ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
114
LAPAROSKOPİK XOLESİSTEKTOMİYALAR ZAMANI RASTLAŞDIĞIMIZ DAMAR
ANOMALİYALARI
Sevinc Qiyaslı
İşin rəhbəri: Elçin Ağayev
ATU TCK, Ümumi cərrahlıq və anesteziologiya kafedrası
Açar sözlər: Laparoskopiya, xolesistektomoya, damar anomaliyaları.
Giriş. Öd yollarının və öd kisə arteriyasının anomaliyalarına tez-tez rast gəlinir. Bunlardan sağ
və hər iki qaraciyər axarının öd kisəsi boynuna açılması, qaraciyərdən xaric öd yollarının atreziyası və
kistası, öd yollarının divertikulu, öd kisəsi arteriyasının anomaliyalarından isə onun sayının çoxluğu,
başlanma yerinin fərqliliyi və s. qeyd oluna bilər. Bu damar qüsurları cərrahi müdaxilələr zamanı ciddi
fəsadlara, o cümlədən intensiv qanamalara səbəb ola bilər.
Məqsəd. Tədqiqatlarımızın məqsədi laparoskopik xolesistektomiyalar zaman yarana biləcə
ciddi fəsadların qarşısının alınması üçün qaraciyər və öd kisəsi arteriyalarının rast gəlinən bəzi
anomaliyaları barədə gənc cərrahları bilgiləndirməkdən ibarətdir.
Material və metodlar. 2015-ci ilin oktyabr ayından bu günə qədər tərəfimizdən 71 xəstədə
laparoskopik xolesistektomiya əməliyyatı həyata keçrilmişdir. Bunlardan 58-i (81,7%) planlı, 13-ü
(18,3%) isə təcili qaydada icra olunmuşdur. Təcili qaydada əməliyyat olunan xəstələrin əksəriyyətində
öd kisəsinin fleqmanoz-qanqrenoz dəyişikliyə uğraması müəyyənləşdirilmiş və bu xəstələr də
laparoskopik olaraq əməliyyat olunmuşlar.
Nəticələr. 71 xəstən 9-da (12,7%) qaraciyər (2) və öd kisəsi (7) arteriyalarının müxtəlif anomalik
variantları ilə rastlaşmışıq. 1 (1,4%) xəstədə sağ qaraciyər arteriyası, 1 (1,4%) xəstədə isə ümumi
qaraciyər arteriyası “qövsvari” ( yerləşərək öd kisəsinin Qartman cibi ilə bitişmə halından olmuş
və hər iki halda kisə arteriyası qövsün zirvəsindən başlamışdır. Birinci halda periton səhifəsi altından
qabaran sağ qaraciyər arteriyası limfa düyününü, ikinci halda isə kisə arteriyasını xatırlamışdır. Əyər
əməliyyatlar təcrübəsiz cərrah tərəfindən icra edilmiş olsaydı birinci halda sağ qaraciyər arteriyasının
zədələnməsi, ikinci halda isə ümumi qaraciyər arteriyasının bağlanması baş verə bilərdi. 7 (9,9%)
xəstədə öd kisəsi arteriyasının anomaliyalarına rast gəlmişik. Bunlardan öd kisə arteriyasının ümumi
qaraciyər arteriyasından erkən ayrilması, çoxsaylı olması və ölçülərinin böyük olması hallarını qeyd edə
bilərik.
Müzakirə. Laparoskopik xolesistektomiya əməliyyatlarının icrası zamanı qaraciyər arteriyası
və onun şaxələrinin anomalik variantlarının rast gəlmə ehtimalı yüksəkdir. Bu baxımdan əməliyyatın
təcrübəli cərrahlar tərəfindən icra edilməsi və ya köməkçi həkimin təcrübəli olması vacibdir.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
115
PİYLƏNMƏNİN MÜALİCƏSİNDƏ BARİATRİK CƏRRAHİYYƏNİN ROLU
Ülviyyə Vəliyeva
İşin rəhbəri: t.e.d Abbasov P.A., t.ü.f.d Nəcəfquliyeva P.H.
ATU TCK, II Cərrahi xəstəliklər kafedrası
Açar sözlər: Bariatrik cərrahiyyə, piylənmə, metabolik cərrahiyyə
Giriş: Piylənmə multifaktorial xəstəlik olub genetik, daxili və xarici faktorların kombinasiyasını
özündə birləşdirir. Piylənmənin cərrahi müalicəsi piylənmənin bəsit müalicəsindən çox onunla yanaşı
gedən xəstəliklərin və ağırlaşmaların müalicəsinə yönəlmişdir. Bariatrik cərrahiyyə ciddi piylənməsi
olan xəstələrin (BKİ > 35 kq/m
2
) müalicəsində sübut edilmiş və effektiv olan tək müalicə metodudur.
Məqsəd: Bariatrik cərrahiyyə əməliyyatlarının nəticələrinin araşdırılması.
Material və metodlar: ATU-nun Cərrahi xəstəliklər kafedrasının bazalarında 2013-2016-ci illərdə
46 xəstədə bariatrik cərrahiyyə əməliyyatı aparılmışdır. Xəstələrdən 5-i kişi, 41-i qadın olmuşdur. Yaşı
ən kiçik 23, yaşı ən böyük xəstəmiz 64 yaşında olmuşdur. II tip şəkərli diabet və glükoza tolerans
pozğunluğu 29 xəstədə rast gəlinmişdir. Xolesterin və triqliserid yüksəkliyi 37 xəstədə müşahidə
edilmişdir. Yuxu apnoyesi 32 xəstədə qeydə alınmış və bir xəstədən başqa bunların hamısında bədən
çəkisi 100 kg-dan artıq olmuşdur. Arterial hipertoniya 30 xəstədə müşahidə edilmişdir. BKİ ən azı
35,3 kg/m2, ən çoxu 64,5kg/m2 olmuşdur. Ən kiçik boylu xəstəmiz 146 cm, ən hündür boylu xəstəmiz
179 cm olmuşdur. Xəstələri bədən çəkisinə görə böldükdə minimal 94 kg, maksimal 203 kg olmuşdur.
Qanda insulinin miqdarı 29 xəstədə normadan yuxarı görsənmişdir. Xəstələrdən 2-si diz oynağı
problemi və buna görə endoprotez əməliyyatı ilə əlaqədar ortoped-travmatoloqa müraciət etmiş, ilk
öncə bədən çəkisinin azaldılması məsləhət görülmüş və bariatrik cərrahiyyə əməliyyatı üçün bizə
göndərilmişdir. Bu xəstələrin yaşı 55 və 64, BKİ 53 kg/m2 və 58 kg/m2 olmuşdur. Xəstələrdən 2-də
əvvəllər mədə balonu əməliyyatı aparılmış və 6 ay ərzində 7 və 11 kg arıqlamışlar. Balon mədədən
cıxarıldıqdan sonra yenidən təkrar həmin kilonu almışdırlar. Qadın xəstələrin 41-dən 37-də genital
funksiyaların pozğunluğu, o cümlədən yumurtalıqların disfunksiyası, aybaşı pozğunluğu, hormonal
disbalans, 2 qadında isə 1 ildən artıq davam edən sonsuzluq müşahidə edilmişdir.
Nəticələr: Əməliyyatdan sonrakı təqib müddəti 1- 20 ay olmuşdur. 6 ay ərzində kilo azalması
artıq çəkinin 70-50%-i, ümumi çəkinin 25-48%-ini təşkil etmişdir. Yuxu apnoyesi 28 xəstədə aradan
qalxmışdır. Qanda şəkərin miqdarı 27 xəstədə normal miqdarda müşahidə edilmişdir. Təkrar kilo alma
bir xəstədə qeyd edilmişdir, 7 kg artmışdır. Səbəbi psixoloji halı, depressiyası ilə əlaqəli olmuşdur.
Qanda xolesterin miqdarı 32 xəstədə, triqliseridlərin miqdarı 34 xəstədə normal ölçülərdə olmuşdur.
İnsulinin qanda miqdari ilk 2 ay ərzində 7 xəstədə, ilk 6 ay ərzində 20 xəstədə normal həddə olmuşdur.
Qadınlardan 35-də aybaşı normallaşmışdır.
Yekun: Piylənmə ciddi tibbi, sosial və psixoloji problem olmaqla yanaşı, ölümün qarşısı
alınabilən səbəblərindəndir. Bu baxımdan Bariatrik və Metabolik Cərrahiyyənin bütün metodları
piylənmə problemi olan xəstələrin artıq çəki itirməsinə, piylənmənin səbəb olduğu ağırlaşmaların
aradan qalxmasına, onların həyat keyfiyyətinin və yaşama müddətinin artmasına xidmət edən əvəvsiz
vasitədir.
Dostları ilə paylaş: |