|
Avqust bentonBenton PDF.çapıUrfanın xatirəsi
. Merisa çayının dərəsi Urfanın qəmli bir
macərası ilə məşhurdur. Bu dərədən keçəndə qamışlıqlardan əsən
külək, sanki, Urfa nəğməsini oxuyur və Yuridusun adını zümzü-
mə edirdi.
İti sürətlə bu çaydan keçdik, bütün gecəni yol getdikdən son-
ra Quzana yetişdik və onun çaparxanasında olan yaxşı bir həyətə
daxil olduq. Həyətin ortasında gözəl bir çeşmə axırdı. Onun ətra-
fında ağaclar əkilmişdi. Ərazi çox səfalı idi. Biz çox təəssüf etdik
ki, kaş, Fıratda deyil, burada dayanaydıq. Quzan şəhərindən çı-
xandan sonra Dardanel burnuna tərəf uzanan bir təpənin kənarın-
dan keçərək bir yunan kəndinə yetişdik. Kənd qarət edilmiş və
yandırılmışdı. Görünür, kəndin sakinləri yoxsulluqdan yolkəsən-
lərin xəracını ödəyə bilməmişdilər.
|
|
|