Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə74/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   70   71   72   73   74   75   76   77   ...   101
Benton PDF.çapı

Mirzə Əli Rza
53
. Bir neçə il bundan qabaq canını və malını 
itirmiş vəzir İbrahim xan Şirazinin oğlu Mirzə Əli Rza bu səfərdə 
mənim yol yoldaşım idi. Yazıq Əli Rza 18 yaşındadır. Onun sifə-
tində  böyük  bir  bədbəxtlik  müşahidə  olunur.  Bu  fərasətli  gənc 
həm də məlumatlıdır. Şahzadə onun bu xüsusiyyətlərinə görə onu 
sarayının daxili işlərinə cavabdeh (odabaşı) təyin etmişdir. Şah-
zadənin belə böyük bir vəzifəni və məsuliyyəti bu gəncə verməsi 
onu göstərir ki, İranda xacələri
54
 də qul hesab edirlər. Burada xa-
cələrə idari iş verilmir. Əlbəttə, bu qayda türklərə aid deyildir. Bu 
ölkədə bəzən xacələrin başçısı (xacəbaşı) ölkənin ikinci şəxsi olur 
                                                           
53
 Mirzə Əli  Rza  və Mirzə Əli  Əkbər Qəvamülmülk, Hacı İbrahim xan Ete-
maddövlənin uşaqları idilər. Ataları qətlə yetirilən zaman onlar kiçik yaşlı ol-
duqlarından onları öldürməmişdilər, lakin Əli Rzanı xədim etmiş, Əli Əkbərin 
isə gözlərinə mil çəkmişdilər. Sonralar Mirzə Əli Rza, Fətəli şahın hərəmxa-
nasının etimadlı şəxsi və olduqca xeyriyyəçi olmuşdur.   
54
  Xacə-bu  söz  “xədim  olunmuş”  mənasını  ifadə  edir,  ancaq  əvvəllər  ağa, 
böyük, varlı, şeyx mənalarında da işlənmişdir.  


93 
və ən yüksək vəzifələrə çatırlar. Elə də olur ki, hətta şah özü on-
ların nüfuzu altında olur. 
Bir qədər yol qət etdikdən sonra Nəcəfqulu xan və ətrafında-
kılar ehtiramlarını bildirərək bizdən ayrıldılar. Şahzadənin sara-
yının mühüm zabitlərindən olan və mənə qonaqçı təyin olunmuş 
Fətəli xan Rüşdü ilə 6 fərsəx yol getdik. Fətəli xan Gilanın hakimi 
olmuş Hidayət xan Rüşdinin oğludur. Atası Ağa Məhəmməd xan 
tərəfindən məğlub edilmiş və gözlərinə mil çəkdirilmişdir. Oğlu 
isə girov kimi götürülmüşdür. Onun qeyri-mədəniliyi və zahiri tə-
mizliyə diqqət etməməsi onu göstərir ki, sarayda girov uşaq kimi 
onun təlim-tərbiyəsinə əhəmiyyət verməmişdilər. 
Təbrizdən 5 fərsəx aralıqda yerləşən Sufiyan kəndində təklif 
edilən heç bir evi bəyənmədiyim üçün bir bağda düşdük. Gözəl bir 
axşam  olsa da,  hava bir  az soyumuşdu. Yaxşı bir axşam  yeməyi 
yedikdən  sonra  tonqalın  ətrafında  istirahət  etdik.  Səhər  sufyanın 
cənubundakı geniş bir çöldən keçdikdən sonra dar və quru bir də-
rəyə daxil olduq. Onun torpağı şor və arxları kükürd çöküntüləri ilə 
dolu idi. Daha 2 fərsəx yol getdikdən sonra Cam karvansarayının 
yaxınlığında düşərgə salmış Şahzadənin ordusuna yetişdik. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə