ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
109
NEONATAL İNFEKSİYALARIN RASTGƏLMƏ TEZLİYİ
Lamiyə FƏRZƏLİYEVA, Əsmər BAYRAMOVA, Arzu ALXASOVA
İşin rəhbəri: RƏHIMOVA Nailə, MANAFOVA Aygun
K.Y. Fərəcova Elmi-Tədqiqat Pediatriya İnstitutu
Açar sözlər: neonatal infeksiyası, yenidoğulanlar,rastgəlmə tezliyi
Neonatal infeksiyalar ölüdoğulma, vaxtından əvvəl doğulma, perinatal ölüm göstəriciləri və
erkən əlilliyin yaranma səbəbləri arasında əsas yerlərdən birini tutur. İnfeksion xəstəliklər
hospitalizasiya olunan vaxtında doğulanlar arasında 50-60%,vaxtından əvvəl doğulanlarda isə 70%
təşkil edir.
Tədqiqatın məqsədi: yenidoğulanlarda neonatal infeksiyaların rast gəlmə tezliyi öyrənilməsi.
K.Fərəcova adına Elmi-tədqiqat Pediatriya İnstitutunun patologiya şöbəsində 2016-ci ildə 1692
yenidoğulan müşahidə altında olmuşdur.
Bütün uşaqlara kompleks laborator-instrumental müayinələr olunmuşdur: qanın, sidiyin, nəcisin
ümumi müayinəsi, qanda qlükoza və digər biokimyəvi göstəricilər, qanın turşu-qələvi vəziyyəti, qan
zərdabında C-reaktiv zülalın təyini, qanın, nəcisin əkilməsi və s. aparılmışsır. İşin gedişində klinik,
instrumental, immunoloji müayinə metodlarından istifadə olunmuşdur.
Neonatal infeksiyaların inkişafında əsas risk faktorları anaların ağırlaşmış somatik, mamalıq-
ginekoloji anamnezi olmuşdur. Müayinə olunmuş yenidoğulmuşların arasında 54-də (3,2%) infeksion –
iltihabi xəstəliklər, o cümlədən sepsis 40 (2,3%) yerli forma piodermiya, omfalit, konyunktivit,
dakrosistit, otit, abses aşkar edilmişdir. İnfeksion-iltihabi xəstələnmənin təhlilində septisemiya 23,
septikopiemiya 17 yenidoğulmuşda aşkar edilmiş, onlardan 7 xəstədə erkən sepsis tapılmışdır.
Müayinə olunmuş yenidoğulmuşlarda septiki proses yayılmış damar daxili laxtalanma (2), enterokolit
(52), nekrotik enterokolit (22), ventrikulit (9), meningit (2), hematogen osteomielit (12), irinli artrit (10)
ilə ağırlaşmışdır.
Bətndaxili infeksiya aşkar olunmuş 168 (99%) yenidoğulmuşların 98 (58,3%) nəfərində
monositomeqalovirus infeksiyası, qalanlarında isə qarışıq infeksiyaya (sitomeqalo, herpes infeksiya,
toksoplazmoz) rast gəlmişdir. Bətndaxili infeksiya üçün həyatın ilk günündən yüksək hərarət,
intoksikasiya, hemodinamik pozğunluq, hepato splenomeqaliya, uzanmış sarılıq xarakterikdir. Fetal
hepatit 19 (1,1%) yenidoğulmuşda rast gəlmişdir. Xəstəlik nəzərə çarpan sarılıq, yüksək transaminaz,
düz hiperbilirubin emiya, hepatomeqaliya və ya hepatosplenomeqaliya ilə müşayiət olunmuşdur.
Qaraciyərin ultrasəs müayinəsi qaraciyər ölçüsünün böyüməsini, exogenliyinin artmasını, damarların
vertikallaşmasını üzə çıxarmağa əsas verir.
Yenidoğulmuşlarda perinatal infeksiyaların müalicəsinə etiotrop, immunəvəzedici və
immunmodulyator terapiya aparılmışdır. Bu körpələrdə infeksion – iltihabi xəstəliklərin kompleks
müalicə və rasional diaqnostika üsulların işlənib hazırlanması üçün gələcəkdə bu xəstəliklərin daha
ətraflı araşdırılması vacib hesab olunur.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
110
ATUREK - 5: Cərrahiyyə / Uşaq cərrahiyyəsi bölməsi
POSTQASTREKTOMİK SİNDROM DEMPİNQ
SİNDROMUNUN MÜALİCƏ ÜSULLARI
Xədicə Mustafayeva
İşin rəhbəri: Rüstəm Məmmədov
ATU TCK, Ümumi cərrahiyyə və anesteziologiya kafedrası
Açar sözlər: Dolğunluq, Hipovolemiya, Kramp tərzində ağrılar.
Giriş: Dempinq sindromu genəlliklə Billroth 2 əməliyyatlarından sonra pilor kanalının
çıxarılmasına bağlı oluşan hiperosmolyar qidaların ani kontrolsuz jejenuma doluşudur. Dempinq
sindromlu xəstələr yeməklərdən 10-15 dəqiqə sonra qusar və rahatlanırlar. Erkən Dempinq
sindromunda əsas klinik əlamətlər: dolğunluq, kramp tərzi ağrı,bulantı, qusma. Eyni zamanda
xəstələrdə hipovolemiya, hipotansiyon, taşikardiya da qeyd edilir. Vazoaktiv aminlərin ifrazına bağlı
flusing, qarın ağrısı, tərləmə, ishal, çarpıntı,
astma bənzəri əlamətlər qeyd edilir.
İfraz olunan aminlər: Serotonin,
VİP, GİP,Histamin, Nörotenzin.
Məqsəd:
Dempinq
sindromunun
müalicəsində əsas olaraq az-az sıx-sıx
qidalanma tövsiyyə olunur. Erkən Dempinq
sindromunda Somotostatin preparatı tətbiq
edilir.Belə ki, bu preparat bütün vazoaktiv
aminlərin ifrazını zəiflədir və Dempinq sindromu əlamətlərinin ortaya çıxmasının qarşısını alır.
Material və metodlar: 2015-2017 illər ərzində 10 xəstəmiz nəzarətimiz altında müalicə almışdır.
Xəstələrin 8-də Somotostatin preparatı, 2 xəstədə cərrahi əməliyyat jejenum eksplorasyonu tətbiq
edilmişdir. Somotostatin qəbul edən xəstələrin 7-də müalicə müsbət nəticə vermiş, 1-də isə gec
Dempinq sindromu baş verdiyi üçün xəstəyə Akarboz verilmişdir. 2 xəstəmizdə son seçim olaraq
cərrahi jejenum eksplorasyonu tətbiq edilmişdir.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
111
Nəticələr: Somotostatin tətbiq edilən xəstələrdə 8-dən 7-də vazoaktiv aminlərin ifrazının
zəifləməsinə bağlı olaraq əlamətlər aradan qalxmışdır. 8-dən 1 xəstədə gec Dempinq sindromu baş
verdiyi üçün Akarboz tətbiq olunmuş və Reaktiv Hiperinsulinizm, Reaktiv Hipoglisemi əlamətləri
aradan qalxmışdır. 2 xəstədə isə ağırlaşma olduğu üçün cərrahi müəlicə tətbiq edilmişdir. 10 xəstədən
yalnız birində letallıq qeyd edilmişdir.
Yekun: Postqastrektomik sindrom olan Erkən Dempinq sindromunun müalicəsində
Somotostatin preparatları standart müalicə seçimi olaraq qiymətləndirilmişdir.
Dostları ilə paylaş: |