Avqust benton


Əsgər xanın Fransaya ezamı



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə85/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   81   82   83   84   85   86   87   88   ...   101
Benton PDF.çapı

Əsgər xanın Fransaya ezamı
. Urmiyanın hakimi Əsgər xan 
Əfşar
56
 imperatorluğun səfirliyinə ezam edilmişdi. O, tez-tez ya-
nıma gəlir və mənə müxtəlif suallar verirdi.  Mən həvəslə  onun 
bütün suallarını cavablandırır və onu məlumatlandırırdım. Ancaq 
əmin  idim  ki,  İran  dövləti  mənim  verdiyim  məlumatlardan  heç 
vaxt  istifadə  etməyəcəkdir. Çünki,  ümumiyyətlə, bu ölkənin  in-
sanlarında işi təqib etmək xüsusiyyəti yoxdur. Ancaq Əsgər xan 
Əfşar digərləri ilə müqayisədə igid və məlumatlı idi. İlk dəfə onu 
görməyə gedəndə o, özünün daxili əl işləməli parçalarla və İran 
şahlarının rəsmləri ilə bəzədilmiş çox gözəl çadırını mənə bağış-
ladı. Əlbəttə, bu hədiyyəni qəbul etsəydim və onu Avropaya gö-
türsəydim,  çox  diqqətəşayan  olardı.  Ancaq  çadırın  ağırlığı  və 
onun daşınmasındakı problemlər məni çarəsiz olaraq bu hədiiyə-
dən  imtina  etməyimə  səbəb  oldu.  Bundan  başqa,  hər  gün  mənə 
gətirilən digər bir çox hədiyyələrdən də imtina edirdim. İranlıların 
bir adəti var; əgər onun hansısa əşyasını tərifləsən, o, dərhal həmin 
                                                           
56
  Fətəli  Şah  1807-ci  ildə  Rusiya  ilə  Fransa  arasında  dostluq  münasibəti 
yarandığını öyrənəndən sonra Əsgər xan Əfşarı səfir olaraq Fransaya göndərdi 
ki, Fransanın mövqeyini dəqiqləşdirsin. 


103 
əşyanı sənə hədiyyə edəcəkdir. Ancaq, heç şübhəsiz ki, həmin əş-
yanı əldən verdiyinə görə narahat və dilxor olacaqdır. Hər halda o, 
verdiyi hədiyyədən daha qiymətlisini almaq arzusundadır. 
Avqustun 7-də hava çox soyumuşdu. Qaranquşların köçməsi 
yayın sona çatmasından xəbər verir və hava günü-gündən daha da 
soyuqlaşırdı. 
Avqustun 9-da Şahzadə Məhəmməd Vəli Mirzənin
57
 müvəf-
fəqiyyəti və Xorasanda 60 min nəfərlik “Ağvağ”  ordusunun məğ-
lubiyyəti şərəfinə 3 dəfə toplardan yaylım atəşi açıldı. Bu xəbər 
məni  daha  çox  mütəəssir  etdi,  çünki  indi  biz  də  düşməni  məhv 
etməklə məşğul ola bilərdik. 
Gözlərim elə ağrıyır ki,  məktubu  yekunlaşdırmağa məcbu-
ram. Onu qasidlə İstanbula göndərəcəm. 
 
 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə