Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə83/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   79   80   81   82   83   84   85   86   ...   101
Benton PDF.çapı

Yeni ordu
. Belə göstəriş verilmişdi ki, ordu yenidən Üçqən-
bər düşərgəsində yerləşdirilsin. Üçqənbərə səfərimiz 2 gün çəkdi. 
Birinci gün çox çətin yollardan keçdik. Yolun bir hissəsi o qədər 
dar idi ki, mənim qabağımda gedən 1 at və 1 dəvə dərin dərəyə 
yuvarlandılar və  parça-parça oldular.  İkinci  gün  qoşun  hərəkətə 
başlamamışdan qabaq mənə kömək etməli şəxslərlə birlikdə dü-
şərgənin  qurulmalı  olduğu  yerə  doğru  hərəkət  etdik  ki,  orada 
planlama işləri həyata keçirək. Günəş çıxmamışdan qabaq bütün 
xanlar namaz qılmaq üçün dayandılar. İranda heç kimi namazı ih-
mal etmir. Ancaq təəssüflər olsun ki, iranlılar namaz qılanda da 
hörmətsizlik edir və bir-biri ilə danışır, öz xidmətçilərinə göstəriş 
verir, əsəbiləşir, onları acılayırlar. 
Yeni ordugaha çatanda nə mənə kömək edənlərdən, nə də la-
zımi vasitələrdən bir xəbər yox idi. Buna baxmayaraq mən həvəs-
lə işə başladım. 
Şahzadə yeni ordugaha çatanda hər yeri gəzdi və görülmüş 
işlərdən çox razı qaldı. O, mənim çadırımın qarşısına çatanda bir 
neçə  dəfə,  həm  də  uca  səslə  “Bərəkallah!”  dedi.  Sonra  1  nəfəri 
mənim yanıma göndərərək onun vasitəsi ilə öz təşəkkür və təb-
riklərini mənə çatdırdı. 
Hamı  yeni  ordugahdakı  səliqə-səhman  sevincini  yaşayırdı. 
İndi  hər  kəs  çadırlar  arasında  rahatlıqla  dolaşa  və  istədiyi  yeri 
asanlıqla tapa bilərdi. Mənə qəribə gəlirdi ki, yaranışdan çadırlar-
da  yaşamış  bir xalq  necə  olmuşdu  ki,  çadır  düşərgəsi  səliqəsini 
özü-özünə öyrənə bilməmişdi? 
Növbəti gün Şahzadə mənə bir daha təşəkkür etmək üçün hə-
diyyə olaraq mənə fil sümüyündən düzəldilmiş və yüksək səviy-
yədə naxışlarla bəzədilmiş  bir şahmat  göndərdi.  Şahmatın stolu 
altıayaq idi. O, iki parça fil sümüyündən hazırlanmışdı. Stol elə 


102 
gözəl  düzəldilmişdi  ki,  hətta  onun  birləşmə  yerləri  belə  görün-
mürdü. Bu hədiyyə mənim üçün olduqca qiymətli idi, çünki bir 
müddət əvvəl göz ağrısına tutulmuşdum və kitab oxuya bilmir-
dim, hətta yazı yazmaqda da çətinlik çəkir, səfərimi təsvirdə çox-
lu səhvlər buraxırdım. Bütün bunlara baxmayaraq, yenə də yeni 
ordunun yaradılması ilə məşğul olurdum. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə