransın. 

Ədalətli dəyər üzrə bütün digər dəyişiklik elementləri kapital üzrə xitam və ya aşınma zamanına 

qədər təxirə salınır və həmin vaxtda məcmu mədaxil və ya zərər kapitaldan çıxarılıb mənfəət və ya 

zərər hesablarına aid edilir. 

 

Aşınma zərəri satış üçün sərəncamda olan investisiyaların ilkin uçotundan sonra baş verən bir və ya 



bir neçə hadisənin nəticəsi olaraq mənfəət və ya zərər üzrə uçota alınır (“zərər ilə  nəticələnən 

hadisələr”). Kapital investisiyalarının ədalətli dəyərində baş verən mühüm və davamlı azalma həmin 

qiymətli kağızın qiymətindən aşağı düşdükdə bu aşınmaya işarə edir. Alınma qiyməti ilə  əvvəlki 

məqamda müvafiq aktiv üzrə mənfəət və ya zərərdə uçota alınmış hər hansı aşınma zərəri çıxdıqdan 

sonra qalan cari ədalətli dəyər arasında olan fərq kimi hesablanan məcmu aşınma zərəri kapitaldan 

çıxarılır və  mənfəət və ya zərərdə uçota alınır. Kapital üzrə qiymətli kağızlara aid olan aşınma 

zərərləri mənfəət və ya zərər vasitəsi ilə uçotdan çıxarılmır. Sonrakı müddətdə satış üçün 

sərəncamda olan kimi təsnifatlaşdırılan borc qiymətli kağızın  ədalətli dəyəri artarsa və artımı 

ədalətli surətdə  aşınma zərərinin mənfəət və ya zərər üzrə uçota alınmasından sonra baş verən 

hadisəyə aid etmək olarsa, aşınma zərəri cari müddəti mənfəət və ya zərəri vasitəsi ilə uçotdan 

çıxarılır. 

 

Müəyyən müddət üçün saxlanılan investisiyalar  

 

Müəyyən müddət üçün saxlanılan investisiyalar faktiki faiz dərəcəsi metodundan istifadə etməklə 

amortizasiya edilmiş  xərc  əsasında uçota alınır və bu zaman hesablanmış  aşınma zərərləri üzrə 

ehtiyatlar nəzərə alınmır. 

 

Dövriyyədə olan investisiyalar 

 

Dövriyyədə olan investisiyalar ədalətli dəyər üzrə uçota alınır. Dövriyyədə olan investisiyalar üzrə 

qazanılan, faktiki faiz dərəcəsi metodu əsasında hesablanan faiz konsolidasiya edilmiş  gəlir 

haqqında hesabatda faiz gəliri kimi uçota alınır. Dividentlər divident gəlirinə o halda daxil olunur ki, 

Qrupun divident ödənişini almaq hüququ yaransın.  Ədalətli dəyər üzrə  dəyişikliklərin bütün digər 

elementləri və uçotun xitamı üzrə mədaxil və ya zərər baş verdikləri müddət üçün dövriyyədə olan 

investisiyaların zərəri mədaxildən çıxıldıqdan sonra mənfəət və ya zərərdə uçota alınır. 

 

Qrupun törəmə müəssisənin divident siyasətinə nəzarət etdiyi hallar və fərqin dividentlər və ya digər 



vasitə ilə yaxın gələcəkdə qayıtması ehtimalı istisna olmaqla, törəmə müəssisələrin satınalmadan 

sonrakı müddət üzrə bölüşdürülməmiş mənfəəti ilə əlaqədar gələcək mənfəət vergisi nəzərə alınır. 

 

Mal və material ehtiyatları 

 

Mal və material ehtiyatları faktiki qiymət və ya daha aşağı olarsa xalis mümkün satış qiyməti ilə 

uçota alınır. Mal və material ehtiyatlarının dəyəri orta qiymət üsulu ilə müəyyən olunur. Hazır 

məhsulun və yerinə yetirilməkdə olan işlərin qiyməti xam materialları, birbaşa işçi qüvvəsi 

xərclərini, digər birbaşa xərcləri və müvafiq inzibati xərcləri  əhatə edir (normal istehsalat 

imkanlarına istinadən), lakin borcun alınması ilə  əlaqədar xərclər nəzərə alınmır. Xalis mümkün 

satış qiyməti dedikdə  əqdin tamamlanması  və satış  xərcləri çıxıldıqdan sonra, kommersiya 

fəaliyyətinin adi gedişində təxmin edilən satış qiyməti qəbul olunur. 




“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

23



 

Kommersiya və digər debitor borcları  

 

Kommersiya və digər debitor borcları faktiki faiz dərəcəsi metodundan istifadə etməklə uçota alınır. 

Debitor borcları üzrə ehtiyat belə halda yaradılır ki, Qrupun debitor borcu üzrə bütün məbləğləri 

əvvəlki məqamda nəzərdə tutulmuş  şərtlərə istinadən  əldə edə bilməyəcəyinə dair ədalətli dəlillər 

mövcud olsun. Ehtiyatın məbləği kimi aktivin qalıq dəyəri ilə  əvvəlki faktiki faiz dərəcəsi ilə 

diskontlaşdırma aparılmaqla təxmin edilən gələcək pul vəsaitləri hərəkətinin hazırkı  dəyəri 

arasındakı fərq nəzərdə tutulur. Ehtiyatın məbləği gəlir haqqında hesabatda qeyd olunur. 

 

Mənfəət vergisi 



 

Mənfəət vergisi konsolidasiya edilmiş maliyyə hesabatlarında balans tarixi üçün qəbul edilmiş və ya 

qəbul ediləcəyi ehtimal edilən Azərbaycan Respublikasının qanunvericiliyinə  əsasən qeyd edilir. 

Mənfəət vergisi xərci cari və təxirə salınmış vergi elementlərini əhatə edir və konsolidasiya edilmiş 

hesabatlarda qeyd olunur, belə  şərtlə ki, həmin məbləğlər eyni və ya fərqli müddət üçün birbaşa 

olaraq kapital kimi uçota alınmış məbləğlərə aid olmasın. 

 

Təxirə salınmış vergi öhdəliyi dedikdə cari və  əvvəlki müddətlər ilə  əlaqədar vergiyə cəlb olunan 



mənfəət və ya zərərlər ilə əlaqədar vergi orqanlarına ödəniləcək və ya onlardan alınacaq məbləğlər 

nəzərdə tutulur. Mənfəət vergisindən fərqli olan vergilər əməliyyat xərclərinə daxil edilir. 

 

Gələcək vergi məsuliyyəti gələcək müddətlərə keçirilən vergi məsuliyyətini və aktiv və öhdəliklərin 



vergi bazası ilə maliyyə hesabatı məqsədləri üçün onların qalıq məbləği arasındakı fərqin balansda 

əks etdirilməsinin metodu vasitəsi ilə uçota alınır. İlkin uçot istisnasına müvafiq qaydada, gələcək 

vergi məsuliyyəti, əqd, ilk dəfə uçota alınarkən, nə mühasibat uçotuna, nə də ki, vergiyə cəlb olunan 

mənfəətə  təsir göstərmədikdə, biznes kombinasiyası istisna olmaqla, aktiv və ya öhdəliyin ilkin 

uçotu zamanı müvəqqəti fərqlər ilə əlaqədar nəzərə alınmır. Gələcək vergi məsuliyyəti “qudvil” üzrə 

ilkin uçotdakı müvəqqəti fərqlər, sonradan isə vergi məqsədləri ilə  əlaqədar çıxılması mümkün 

olmayan “qudvil” ilə  əlaqədar nəzərə alınmır. Gələcək vergi məsuliyyəti qüvvədə olan və ya 

müvəqqəti fərqin xətm edilməsi və ya gələcək dövrə keçirilmiş verginin istifadə olunacağı məqamda 

qüvvədə olacaq vergi dərəcələri ilə hesablanır. Gələcək vergi məsuliyyəti və aktivləri yalnız Qrupun 

ayrı-ayrı  şirkətləri arasında  əvəzləndirilir. Çıxıla bilən müvəqqəti fərqlər üçün gələcək vergi 

məsuliyyəti və  gələcək dövrlərdə köçürülən vergi məsuliyyəti yalnız o dərəcədə uçota alınır ki, 

çıxılmaların istifadə edilə biləcəyi gələcək vergiyə  cəlb olunan mənfəətin olacağını ehtimal etmək 

mümkün olsun. 

 

Qrup törəmə müəssisənin divident siyasətinə  nəzarət etmirsə  və ya fərqin yaxın gələcəkdə 



dividentlər və ya digər vasitə ilə qayıtmasını ehtimal etmək mümkün deyilsə, təxirə salınmı. Vergi 

öhdəliyi satınalmadan sonrakı müddət üçün törəmə müəssisələrin bölüşdürülməmiş mənfəətinə aid 

edilir. 

 

Qeyri-müəyyən vergi mövqeləri  

 

Qrupun qeyri-müəyyən vergi mövqeləri hər bir balans tarixində  rəhbərlik tərəfindən yenidən 



qiymətləndirilir. Öhdəliklər mənfəət vergisi mövqeləri üzrə o halda uçota alınır ki, həmin vergi 

mövqeləri rəhbərliyin qərarına  əsasən vergi orqanlarının iddiasına görə ödənilməsi ehtimalı 

ödənilməməsi ehtimalından daha yüksək olan mövqedə olsun. Bu qərar qüvvədə olan, balans tarixi 

üçün qüvvədə olacaq vergi qanunvericiliyi, belə məsələlər üzrə hər hansı məlum məhkəmə qərarı və 

ya digər normativ akt əsasında qəbul olunur. Mənfəət vergisindən fərqli olan penya, faiz və vergilər 

balans tarixində öhdəliyi ödəmək üçün tələb olunan məbləğ üçün rəhbərliyin ən mükəmməl təxmini 

əsasında uçota alınır 



Yüklə 4,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə