Orduda oğrunun edam edilməsi . Bir neçə gün öncə mən
bir oğrunun edam olunmasının şahidi oldum. Əvvəl onun gözlə-
rini çıxardılar, sonra əllərini, burnunu və qulaqlarını kəsdilər. Da-
ha sonra onu boğdular və başını 3 gün müddətində ordugahın ba-
zarında dar ağacından asdılar. Bu edamı ona görə təfsilatı ilə şərh
edirəm ki, iranlıların insani hisslərdən nə qədər uzaq olduqlarını
dərk edəsiniz. Halbuki bizim dinimiz olduqca mülayim bir dindir.
İranlıların hamısının belllərində dava düşəndə istifadə etmələri
üçün xənçər olur. Ancaq onlar təsadüfi hallarda dava edirlər. Çün-
ki onlar səbirli və hövsələlidirlər. Bir gün bir əsgər öz həmxidmə-
tini bıçaqlamış, bir müddət Şahzadənin at tövləsində gizlənmiş,
daha sonra qaçmış və cəzalandırılmaqdan canını qurtarmışdı.
Ayın 14-də gecə zəlzələ baş verdi. Həmin gün Şahzadə ge-
neral Sebastianidən məktub almışdı. Məktubda general Qardanın
İranda səfir təyin olunması barədə məlumat verilirdi. Məktubdan
109
məlum olurdu ki, imperator uğurlu müharibəni başa vurmuşdu.
Şahzadə bu xəbərdən sevindiyini bildirdi.