|
Avqust bentonFıratın hakimi Əli MollaBenton PDF.çapıFıratın hakimi Əli Molla
. Bir çayın kənarında yerləşən
Roycaq adlı balaca yunan kəndindən keçdik və Fırata çatdıq. Bu
şəhər alçaq dağların arasında yerləşirdi. Onun şərq sərhəddini
Merisa dərəsi, yaxud qədim Hebrus çayı təşkil edirdi.
Fırat qədim şəhər təsiri bağışlayırdı. Çünki ağacların altında
yunan təsisatına oxşayan su xətti axırdı. Buradakı məscid də ilkin
dövr xristianlarının kilsəsinə bənzəyirdi.
Fıratın hakiminin adı Əli Molla idi. Qarahəsən kimi, o da bir
vaxtlar yolkəsən olmuşdur. Hazırda o, böyük bir sərvət sahibidir
və məntəqəni fəth edəndən və başqa yolkəsənləri qovandan sonra
buranın hakimi olmuşdur. Burada atları dəyişməli olduğumuzdan
mən hakimin yanına getdim. Onun qəribə bir çöhrəsi vardı. Da-
nışmayanda və fikrə gedəndə hörmətli və mehriban bir şəxsə bən-
zəyirdi. Ancaq hərəkət edəndə və gülümsəyəndə nifrətamiz bir
görünüşə sahib olurdu. Hər halda mən ondan həmin gecə atları-
mızı dəyişməyə icazə ala bildim. Biz yubanmadan Merisa çayının
dərəsi ilə yola çıxdıq.
Dostları ilə paylaş: |
|
|