110
Şəhərə 2 fərsəx qalmış yavaş-yavaş Şahzadəni qarşılamağa
çıxmış tacirlərlə və digər təbəqələrdən olanlarla qarşılaşdıq. On-
lar xüsusi bir ehtiramla bizimlə birgə getməyə icazə aldılar. Şah-
zadə ancaq mollaların sırası qarşısında dayandı
və bir
müddət onlarla söhbət etdi. Keçdiyimiz son kənddə təqribən 50
nəfər kəndli yarımçılpaq halda Şahzadənin qarşısında rəqs etdi və
“Ya Əli, ya Əli” deyə səsləndilər, əllərindəki bel və külüngləri
havada yellədilər. Bir az aralıda əllərində xüsusi bayraqları olan
erməni keşişləri dayanmışdılar. Onlar Şahzadəyə “Xoş gəldiniz!”
dedilər. Şahzadə onlara cavab verdi.
Təbrizin şəhər darvazası qarşısında rəqqas, çalğıçı-xanəndə
və kəndirbaz dəstələri toplaşaraq nümayış göstərirdilər. Kəndir-
bazların bəziləri olduqca mahir idilər. Onlar böyük kəməndləri
ağır və qalın zəncirlərlə bağlayaraq qövs halına gətirir və onun
ortasından atlanırdılar. Bütün yol boyu Şahzadəyə müxtəlif şir-
niyyat təklif edilirdi. Təbrizin küçələri qiymətli parçalarla bəzə-
dilmişdi. Bəzi yerlərdə qadınlar evlərin damına çıxıb oradan qış-
qıraraq “Sənə qurban olum!” deyirdilər. Ancaq keşikçilər onları
ya xoşluqla, ya da zorla evlərə endirirdi.
Şahzadə öz sarayına çatanda top səsləri eşidildi. Bu, onun
saraya yetişməsini xəbər verirdi.
Mənim yerləşdiyim mülk Şahzadənin sarayının yaxınlığında
idi. O, iki hissədən təşkil olunmuşdu. Hissələr kiçik və gözəl bir
həyətlə bir-birindən ayrılırdı. Otaqların hamısı çox rahat idi. Bu-
rada böyük və gözəl bir tavla da inşa edilmişdi. Şahzadənin sarayı
İranda gördüyüm ən möhtəşəm binalardan biri idi.
Şahzadə mənə xidmət göstərmək üçün təqribən 20 nəfər
ayırmışdı. Onlardan birinin vəzifəsi istədiyimi hazırlamaq, almaq
və bütün məsrəflərimi qarşılamaq, bununla da, mənim pul xərclə-
məyimə imkan verməmək idi. Mənə bacarıqlı bir aşpaz da ayrıl-
mışdı. Ən ləzzətlisi isə o, idi ki, mənim üçün kifayət qədər xüsusi
Şiraz şərabı nəzərdə tutulmuşdu. Şahzadə tərəfindən belə diqqət
və qayğı görməyim Təbriz həyatımı rövnəqləndirirdi. Buna bax-
111
mayaraq, belə həyatdan artıq sıxılmışdım. Bu arada Fransadan gə-
lən bir heyət məni ümidvar etdi ki, tezliklə Avropaya qayıdacam.
Bu ümidlə təsəlli tapmağım belə, məni sevindirirdi.
Dostları ilə paylaş: