Avqust benton


Ordunun Camdan hərəkət etməsi



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə77/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   73   74   75   76   77   78   79   80   ...   101
Benton PDF.çapı

Ordunun Camdan hərəkət etməsi
. Ayın onunda gecə yarı-
sı bizim çadırımızı dəvəyə yüklədilər və yola düşdük. Biz bir təx-
ti-rəvanda oturmuş yaşlı qonaqçı ilə birlikdə hərəkət edirdik. Əh-
məd xan yeganə bəylərbəyidir ki, bu cür səfər etmək haqqına sa-
hibdir. Çünki belə imtiyaz şah və vəliəhdə xasdır. Xəstə olan bö-
yüklərin təxti-rəvanda səfər etmələrindən ötrü xüsusi icazə olma-
lıdır və bu icazəni almaq asan bir iş deyildir. 
Şahzadənin qoşununun hərəkəti şahın qoşununun hərəkətin-
dən  daha  nizamlı  idi.  Atlar  azad  bir  şəkildə  otlaya  bilməzdilər, 
çünki onların ağzında cilov vardı. Hava hələ qaranlıq olsa da, əs-
gərlərin əllərində məşəl yoxdu. Bilmirəm, nədənsə, belə şayiə gə-
zir ki, guya, İran qoşunu yalnız gecələr və məşəl işığında hərəkət 
edir. Mənim şahid olduqlarıma görə, İranda qoşun daha çox gün-
düzlər hərəkət edir. Əslində bu qədər hərbçi üçün yanacaq odu-
nunun çətin tapıldığı bir ölkədə o qədər məşəl hazırlamaq müş-
küldür. Ancaq şah, yaxud Şahzadə ovdan, ya da səfərdən gec qa-
yıdanda şamçı yanan yağ şamını onların qarşısında tutur. Əlavə 
etməliyəm ki, iranlılar işıq olanda yağın içində olan parça fitilli 
çırağı yandırmırlar. Əlbəttə, burada qarışıq şamlar da istehsal olu-
nur. Onlar pis yanır, xoşagəlməz tüstü və iy verirlər. Şamlar yerə 
qoyulan böyük şamdanların üzərinə qoyulur. Ümumi camaat yax-
şı işıqlandırmaq vasitəsinə malik deyil. Yalnız Şah və Şahzadənin 
saraylarında Avropa istehsalı 40 çıraq görmək olar. Ancaq onlar-
dan  çox  istifadə  edildiyini  düşünmürəm.  Çünki  onların  şamları 
yaxşı deyildir. 
Həmin gecəni Camdan 5,5 fərsəx məsafədə yerləşən səhrada 
keçirdik. Ordu hündür bir dağın dibində əla bir otlaqda düşərgə 
salmışdı.  Dağın  təpələri  çəhrayı  rəngli  çaxmaq  damarlarından 
ibarət idi. Bu regionda çoxlu elatlar yaşayırlar. Elat qadınları çox 
gözəl  və  sakit  təbiətlidirlər.  Həmin  günün  sabahısı  Şahzadənin 
hüzuruna girmək şərəfinə nail oldum. Mənə əla bir şam yeməyi 
göndərildi. Daha sonra vəzirlər və bir qrup böyüklər məni ziyarə-
tə gəldilər. Ancaq yaşlı qonaqçı diqqətəlayiq qəbul təşkil etmədi. 


97 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə