“ata holdiNQ”


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 4,64 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix01.09.2018
ölçüsü4,64 Mb.
#66217
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

30



 

Müddətli maliyyə aktivləri 

 

Maliyyə aktivlərini müddətli kateqoriyasına aid etmək üçün rəhbərlik özünün mülahizəsindən 

istifadə edir, ələlxüsus da bunu aktivlərin müddətinin davamiyyəti müddəti ərzində saxlamaq niyyəti 

və imkanlarına aid etmək olar. Qrup bu aktivləri müəyyən hallar istisna olmaqla, (məsələn, 

müddətin sonuna az vaxt qalmış xırda həcmi satarsa) tam sinif satış üçün sərəncamda olan aktivlər 

kateqoriyasına keçirilir. Bu səbəbdən də, investisiyalar amortizasiya edilmiş dəyər ilə deyil, ədalətli 

dəyər ilə qiymətləndirilir. 

 

 

5. 

YENİ  VƏ YA YENİDƏN  İŞLƏNMİŞ STANDARTLARIN VƏ ONLARA DAİR 

ŞƏRHLƏRİN TƏTBİQİ 

 

Cari ildə Qrup Beynəlxalq Mühasibat Uçotu Standartları  Şurası (BMUSŞ) və BMUSŞ-nin 



Beynəlxalq Maliyyə Hesabatları  Şərhləri Komitəsi (BMHK) tərəfindən qəbul edilmiş, Qupun 

fəaliyyəti üçün münasib olan, 1 yanvar 2007-ci ildən etibarən hesabat müddətlərinə  şamil olunan 

bütün yeni və yenidən işlənmiş standartları  və onlara dair şərhləri qəbul etmişdir. Bu yeni və 

yenidən işlənmiş standartları  və onlara dair şərhlərin qəbulu cari və ya əvvəlki illər üzrə 

hesabatlarda əksini tapmış məbləğlər üzrə Bankın mühasibat uçotu siyasətinə münasibətdə hər hansı 

əhəmiyyətli dəyişikliklər ilə  nəticələnməmişdir, yalnız BMHS 7 “Maliyyə Alətləri: Məlumatın 

açıqlanması” (BMHS 7) istisna olmaqla. 

 

BMHS 7, “Maliyyə Alətləri: Məlumatın açıqlanması” və “BMS 1 “Maliyyə Hesabatlarının 



Təqdimatı” Standartına əlavə dəyişikliklər – kapital barədə məlumatın açıqlanması (1 yanvar 

2007-ci il tarixindən qüvvəyə minir). BMHS 7, 1 yanvar 2007-ci ildə və ya həmin tarixdən sonra 

başlayan illik müddət üçün tətbiq edilir. BMHS 7 maliyyə  məlumatının açıqlanmasına dair yeni 

tələb və tövsiyələri müəyyən edir. BMHS 7-nin qəbulu Qrupun maliyyə alətlərinin maliyyə 

hesabatlarındakı  təsnifatlandırılmasına və qiymətləndirilməsinə  təsir göstərməmişdir. BMHS 7 

şərtlərinə müvafiq qaydada, maliyyə hesabatlarında cari və müqayisəli hesabat müddətləri üçün 

əlavə məlumat verilmişdir. 

 

BMHS 8, “Əməliyyat seqmentləri”.  Bu maliyyə hesabatları hazırlanarkən aşağıda qeyd olunan, 

Qrupa aid Standart və  təfsirlər qəbul edilmişdir, lakin bu maliyyə hesabatlarının məqsədləri üçün 

qüvvəyə minməmişdir: 1 yanvar 2009-cu il tarixindən etibarən, yeni BMHS 8, “Əməliyyat 

seqmentləri” BMUS 14 “Əməliyyat seqmentləri”-ni əvəz edəcək. Hazırda rəhbərlik gələcək müddət 

üçün bu yeni və yenidən işlənmiş Standartların qəbulunun təsirini qiymətləndirir. Qrup ehtimal edir 

ki, digər yeni Standart və  Təfsirlər Qrupun maliyyə hesabatlarına hər hansı  əhəmiyyətli maliyyə 

təsirini göstərməyəcək. 

 

Digər yeni standartlar və şərhlər 



 

Qrup 1 yanvar 2007-ci il tarixindən qüvvəyə minmiş digər yeni standartları  və ya şərhləri qəbul 

etmişdir: 

 

•  IFRIC 7, BMS 29-a uyğun olaraq yenidən hesablama yanaşmasının tətbiqi (1 mart 2006 və ya bu 



tarixdən sonra başlayan dövrlər üçün qüvvəyə minir); 

•  IFRIC 8, BMHS 2-nin tətbiq sahəsi (1 may 2006 və ya bu tarixdən sonra başlayan dövrlər üçün 

qüvvəyə minir); 

•  IFRIC 9, Əlavə elementli derivativlərin yenidən qiymətləndirilməsi  (1 iyun 2006 və ya bu 

tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir); və 

•  IFRIC 10, İlkin maliyyə hesabatları  və  dəyərsizləşmə  (1 noyabr 2006 və ya bu tarixdən sonra 

başlayan illik dövrlər üçün qüvvəyə minir). 

 

7 və 10 saylı IFRIC şərhləri Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarına  əhəmiyyətli 



dərəcədə təsir göstərməmişdir. 


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

31



 

6. 


MÜHASİBAT UÇOTU ÜZRƏ YENİLİKLƏR 

 

Qrupun 1 yanvar 2008-ci il tarixindən və ya bu tarixdən sonra başlayan hesabat dövrləri üçün 



məcburi xarakter daşıyan və ya Qrup tərəfindən əvvəllər qəbul edilməyən bəzi yeni standartlar və 

onlara dair şərhlər dərc olunmuşdur: 



 

BMHS 8, “Əməliyyat seqmentləri” (1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan illik 

dövrlər üçün qüvvəyə minir). Bu Standart borc və ya pay alətləri açıq bazarda alınıb-satılan 

təşkilatlara, eləcə  də açıq bazarda hər hansı növ alətlərin yerləşdirilməsi ilə  əlaqədar maliyyə 

hesabatlarını  tənzimləyici orqanlara təqdim edən və ya təqdim etməyi planlaşdıran müəssisələrə 

tətbiq edilir. BMHS 8 müəssisələrin öz əməliyyat seqmentləri haqqında maliyyə  və  təsviri 

məlumatları açıqlamasını  tələb edir və müəssisələrin bu cür məlumatı öz maliyyə hesabatlarında 

açıqlama qaydasını  əks etdirir. Hazırda Qrup bu Standartın onun konsolidasiya edilmiş maliyyə 

hesabatlarında seqment haqqında məlumatların açıqlanmasına göstərəcəyi təsiri qiymətləndirir. 

 

Vaxtından əvvəl ödənilmək hüququna malik olan maliyyə alətləri və ləğvetmə zamanı yaranan 

öhdəliklər – BMS 32 və BMS 1 Əlavə (1 yanvar 2009-cu il tarixindən qüvvəyə minir). Bu 

Əlavə, maliyyə öhdəliyi anlayışına cavab verən bəzi maliyyə alətlərinin kapital kimi 

təsnifləşdirilməsini tələb edir. Hazırda Qrup bu Əlavənin onun konsolidasiya edilmiş maliyyə 

hesabatlarına təsirini qiymətləndirir.  

 

BMS 23, Borc vəsaitləri üzrə xərclər (2007-ci ilin mart ayında yenidən işlənmişdir; 1 yanvar 

2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). Yenidən 

işlənmiş BMS 23, 2007-ci ilin mart ayında dərc edilmişdir. Bu Standarta edilmiş  əsas dəyişiklik 

istifadəsi və ya satışı kifayət qədər uzun müddət tələb edən aktivlərə aid olan borc vəsaitləri üzrə 

xərclərin dərhal xərcə silinməsi üsulunun ləğv edilməsidir. Buna görə müəssisə borc vəsaitləri üzrə 

xərcləri aktivin maya dəyəri kimi kapitallaşdırmalıdır. Yenidən işlənmiş Standart kapitallaşdırmaya 

başlanma tarixi 1 yanvar 2009-cu il və ya bu tarixdən sonra olan kvalifikasiyalı aktivlərə aid borc 

vəsaitləri üzrə xərclərə prospektiv qaydada tətbiq edilir. Hazırda Qrup yenidən işlənmiş Standartın 

onun konsolidasiya edilmiş maliyyə hesabatlarına təsirini qiymətləndirir. 



 

BMS 1, Maliyyə Hesabatlarının Təqdimatı (2007-ci ilin sentyabr ayında yenidən işlənmişdir;  

1 yanvar 2009-cu il və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə minir). BMS 1 

üzrə  əsas dəyişiklik mənfəət və  zərər hesabatının  ətraflı  mənfəət və  zərər hesabatı ilə  əvəz 

edilməsidir. Bu hesabata həmçinin səhmdar kapitalında qeyri-sahibkarların iştirak paylarındakı 

bütün dəyişikliklər (məsələn, satıla bilən maliyyə aktivlərinin yenidən qiymətləndirilməsi) daxildir. 

Alternativ olaraq, müəssisələr iki hesabat təqdim edə biləcəklər: ayrıca mənfəət və zərər hesabatı və 

ətraflı  mənfəət və  zərər hesabatı. Yenidən işlənmiş BMS 1 maliyyə  vəziyyəti haqqında hesabatın 

(balans hesabatı) müqayisəli məlumatların hazırlandığı  ən son dövrün başlanğıcında tərtib 

edilməsinə dair tələbi açıqlayır və yenidən təsnifləşdirmə, uçot siyasətində  dəyişikliklər və ya 

səhvlərin düzəldilməsi ilə bağlı hər dəfə müqayisəli məlumatı yeniləşdirərək, müəssisə bu müddət 

üzrə müqayisəli məlumatı təqdim edir. Qrup hesab edir ki, yenidən işlənmiş BMS 1 onun maliyyə 

hesabatlarının təqdimatına təsir göstərəcək, lakin konkret əməliyyatların və ya qalıqların tanınması 

və ya ölçülməsinə heç bir təsir göstərməyəcəkdir. 



 

BMS 27, Konsolidasiya Edilmiş və Konsolidasiya Edilməmiş Hesabatlar (yanvar, 2008-ci ildə 

yenidən işlənmişdir; 1 iyul 2009 və ya bu tarixdən sonra başlayan illik dövrlər üçün qüvvəyə 

minir).  Yenidən işlənmiş BMS 27 şirkətdən ümumi gəlirlərin baş müəssisə sahiblərinə və nəzarət 

olunmayan pay sahiblərinə (bundan əvvəl “azlığın payı”) aid edilməsini tələb edir (hətta nəzarət 

olunmayan pay üzrə  nəticələrin kəsir olduğu təqdirdə). Qüvvədə olan standart əksər hallarda artıq 

zərərlərin baş müəssisənin sahiblərinə aid edilməsini tələb edir. Bundan əlavə, yenidən işlənmiş 

standartda göstərilir ki, baş müəssisənin törəmə müəssisədəki iştirak payında nəzarətin itirilməsi ilə 

nəticələnməyəcək dəyişikliklər səhm alətləri üzrə əməliyyatlar kimi uçota alınsın. Standart həmçinin 

törəmə müəssisə üzrə nəzarətin itirilməsi nəticəsində yaranan hər hansı mənfəət və zərərin müəssisə 

tərəfindən qiymətləndirilməsini müəyyənləşdirir. Nəzarətin itirildiyi tarixdə keçmiş törəmə 

müəssisədə  saxlanılmış investisiyalar ədalətli dəyərlə ölçülməlidir. Hazırda Qrup yenidən işlənmiş 

Standartın onun konsolidasiya edilmiş maliyyə hesabatlarına təsirini qiymətləndirir. 




Yüklə 4,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə