Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə87/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   83   84   85   86   87   88   89   90   ...   101
Benton PDF.çapı

İmperator bayramı
. Şahzadə eşitmişdi ki, 15 avqust impe-
rator günüdür və Fransada bu günü bayram edirlər. Bu münasi-
bətlə o, qonaqçım Əhməd xana əmr vermişdi ki, böyük bir ziyafət 
təşkil etsin və toplardan yaylım atəşi açılsın və Şahzadə kiçik bir 
qoşunla hərbi təlim keçirsin. 
Qara xanın ölümü
. Təəssüflər olsun ki, avqustun 15-də ax-
şam Türkmən elinin başçısı Qara xan dünyasını dəyişdi. O, Şah-
zadənin  uşaqlıq dostu  idi. Üç həftə əvvəl  hərbi  məşqlər zamanı 
tüfəng gülləsindən yaralanmışdı. İranlılar atış məşqləri zamanı tü-
fəngin lüləsinin ağzını yaş əsgi ilə bağlayırlar ki, atəş zamanı o, 
ağır əşya kimi atılır. Hər halda həkimlərin səriştəsizliyi və əvvəl-
də də deyildiyi kimi, şərabın çox içilməsi üzündən Qara xan dün-
yadan getdi. O, ömrünün son anlarında çox təəssüf edirdi ki, niyə 
əziz  Şahzadəsinin  aparacağı  uğurlu  döyüşdə  şəhid  olmadı?  Bu 
döyüşkən gənc indiyə qədər öz qəhrəmanlıqları və qabiliyyəti ilə 
ölkəsinə,  Şaha  və  Şahzadəyə  diqqətəlayiq  xidmətlər  etmişdi. 
Onun ölümü hər kəsi təəssüfləndirdi. 
Bizim bayramımız yasa döndü. Hamı onun tabutunun ətrafı-
na toplaşaraq namaz qılmağa məcbur olmuşdu.  İranın  igid  ellə-
rindən biri olan Qara xanın eli Fətəli şahın hakimiyyətə gəlişinə 
qədər İran şahlarına itaət etməmişdilər. Ancaq Fətəli şah padşah 
olandan sonra könüllü olaraq ona tabe olmuşdur. 
Ənənəyə görə, Qara xanın cənazəsini günortaya qədər Şah-
zadənin xüsusi odasında saxladılar. Bütün böyüklər bura gələrək, 


105 
kədərlərini ifadə etdilər və onunla vidalaşdılar. Günorta qiymətli 
şal və parçalarla örtülmüş tabut torpağa verilməsi üçün İranın şər-
qinə-mərhumun vətəni olan Ceyhun çayının yaxınlığındakı mən-
təqəyə daşındı. Tabutu daşıyan karvanın qabağında Qara xanın atı 
gedirdi. Atın üstünə qiymətli şal və parçalar salınmışdı. Onun bir 
tərəfində mərhumun qılıncı zirehi asılmışdı. Bir neçə qulam şir-
niyyat, şərbət və quru meyvələrlə dolu gümüş və qızıldan olan iri 
məcmeyilər  daşıyırdılar.  Sonra  Şahzadənin  musiqiçi  dəstəsi  yol 
gedə-gedə qismən oynaq bir musiqi ifa edirdilər. Bu mahnını hər 
cür hadisə zamanı çalırlar. Düşünürəm ki, təkcə bunu bacarırlar. 
Cənazəni bir kəcavəyə qoymuşdular. Onu Şahzadənin topçu-
ları daşıyırdılar. Karvanı müşayıət edənlərin bir hissəsi çalışırdı-
lar  ki,  tabutu  daşımaq  şərəfinə  nail  olsunlar.  Digər  böyüklər  də 
karvandan 1 fərsəx aralıda hərəkət edirdilər. Sarayda yas olması-
na  baxmayaraq,  mükəmməl  bir  şam  süfrəsi  hazırlamış  Əhməd 
xan onu iptal etmədi. Vəzir də təşrif buyurdu və biz çox gözəl və 
müfəssəl bir şam yedik. 
Ayın 16-da Şahzadə xəbər göndərdi ki, Qara xanın ölümünə 
görə  məni  qəbul  etməyəcək.  Ənənəyə  görə,  o,  mənə  meyvə  və 
yemiş göndərmişdi. Bu günlər havalar çox soyuq keçirdi. Qərar 
verilmişdi ki, mən bir qrup zabitlə birlikdə qoşunun yenidən qu-
rulması ilə məşğul olaq. Bunun üçün həmin zabitlər mənim çadı-
rıma toplaşmışdılar. Onlar mənim nəzarətim altında görüləcək iş-
ləri layihələndirməli idilər. Bu arada gözlərimin ağrısı məni hər 
cür başqa işlər görməkdən məhrum etmişdi. 
Ayın 21-də atla dolaşarkən ordugahın ətrafında bir neçə sö-
yüd ağacı gördüm və sevindim. Çünki aylarla ağac görməmişdim. 
Ayın 22-də Şah sarayının rəssamı və memarı olan və “Çətir-
çibaşı” vəzifəsini daşıyan Məhəmməd Saleh bəy ordugaha gəldi. 
Hamı onu savadlı bir şəxs kimi tanıyırdı, ancaq onun riyaziyyat 
və fizikadan minimum anlayışı belə yox idi. 
Şah onu ordugaha göndərmişdi ki, 20 gün müddətində mü-
haribə taktikası, qalanın qurulma qaydası (
çox güman ki, söhbət 
qalanın deyil, istehkamın qurulmasından gedir-tərcüməçi
), döyüş 


106 
mövqeyinə hücum və onun müdafiəsi, hidrologiya və su nasosun-
dan istifadə qaydalarının icrasını təlim etsin. Şah öz dəsti-xətti ilə 
bir çox suallar yazmış və məndən onları cavablandırmağı istəmiş-
di. O, həm də əmr göndərmişdi ki, Şahzadə üçün çəkdiyim qala 
maketini hazırlayım. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə