Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə82/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   78   79   80   81   82   83   84   85   ...   101
Benton PDF.çapı

Qoşunda islahat
. Bu müddətdə qoşunda islahat aparılması 
ilə ciddi məşğul idim və iş prosesində çoxlu çətinliklərlə qarşı-
laşırdım. Başlatdığım hər yeni işi başa çatdıra bilmirdim, çünki 
işin içindən yeni bir iş çıxırdı və mən birinci işi kənara qoymalı 
olurdum. 
Naümid olmamam üçün çox çalışmalı və hövsələ lazım idi. 
Vəzir öz məhəbbəti ilə məni işə təşviq etməyə, rəğbətləndirməyə 
və ruhlandırmağa çalışırdı. O, bir gün mənə dedi ki, adım dünya-
nın 7 möcüzəsindən biri, ya yunanların 7 iqlimindən biri, ya Av-


100 
ropanın 7 padşahından biri, ya da dünyanın 7 ulduzundan biri ki-
mi məşhur olacaqdır. Bu, həm də onun göstərir ki, iranlılar 7 rə-
qəminə nə qədər əhəmiyyət verirlər. 
Ayın 27-də iki hadisə baş verdi. Onlardan biri sevindirici, o 
birisi  isə  hüznlü  idi.  Əvvəl  xəbər  gəldi  ki,  Əhməd  xan,  Şahdan 
icazə alıb ki, Şahzadə ruslara hücum etsin. Biz növbəti gün hərə-
kətə başlamalı idik. Mən sonsuz dərəcədə sevinirdim. Çünki fəa-
liyyət vaxtı gəlib çatmışdı. Ancaq bu xəbəri eşidəndən az sonra 
Şahzadə məni hüzuruna çağırdı. Onun üzünü turşutmasından belə 
başa düşdüm ki, mənə bəd xəbər verəcəkdir. Belə də oldu. O, dedi 
ki, şahın ətrafındakılar yenidən hücuma qarşı çıxmışlar. Ordunun 
hərəkəti onunla bağlı olacaq ki, bu ərazidə heyvanların otlaması 
üçün ot qalmamışdır. Şahzadə həm də bildirdi ki, sülh təklifi ilə 
İrana gəlmiş rus nümayəndəsini qəbul etmək məcburiyyətindədir. 
O, mənə söz verdi ki, rus nümayəndənin şahın ordugahına getmə-
sinə icazə verməyəcək və öz yanında saxlayacaqdır. Şahzadə onu 
da əlavə etdi ki, hələ də ümid edir ki, Əhməd xan hücum əmri ala 
biləcəkdir. 
Bu müddət ərzində mən Fransa imperatorunun Almaniyanın 
şimalındakı fəaliyyətlərindən xəbərsiz idim. Xoş xəbər eşidəndə 
ümidlənirdim, bəd xəbər alınca isə fransız ordusunun gələcəyin-
dən ötrü nigaran qalırdım. Ancaq bütövlükdə imperatorun şansına 
və qabiliyyətinə arxayın idim. 
Şahzadə  mənim  narahatlıqlarımın  fərqində  idi  və  bir  dəfə 
məni ruhlandırmaqdan ötrü görünməmiş və fəxr edilməyə layiq 
bir iş gördü; göstəriş verdi ki, bir miqdar meyvə gətirsinlər. O özü, 
müsyo Nərisa və mən meyvə yeməyə başladıq. Xarici səfirlərin 
heç biri Şahzadə ilə meyvə yemək şərəfinə nail olmamışdılar. Nə 
Şah, nə də Şahzadə heç kimə icazə verməzdilər ki, onların yanın-
da yemək yesin. Bu məsələdə Novruz bayramı günləri istisna idi. 
Baharın ilk günü olan Novruz bayramında Şah və hakimlər əha-
lidən pul,  cəvahir, parça və  s.  şəklində  çoxlu  miqdarda hədiyyə 
alırlar. Əvəzində onlara qızıl sikkələr və xələt əta edirlər. Həm də 
onların yanında yemək yeməyə icazə verirlər. 


101 
Bu görüşdə Şahzadədən xahiş etdim ki, yeni ordunu nizamlı 
bir şəkildə qurum. Şahzadə bu təklifimi çox bəyəndi. Mən öz ça-
dırıma geri dönəndən bir az sonra Şahzadənin göndərdiyi üç nəfər 
zabit yeni ordunun nizamlı bir şəkildə qurulması üçün mənim əm-
rimə verilmişdi. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə