95
gün heç bir mühüm işə başlamazlar. Mən bəzi iranlıları gördüm
ki, köynəklərinin üzərində Quran ayələri yazdırmışlar və inanırlar
ki, bu ayələr onu güllədən qoruyacaqdır. Hətta köynək üzərində
bir neçə güllənin yerinə mənə göstərmişlər ki, güllə isabət etsə də,
bədənə daxil olmamışdır. İranlıların etiqadına görə, firuzə daşı da
faydalıdır. O, insanı bəladan qoruyur. İranda birinə firuzə daşı
vermək dərin dostluğun ifadəsidir. İranlılar buna çox ciddi əməl
edirlər. İranlılardakı xurafat onların gündəlik yaşayışında, xüsu-
sən, xəstələnən zaman onlara çox çətinliklər törədir. Ötən əsrlərdə
İranda tibb geniş inkişaf etməmişdir. İranlılar yalnız bəzi möcü-
zəvi dərmanlara və sirli məcunlara inanırlar. Onlar belə hesab
edirlər ki, əgər qismətdirsə, onlar xəstəyə şəfa bağışlayacaqdır.
Ordunun Camda qaldığı 5 gün müddətində elə bir diqqətəla-
yiq hadisə baş vermədi. Yusif Paşanın yanına qasid gedirdi və
mən fürsətdən istifadə edib dostlarıma yazdığım məktubları onun
vasitəsi ilə İstanbula göndərdim. Bu arada mən və müsyo Nərisa
ordugahın ətrafında gəzib dolaşırdıq. Ordugahın yerləşdiyi çölün
bir tərəfində bir dağ vardı. Dağın qəhvəyi rəngli təpəsində çaxmaq
daşları, onların arasında isə xara daşlarının parçaları görünürdü.
Belə məlum olurdu ki, orada böyük dəyişikliklər və çevrilmələr baş
vermişdi. Dağın başından görünən çölün mənzərəsi qəribə idi; o,
tamamilə quru və kələ-kötürdü, onda nə bir əkin, nə bir ağac, nə də
bir həyat əlaməti yoxdu. Yalnız bəzən bəzi elatlara məxsus qara
çadırlar gözə dəyirdi. Hər yerdə dağların özünəməxsus formaları
vardı. Sanki, onlar bir-birinin üstündə qərar tutmuşdular.
İrəvandan Tehrana qədər 400 fərsəxlik bir məsafədə yerləşən
bütün dağlar bu cürdür. Əlbəttə, mən bunun səbəbini bilmirəm,
ancaq belə görünür ki, bu region zamanla qurumuşdur, yəni nə
zamansa o, su ilə örtülü olmuşdur.
Günlərin birində gəzməkdən gec qayıdanda ordugahın do-
lanbaclarında yolu azdıq. O anda mən qərara gəldim ki, uyğun
vaxtda ordugahdakı çadırların bir xətt üzərində qurulması
barədə
göstəriş verim, ancaq bu qərarım həyata keçmədi. Çünki həmin
günün sabahısı bəzi dəyişikliklər baş verdi və qərar təxirə salındı.