“ata holdiNQ”


“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ



Yüklə 4,64 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix01.09.2018
ölçüsü4,64 Mb.
#66217
1   2   3   4   5   6   7   8   9   ...   34

“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

16



 

Minoritar maraqların alınması  

 

Minoritar marağın qalıq dəyəri ilə onu almaq üçün sərf edilmiş vəsaitlər arasındakı hər hansı fərq 

kapital üzrə mədaxil və ya zərər kimi uçota alınır. 

 

Ümumi nəzarət altında olan tərəflərdən törəmə müəssisələrin alınması  



 

Ümumi nəzarət altında olan tərəflərdən törəmə müəssisələrin alınması maraqların toplanması 

metodu  əsasında uçota alınır. Bu metoda müvafiq qaydada alınmış hüquqi şəxsin maliyyə 

hesabatları bu şəxslərin  ən tez olan hesabat müddətindən etibarən birgə olmaları  fərziyyəsi ilə 

təqdim olunur. Ümumi nəzarətə keçmiş törəmə müəssisənin aktiv və öhdəlikləri  əvvəlki hüquqi 

şəxsin qalıq dəyəri üzrə uçota alınır. Nəzarətə keçmiş hüquqi şəxsin həmin vaxta qədər olan 

satınalmalarına aid müvafiq “qudvil” də həmin maliyyə hesabatlarına daxil edilir. Xalis aktivlər, o 

cümlədən nəzarətə keçirilmiş hüquqi şəxsin “qudvil” ilə xalis dəyər arasındakı  hər hansı  fərq və 

ödənilmiş qiymət bu konsolidasiya edilmiş maliyyə hesabatlarında kapital üzrə düzəliş kimi uçota 

alınır. 


 

Assosiasiya olunmuş müəssisələrə investisiya qoyuluşları  

 

Assosiasiya olunmuş müəssisə dedikdə, elə hüquqi şəxslər nəzərdə tutulur ki, Qrup onların üzərində 

nəzarətə deyil, əhəmiyyətli dərəcədə təsirə malik olsun, və bir qayda olaraq bu təsir özünü səsvermə 

hüquqlarının 20-50%-nə sahiblikdə tapır. Assosiasiya olunmuş müəssisələrə investisiya qoyuluşları 

mühasibat uçotunun kapital metodu ilə və ilk əvvəlki faktiki xərc ilə uçota alınır, əlaqədar şəxslərin 

qalıq dəyərinə satınalma zamanı müəyyən edilmiş “qudvil” də daxil edilir, lakin bu zaman hər hansı 

zərərlər üzrə ehtiyatlar çıxılır. Assosiasiya olunmuş müəssisə alındıqdan sonra yaranan mənfəət və 

ya zərərdə Qrupun payı konsolidasiya edilmiş gəlir haqqında hesabatda qeyd olunur, habelə Qrupun 

satın alınmadan sonrakı dövrdə ehtiyatların hərəkətindəki payı ehtiyatların tərkibinə daxil edilir. 

Assosiasiya olunmuş müəssisəyə münasibətdə Qrupun zərərdəki payı onun həmin əlaqədar şəxsdəki 

payına, o cümlədən hər hansı təmin edilməmiş alınmalı borclara, bərabər olduqda və ya ondan artıq 

olduqda, Qrup hər hansı sonrakı  zərəri uçota almır, lakin belə  şərtlə ki, Qrup öhdəlikləri qəbul 

etməsin və ya əlaqədar şəxs adından ödənişləri aparmış olmasın. 

 

Qrup ilə onun Assosiasiya olunmuş müəssisələri arasındakı  əməliyyatlardan yaranan 



gerçəkləşməmiş gəlirlər Qrupun Assosiasiya olunmuş müəssisələrinin tərkibindəki pay dərəcəsində 

nəzərə alınmaqla ləğv edilir; əqd ilə  təqdim olunan aktivin aşınması  aşkar olaraq nümayiş 

etdirilmirsə, baş verməmiş zərərlər də nəzərə alınmır. 

 

Əsas qiymətləndirmə şərtləri 



 

Qrup maliyyə aktiv və öhdəliklərini balansda müvafiq instrument üzrə müqavilə öhdəliyinə  tərəf 

olduqdan sonra uçota alır. Maliyyə aktiv və öhdəliklərinin mütəmadi alış  və satışı ödəniş tarixi 

əsasında uçota alınır. Alqı-satqı tarixi ilə ödəniş tarixi arasında olan müddətdə  ədalətli dəyər ilə 

sonradan qiymətləndiriləcək maliyyə aktiv və öhdəlikləri mütəmadi alış  və satışı, satın alınan 

instrumentlər ilə eyni qaydada uçota alınır. 

 

Maliyyə aktiv və öhdəlikləri ilk əvvəl ədalətli dəyər üstəgəl, ədalətli dəyərlə olmayan maliyyə aktivi 



və ya maliyyə öhdəliyinə münasibətdə birbaşa olaraq maliyyə aktivi və ya maliyyə öhdəliyinin 

alınması  və ya verilməsinə aid olan mənfəət və ya zərər üzrə  əqd xərcləri nəzərə alınmaqla uçota 

alınır. Bu bəndlərin təkrar qiymətləndirilməsi üçün mühasibat uçotu qaydaları aşağıda qeyd edilmiş 

müvafiq mühasibat uçotu qaydalarında təsvir olunur. 

 



“ATA HOLDİNQ” AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ  

 

MALİYYƏ HESABATLARI ÜZRƏ QEYDLƏR  

31 DEKABR 2007-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı) 

 

17



 

Əmlak, qurğu və avadanlıqlar  

 

Əmlak, qurğu və avadanlıqlar tələb olunduğu hallarda toplanmış amortizasiya və ehtiyatlar üzrə 



ayırmalar çıxılmaqla faktiki dəyər əsasında uçota alınır. 

 

Xırda təmir işləri və texniki xidmətlərin qiyməti ödənildiyi zamanda uçota alınır. Hər hansı əmlak, 



qurğu və avadanlıqların vacib hissələrinin  əvəz edilməsi qiyməti kapitallaşdırılır və  əvəz edilmiş 

hissə istifadədən çıxarılır. 

 

Hər bir hesabat tarixində  rəhbərlik hər hansı  əmlak, qurğu və avadanlıqların aşınmasına dair 



işarələrin olub-olmamasını müəyyən edir. Hər hansı belə  işarə olarsa, rəhbərlik alına biləcək 

məbləği müəyyən edir və həmin məbləğ kimi aktivin ədalətli dəyərindən satış xərcləri çıxıldıqdan 

sonra qalan məbləğ  və ya daha yüksək olduqda, onun istifadə  dəyəri nəzərə alınır. Qalıq məbləğ 

alına biləcək məbləğə  qədər azaldılır və  aşınma üzrə itki gəlir haqqında hesabatda qeyd olunur. 

Aşınma üzrə itki əvvəlki illər üçün aktivə aid olduqda belə halda xətm edilir ki, aktivin istifadə 

dəyərini müəyyən edərkən istifadə olunmuş  təxminlərdə  və ya aktivin ədalətli dəyərindən satış 

xərcləri çıxıldıqdan sonra qalan məbləğdə dəyişiklik baş versin. 

 

Satış üzrə  mədaxil və itkilər alınmış  vəsaitlərin müqayisəsi vasitəsi ilə müəyyən olunur, qalıq isə 



mənfəət və ya zərər kimi uçota alınır. 

 

Amortizasiya 



 

Torpaq sahələri amortizasiya edilmir. Digər əmlak, qurğu və avadanlıqlar üzrə amortizasiya həmin 

əmlak, qurğu və avadanlıqların qiymətini təxmin edilən faydalı istifadə müddət üzrə qalıq dəyərinə 

əsasən bölmək üçün birbaşa xətt metodu üzrə hesablanır:  

 

Binalar və digər daşınmaz əmlak 7% 



Mebel və qurğular 25-20% 

Kompüter avadanlığı 25-20% 

Digər əsas vəsaitlər 20% 

Nəqliyyat vasitələri  

25% 

Qeyri-maddi aktivlər 10% 



 

 

Aktivin qalıq dəyəri dedikdə aktivin artıq istifadə edilmiş olması  və istifadə müddətinin sonunda 



olacağı  vəziyyətdə olması  fərziyyəsi ilə Qrupun həmin aktivin satışından  əldə edə biləcəyi 

vəsaitlərin məbləği, çıxılsın satışın təxmini xərcləri, nəzərdə tutulur. Aktivin qalıq dəyəri belə halda 

sıfır olur ki, Qrup həmin aktivi onun istifadə müddətinin sonuna qədər istifadədə saxlamaq 

niyyətində olsun. Aktivlərin qalıq dəyərləri və istifadə müddətləri hər bir balans tarixində müvafiq 

surətdə yenidən təhlil edilir və dəqiqləşdirilir. 

 

Əməliyyat lizinqləri 



 

Qrup icarə üzrə icarəçi olduqda və bu zaman həmin icarə müqaviləsi üzrə mülkiyyət hüququ ilə 

bağlı olan əsasən bütün risk və faydalar icarədardan Qrupa keçmədikdə, ümumi icarə ödənişləri 

icarə müddəti üçün birbaşa xətt prinsipi ilə mənfəət və ya zərərə aid edilir. 

 

Aktivlər istismar icarəsi üzrə icarəyə verildiyi halda, alınacaq icarə haqqı məbləğləri icarə müddəti 



üçün birbaşa xətt prinsipi ilə icarədən gəlir kimi uçota alınır. 


Yüklə 4,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə