Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə23/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   19   20   21   22   23   24   25   26   ...   101
Benton PDF.çapı

İstanbulun mənzərəsi
. O gün hava olduqca əla idi. Pəncə-
rədən füsunkar bir mənzərə görünürdü. Sağ tərəfdə İstanbul şəhə-
ri yerləşirdi. Həmişəbahar kolları və yenicə göyərən ağaclar, tünd 
rəngli kiçik taxta evlər, göylərə ucalan gözəl minarəli böyük və 
ağ məscidlər bir-biri ilə xüsusi harmoniya təşkil edirdilər. Bir az 
aralıda sərv və sənubər ağacları ilə örtülmüş bir təpə görünürdü.  
Onların arasında ağ imarətlər, gözəl köşklər, kiçik və böyük qızılı 
künbəzlər gözə dəyirdi. Onlar günəşin şüaları altında xüsusi gö-
zəlliyə  sahib  idilər  və  qəlb  oxşayırdılar.  Mən  Bosfor  boğazının 
sakit suları və limandan keçən və dünyanın dörd bir yanına gedən 
minlərlə  gəminin  gözəlliklərinə  tamaşa  edərək  zövq  alırdım. 
Uzaqdan Prins adası da görünürdü. O, bu mənzərəyə xüsusi gö-
zəllik qatırdı. Sol tərəfdə Türkiyənin Asiya sahillərinin mənzərəsi
 
və Üsküdar şəhəri və qarlı Olimp qalası gözə dəyirdi. Bu mənzə-
rə,  doğrudan  da,  misilsiz  idi.  Dünyanın  heç  bir  yerində  onunla 
müqayisə olunacaq bir yer yoxdur. O, hər zaman müsafirləri hey-
rətləndirəcəkdir, çünki heç kəsin təsəvvürü onu bu dərəcədə gözəl 
bir şəkildə ortaya qoymamışdır.  

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə