“ata holdiNQ”


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 4,64 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix01.09.2018
ölçüsü4,64 Mb.
#66217
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

28



 

Valyuta mübadiləsi məzənnələri  

 

İl sonu üçün mövcud olmuş və Qrup tərəfindən maliyyə hesabatlarının hazırlanması zamanı istifadə 

edilmiş valyuta mübadiləsi məzənnələri aşağıdakı kimi olmuşdur: 

 

 31 

dekabr 

2007-ci il 

 31 

dekabr 

2006-cı il

AZN/1 ABŞ Dollar 0.8453 

 

0.8714


AZN/1 AVRO 

1.2450 


 

1.1329


AZN/Rusiya Rublu 

0.0346 


 

0.0330


 

 

Tədqiqat və inkişaf işləri xərcləri 



 

Tədqiqat xərcləri çəkilmiş məsrəflər kimi uçota alınır. İnkişaf layihələri üzrə xərclər (yəni yeni və ya 

təkmilləşdirilmiş malların layihələndirilməsi və ya sınaqdan keçirilməsi ilə bağlı olan xərclər) qeyri-

maddi aktivlər kimi o hallarda uçota alınır ki, layihənin kommersiya və texnoloji imkanlarını nəzərə 

alaraq, onun müvəffəqiyyətli olacağını ehtimal etmək və  xərcləri etibarlı surətdə qiymətləndirmək 

mümkün olsun. İnkişaf layihələri ilə  əlaqədar digər xərclər çəkilmiş  məsrəf kimi uçota alınır. 

Əvvəlki məqamda məsrəf kimi uçota alınmış inkişaf layihələri xərcləri sonrakı müddət üçün aktiv 

kimi uçota alınmır. Qəti istifadə müddəti olan inkişaf layihələri xərcləri kapitallaşdırıldıqda 

məhsulun kommersiya yönümlü istehsalı başlandığı zamandan etibarən birbaşa xətt prinsipi ilə 

ehtimal olunan faydanın müddəti üçün, orta hesabla 10 il ərzində, amortizasiya olunur. 

 

İşçilərə sərf olunan xərclər və müvafiq ayırmalar 

 

Əmək haqları, məvaciblər, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna ödənişlər, 

məzuniyyət və bülletenlər üzrə illik ödənişlər, mükafatlar və pul şəklində olmayan imtiyazlar (misal 

üçün, səhiyyə  və  uşaq bağçası xidmətləri) Qrupun işçiləri tərəfindən müvafiq xidmətlər 

göstərildikdə hesablanır. 

 

Səhm üzrə ödənişlər 

 

İmtiyazlı səhmlər, geri alına bilməyən olduqda, mənfəət bölgüsündə iştirak edən səhmlər kimi qəbul 



olunur. Bir səhm üzrə gəlir Şirkətin səhmdarlarına aid olan mənfəət və ya zərəri hesabat ili ərzində 

yerləşdirilmiş, mənfəət – zərər bölgüsündə iştirak edən səhmlərin orta sayına bölməklə hesablanır. 

 

Əvəzləşdirmə 

 

Maliyyə aktiv və öhdəliklərinin  əvəzləşdirilməsi və xalis məbləğin konsolidasiya edilmiş balansa 

daxil edilməsi, qeydə alınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 

hüquq, eləcə  də  əvəzləşdirməni aparmaq və ya eyni zamanda aktivi realizasiya edərək öhdəliyi 

ödəmək niyyəti mövcud olduğu hallarda həyata keçirilə bilər. 

 

Seqmentlər üzrə hesabat 



 

Seqment məhsulların təqdim edilməsi və ya xidmətlərin göstərilməsi (biznes seqmenti) ilə bağlı 

olan, riskləri və faydaları digər seqmentlərdən fərqlənən Qrupun identifikasiya edilə bilən 

komponentidir. Gəlirlərinin böyük hissəsi kənar müştərilərə satışlar hesabına yaranan və  gəlirləri, 

maliyyə  nəticəsi və ya aktivləri bütün seqmentlərin ümumi aktivlərinin on faizini və ya artıq 

hissəsini təşkil edən seqmentlər ayrıca  şəkildə açıqlanır. Qrupun coğrafi seqmentləri onun 

əməliyyatlarının böyük hissəsinin Azərbaycan Respublikasında həyata keçirilməsi və digər 

seqmentlərdən  əldə edilən gəlirlərin Qrupun ümumi gəlirlərinin on faizindən artıq olmamasını 

nəzərə almaqla, hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarında ayrıca göstərilmişdir. 

 



“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

29



 

4. 

UÇOT SİYASƏTİNİN TƏTBİQİ ZAMANI ƏHƏMİYYƏTLİ UÇOT TƏXMİNLƏRİ  VƏ 

FƏRZİYYƏLƏR 

 

Qrup növbəti maliyyə dövrü ərzində hesabatlarda əks etdirilən aktiv və öhdəliklərin məbləğlərinə 



təsir göstərən təxminlər və fərziyyələr irəli sürür. Həmin təxminlər və fərziyyələr müntəzəm olaraq 

rəhbərliyin təcrübəsinə və digər amillərə, həmçinin rəhbərliyin fikrincə mövcud şəraitə uyğun olaraq 

əsaslandırılmış gələcək hadisələr üzrə təxminlərə əsasən təhlil edilir. Uçot siyasətinin tətbiqi zamanı 

rəhbərlik həmçinin peşəkar mülahizələr və təxminlər irəli sürür. Maliyyə hesabatlarında əks etdirilən 

məbləğlərə daha çox təsir göstərən peşəkar mülahizələr və növbəti maliyyə ili ərzində aktiv və 

öhdəliklərin balans dəyərinə əhəmiyyətli düzəlişlərin edilməsinə səbəb olan təxminlərə aşağıdakılar 

daxildir: 

 

“Qudvil” üzrə təxmin edilən aşınma  



 

Qrup azı ildə bir dəfə “qudvil” üzrə  aşınmaya dair yoxlamalar aparır. Pul vəsaitlərinin mədaxili 

mənbəyi olan bölmələrin alına bilən məbləğləri istifadədə olan dəyər hesablamaları  əsasında 

müəyyən olunur. Bu hesablamalar, 3 saylı Qeyddə deyildiyi kimi, ehtimallardan istifadəni tələb edir. 

 

Satış üçün sərəncamda olan kapital alətlərinin aşınması  

 

Qrup satış üçün sərəncamda olan kapital alətlərinin aşınması barəsində belə halda qərar verir ki, 

ədalətli dəyər üzrə davamlı və ya əhəmiyyətli müddət ərzində qiymətdən aşağı düşmələr müşayiət 

edilmiş olsun. Müddətin davamlı  və ya əhəmiyyətli olmasını müəyyən etmək zamanı mülahizə 

tətbiq olunur. Bu zaman mülahizədən istifadə edərkən, Qrup digər amillər ilə  bərabər səhm 

qiymətinin dəyişmələrini nəzərə alır. Əlavə olaraq, aşınma belə halda baş verə bilər ki, investorun 

maliyyə durumunun, sənaye bölməsi və ya sektorunun vəziyyətinin pisləşməsi barəsində sübutlar 

olsun, texnologiyada və  əməliyyat və ya maliyyə pul vəsaitləri hərəkətlərində  dəyişikliklər baş 

versin. 

 

Vergi qanunvericiliyi 



 

Azərbaycanın vergi, valyuta və gömrük qanunvericiliyi müxtəlif şərhlərə məruz qalır. 2 saylı Qeydə 

baxın. 

  

Təxirə salınmış vergi aktivlərinin uçotu  



 

Təxirə salınmış vergi aktivi vergiyə  cəlb olunan mənfəətdən gələcəkdə  çıxmalar vasitəsi ilə 

qaytarılan mənfəət vergisini təşkil edir və balansda uçota alınır. Gələcək mənfəət vergisi aktivləri o 

hallarda uçota alınır ki, münasib vergi imtiyazının alınması mümkün olsun. Gələcək üçün vergiyə 

cəlb edilən mənfəəti müəyyən etmək və  gələcəkdə real olan vergi imtiyazlarını hesablamaq üçün, 

Rəhbərlik mülahizələrdən istifadə edir və son üç il üzrə vergiyə  cəlb edilən mənfəət rəqəmləri, 

habelə müvafiq şəraitdə məntiqli sayila bilən gələcək mənfəət barədə məlumatlardan istifadə edir. 

 

Əlaqəli tərəflərlə əməliyyatların ilkin uçotu 



 

Qrup öz fəaliyyəti gedişində  əlaqəli tərəflərlə  əməliyyatlar aparır. 39 saylı BMS-ə uyğun olaraq 

maliyyə alətləri ilkin olaraq ədalətli dəyərdə uçot alınmalıdır. Lakin həmin əməliyyatların bazar və 

ya qeyri-bazar faiz dərəcələrində  həyata keçirilməsini müəyyən etmək məqsədilə bu cür 

əməliyyatlar üçün aktiv bazar mövcud olmadıqda peşəkar mülahizələrdən istifadə etmək lazım gəlir. 

Mülahizələrin irəli sürülməsinin əsasını əlaqəli olmayan tərəflərlə analoji əməliyyatların qiymətinin 

müəyyən edilməsi və effektiv faiz dərəcəsinin təhlili təşkil edir. 



Yüklə 4,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə