Avqust benton


İstanbul ətrafında gəzinti



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə25/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   21   22   23   24   25   26   27   28   ...   101
Benton PDF.çapı

İstanbul ətrafında gəzinti
. Keçən cümə günü Fransa səfir-
liyinin bir əməkdaşı ilə mühafizəçi götürmədən atlara minib, İs-
tanbulun  Avropa  sahillərini  gəzməyə  çıxdıq.  Belə  qərara  gəlin-
mişdi ki, onun sabahısı günü Sultanın atlarını həmin tərəfdə otar-
sınlar. O vaxtdan heç kimin o əraziyə girməyə ixtiyarı olmaya-
caqdı. Ona görə də insanlar imkan varkən Avropa yaxasında hava 
almağa və dostları ilə görüşməyə çıxmışdılar.  
Çoxsaylı göllərin və hovuzların hissələrə ayırdığı sıx meşəli 
və gözəl çaylı yaşıl bir vadi təsəvvür edin. Bu arada müxtəlif gö-
zəl bayram libaslarında gəzintiyə çıxmış on mindən çox türk qa-
dını və kişisi füsunkar bir mənzərə yaradırdı.  
Qadınlar bir  yerə  toplaşmışdılar və  tanınmış  adamların nö-
kərləri  xanımlara  maraq  göstərən  camaatı  onların  ətrafından 
uzaqlaşdırırdılar. Qadınların çadraları bir cür idi. Bu çadralar on-
ların əndamlarının gözəlliklərini gizlətsələr də, çox gözəl parlaq 
gözləri və sifətlərinin bir hissəsi bəzən naz-qəmzədən, bəzən də 
maraqdan çadranın altından görünürdü. Bu qadınlar 6-8 nəfərlik 
ensiz və örtülü faytonlarda dəniz sahilinə gəlirdilər. Hər bir fay-
tonu bir neçə at çəkirdi. Faytonu mehtər idarə edirdi. Faytonlar-
dan enən və istirahət yerinə gələn şərq qadınları haqqında deyir-
dilər ki, onlar uzun boylu və qaraşındırlar. Dəniz sahilindəki mü-
səlmanlar arasında ancaq biz xristian idik. Buna baxmayaraq on-
lar bizi bir ailənin üzvləri kimi qəbul edir və çalışırdılar ki, bizə 
olan ehtiramlarını mümkün qədər tez biruzə versinlər. Bizə mü-
raciətdə onlar “Rəisim”, “Ağam” mənasını ifadə edən “Əfəndim” 
və ya “Sultanım” ifadələrini işlədir, bizə qəlyan çəkməyi, yaxud 
da qəhvə içməyi təklif edirdilər. Əlacsız olanda bir neçə belə tək-
lifə qarşı üzrxahlıq edib qəbul etmirdik.  
Biz o xoş və sevimli məkandan ayrıldıq. Arada atlarımızı bir 
neçə yoxsul türkə əmanət etmişdik, ancaq onların atları oğurlaya-
cağı düşüncəsi ilə bir an da olsa, narahatçılıq keçirmədik. Çünki 
Türkiyədə insanlar əmanətə xəyanət etmirlər. Burada tacir düka-
nını tərk edəndə açıq qoyduğu dükanının qapısının ağzına çəpəki 


37 
bir taxta parçası qoyur. Bunun mənası odur ki, sahibkar yoxdur
22

Yolkəsənlərin olduğu və ticarətin inkişaf etdiyi bir ölkədə belə bir 
vəziyyət insana qəribə gəlir.  
Aya Sofya məscidindən söhbət  açmıram.  Çünki ondan çox 
bəhs etmişlər. Ancaq səyyahlara tövsiyyəm odur ki, onun yaxın-
lığındakı möhtəşəm Sultan Əhməd məscidinə At meydanı səm-
tindən tamaşa etsinlər. Bu cah-cəlallı meydanın ortasında iki qə-
dim sütun vardır. Onun ətrafında gözəl ağaclar və hündür günbəz-
lərli əzəmətli imarət mövcuddur. Bu elə bir tabloya bənzəyir ki, 
onun  panoramasını  Türkiyənin  Asiya  yaxası  və  Bosfor  boğazı 
təşkil edir. Ərazinin alçaq-ucalıqları, hər iki sahildəki cah-cəlallı 
bağlar, evlər və köşklər al-əlvan və möhtəşəm bir mənzərə yara-
dır. Rəssam Melinqin rəsmlərinin vəsfini çox eşitmişik. Bir vaxt 
onları çap etsələr, bu mənzərələr haqqında daha artıq məlumatlı 
olacağıq.  

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə