Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə81/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   77   78   79   80   81   82   83   84   ...   101
Benton PDF.çapı

Hərbi  təlim
.
 
Növbəti  gün  orduya  yeni  çağırılan  əsgərlərə 
hərbi təlim verdim. Müsyo Nərisa Fransada hərbi məktəbdə hərbi 
təlimlər keçdiyindən müavinim kimi mənə kömək edirdi. O, həm 
də mənim göstərişlərimi tərcümə və şərh etməkdə çox mühüm rol 
oynayırdı. Mən İranda at üstündə atəş açma, xüsusən, çox əylən-
cəli olan ox atma kimi çoxlu hərbi məşqlərə tamaşa etdim. Şah-
zadə bu fənnlərdə hamıdan mahirdir. O, bir neçə  dəfə müəyyən 
xətt üzrə at çapdı, geri dönərək xətt üzərində 30 addımlıqdakı pa-
pağı  tüfənglə  sərrast  vurdu.  Eyni  hərəkəti  həm  soldan,  həm  də 
sağdan ox ilə, həm də tam isabətlə həyata keçirdi. Şahzadə, xüsu-
sən,  kaman  çəkməkdə  və  ox  atmaqda  çox  qabiliyyətlidir  və  bu 
işdə ən təcrübəli türkmən süvarilərini (
ovçularını-tərcüməçi
) belə 


99 
üstələyir. Türkmənlər İran ordusunda yeganə əsgərlərdir ki, hələ də 
oxdan istifadə edirlər. Türkmən tayfaları Xəzər dənizinin şərq re-
gionlarında yaşayırlar. Onlar Turanın bütün xüsusiyyətlərini qoru-
yub saxlamışlar. Həmin gün Şahzadənin əmri ilə hərbi məşqlərdə 
təqribən 10 min nəfər hərbçi iştirak edirdi. Təlimlərdə nizamsızlıq 
vardı. Əsgərlər hədəfsiz atəş edirdilər. Hər kəs öz işi ilə məşğul idi. 
Ancaq səs-küy eşidilirdi. Axşama yaxın döyüşən tərəflər bir-birin-
dən ayrıldı və hər kəs yorğun-arğın ordugaha qayıtdı. 
Ov
. Ayın 22-də Şahzadə bir dağ keçisi ovlamış və onu mənə 
göndərmişdi. Dağ keçisinin rəngi ağ idi, buynuzları öküz buynu-
zuna  bənzəyirdi.  Əti  mənə  xoş  gəlmədi.  Əlbəttə,  ət  bir  müddət 
saxlandıqdan sonra  yeyilməlidir. Müsəlmanlar isə onu təzə-təzə 
(
bişirib-tərcüməçi
) yeyirlər. 
Şahzadənin bizə göndərdiyi ovlardan ancaq vəhşi çöl eşşəyi-
nin əti çox dadlı gəlirdi. Ceyran əti də yaxşı idi. Burada dovşan 
az olur. Mən boz və ağ rəngli dovşanları yalnız Üçmüəzzin çöllə-
rində gördüm. Biz ətləri çox ləzzətli olan bir neçə cür quş da ov-
ladıq. Onların arasında böyük qırmızı kəklik həm çox, həm də ət-
ləri çox dadlı idi. Bəzən əyləncə üçün bu quşlardan tutur, qanad-
larını yolur və çadırımızda bir qəfəsdə saxlayırdıq. Bəzən çadırı-
mızın qapılarını örtür və onları qəfəsdən buraxırdıq. Camaat bi-
zim quşlara belə marağımızı eşidəndən sonra bəxşiş almaq üçün 
bizə çoxlu quş gətirməyə başladı. Axırda biz bu əyləncədən bez-
dik və ona xitam verdik. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə