Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə75/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   71   72   73   74   75   76   77   78   ...   101
Benton PDF.çapı

Şahzadənin ordusu
. Mənim üçün ikiqat çadır hazırlamışdı-
lar. Onun daxili naxışlı parçalarla bəzədilmişdi.  İki  qızılı rəngli 
dirək çadırın tavanını saxlayırdı. Çadırın daxilinin kənarları mə-
nim bütün əşyalarımı tutacaq qədər geniş idi. Burada yol yoldaş-
larımdan bəzilərinin yatacağı qədər yer də vardı. Digər yol  yol-
daşlarım üçün də balaca bir çadır hazırlanmışdı. 
Şahzadə ilə yenidən görüş
. Növbəti gün görüş zamanı vəzir 
və Şahzadəni kefsiz gördüm. Çünki şah və vəzirləri müharibəni 
davam etdirməmək qərarına gəlmişdilər. Şahzadə dilxorçuluğunu 
bildirir və deyirdi ki, hücum üçün uyğun fəsil əldən gedəcəkdir. 
Bu dəfə qabaqkından fərqli olaraq Şahzadəni olduqca istedadlı və 
təmtəraq tələb gördüm. 
Həmin gün Azərbaycanın bəylərbəyisi Əhməd xanla tanış ol-
dum.  Mənim Azərbaycanda qaldığım müddətdə  bu şəxs mənim 
gündəlik həyatımda mühüm rol oynadı. Bəylərbəyi böyük vilayə-
tin  hərbi  hakimlərinin  toplaşdığı  məkandır.  İlk  baxışda  mən  bu 


94 
yaşlı kişiyə mehr saldım, o, da min bir vasitə ilə mənə qarşı dost 
münasibətini ifadə edir, özünü Fransanın tərəfdarı kimi göstərirdi. 
Onun sözlərinə görə, Fransa ilə dostluq münasibətləri yaradılma-
sını təklif edən ilk şəxs olmuş və bu işdə çox zəhmətlər çəkmişdir. 
Mən, xüsusən, qonaqçı kimi Fətəli xanın və onun axmaqlıq-
larından, eləcə də, kobud rəftarından bezdiyimə görə Əhməd xa-
nın yalanlarına uydum və Şahzadədən xahiş etdim ki, Əhməd xa-
nı mənim qonaqçım təyin etsin. Şahzadə mənim xahişimi qəbul 
etdi.  Mən və müsyo Nərisa çadırlarımızı Əhməd xanın çadırının 
qonşuluğunda  yerləşdirdik və  bundan  daha çox məmnun olduq. 
Əhməd xan daha yaxşı xidmətçiləri bizim ixtiyarımıza verdi və 
bizə daha yaxşı yeməklər verdi. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə